“Əgər bizlər bu Nazirliyin topa-topa tutulan əməkdaşlarının istintaqa verdikləri ifadələri araşdırsaq görərdik ki, hələ Maliyyə Nazirliyində işləyərkən yol verdiyi yeyintilərə görə bir neçə ay həbsdə yatmış Səlim Müslümovun şouları, ancaq başçılıq etdiyi korrupsiyanı pərdələmək üçündür”.
“Əgər bunlarda zərrə qədər vicdan olsa, baş verənlərə görə Sevinc xanımdan üzr istəyib dərhal yol verdikləri biabırçılığı aradan qaldırardılar. Bunlar isə əksinə, az qala minnət qoyurlar, sanki dədələrinin pulunu nəzir kimi verirlər”.
“AzPolitika”nın məlumatına görə, bunları şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Əlizadənin Əmək və Əhalinin Sosial Müdafiəsi və Müdafiə Nazirliklərinə qarşı ittihamlarına cavab olaraq, ƏƏSMN-in Mətbuat xidmətinin rəisi Elman Babayevin açıqlamasını dəyərləndirərkən, vəkil Aslan İsmayılov bildirib. E.Babayev deyib: “2016-cı il il aprel ayının əvvəllərində Ermənistan tərəfindən ölkəmizə qarşı həyata keçirilən silahlı təxribatın qarşısının alınması zamanı həlak olmuş polkovnik-leytenant Raquf Orucovun ailəsinə pensiya və təqaüdün, sosial müavinətin hələ də təyin olunmaması, guya buna etinasızlıq göstərilməsi barədə bir sıra KİV-də yayılan məlumatlar həqiqəti əks etdirmir”.
A.İsmayılov nazirlik rəsmisinin bu açıqlamasına sərt reaksiya verib və nazir Səlim Müslümovu hədəfə götürüb: “Bunlar məmur olduqlarını, oğurladıqları milyonları şəhid olmuş Raquf Orucov kimi vətənpərvərlərin haqqını yeməklə qamarladıqlarının fərqində deyillər. Utanmırlar, həyasızlıq edib hələ haqqını tələb edəni ittiham da edəcək qədər quduzlaşıblar. Bütün bunlar ona görə baş verib ki, biz millət olaraq şəhid ailəsinin, müharibə əlilinin mənzil, maşın, müavinət alması üçün bu tiplərə rüşvət verdiklərini bilirik və susuruq. Əgər bizlər bu Nazirliyin topa-topa tutulan əməkdaşlarının istintaqa verdikləri ifadələri araşdırsaq görərdik ki, hələ Maliyyə Nazirliyində işləyərkən yol verdiyi yeyintilərə görə bir neçə ay həbsdə yatmış Səlim Müslümovun şouları, ancaq başçılıq etdiyi korrupsiyanı pərdələmək üçündür.
Bunların gözləri və ağılları o qədər tutulub ki, yaydıqları təkziblə özlərini ifşa etdiklərinin də fərqində deyillər. Belə ki, məlumatın sonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, “Sevinc Əlizadə üçün həmin sosial ödənişlərin alınması üçün müvafiq banka ödəniş kartı da sifariş edilib və aprel ayı da daxil olmaqla son 4 ayın ümumi məbləğinin onun kart hesabına köçürülməsi tam təmin olunacaq. Yaxın bir neçə gündən sonra Sevinc Əlizadə banka gedərək ödəniş kartını götürə biləcək”. Sadə məntiq sual doğurur: nə üçün şəhid ailəsi bu dörd ay ərzində haqqını ala bilməyib və bu qədər ictimai qınaqdan, tələbdən sonra 4 aylıq haqqını hələ bundan bir neçə gün sonra ala bilər?”.
azpolitika.info
Комментариев нет:
Отправить комментарий