23.08.2016

"AYB katibi Rəşad Məcid özünə 40-cı ev aldı"

"Rəşad Məcid AYB-nin ən böyük problemi və ən böyük yarasıdır"

Yazıçı Kəramət Böyükçölün Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, adı nurçuluqda hallanan Rəşad Məcid barədə fikirləri

- AYB-nin ən böyük problemi və ən böyük yarası Rəşad Məciddir. Rəşad Məcid AYB-dən birmənalı şəkildə uzaqlaşdırılmalıdır. Çünki Rəşad Məcid istedadsız, təpədən-dırnağa ədəbiyyata dəxli olmayan, ədəbiyyatdan 525 kilometr uzaqda olan bir adamdır. Şəxsən Anar müəllimin nüfuzu ilə bu günə qədər ayaqda qalan AYB-ni, şəxsən Anar müəllimin özünü Rəşad Məcid həmişə hörmətdən salır. Rəşad Məcid AYB-də gənclər üzrə katibdir, ancaq ona hörmət edən, rəğbət bəsləyən bir nəfər də gənc yoxdur.

- Rəşad Məcid bu gün AYB-nin yeganə problemidir. O ordan getsə bütün problemlər öz-özünə həll olunacaq. Rəşad Məcid gənclər üzrə katib kimi bütün gənclərlə bütün münasibətlərini şəxsi münasibətləri kontekstində qurur, ürəyi istəyən adama AYB-nin üçüncü mərtəbəsində təpik atır, ürəyi istəyən adama söyüş söyür, təhqir edir. Belə katib olmaz. O, Anar müəllimi hörmətdən salır. Rəşad Məcid ordan getməlidir və ora gənclərlə münasibətini normal qura bilən adam təyin olunmaldır. Çünki Rəşad Məcid qabiliyyətli, səriştəli katib olsaydı ordan 8 nəfər gənc üzv istefa verməzdi. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Rəşad Məcidə desə ki, on il ərzində mənim təqaüd verdiyim gəncləri gətir mənimlə görüşdür, Rəşad Məcid o görüşə hancı gəncləri aparacaq? İlham Əliyevin təqaüd verdiyi gənclər hamısı AYB-dən istefa veriblər. Onun əlində Günel Şamilqızı, Şahlar Ruhi qalıb, Rəşad Məcid prezidentlə görüşə o gəncləri aparacaq? Rəşad Məcid kimi uduzmuş, şəxsi yaradıcılığı olmayan ikinci bir adam yoxdur.

- Mənim Rəşad Məcidə yazığım gəlir. Bu adam həyatı boyu bütün gücünü toparlayıb ki, adamların qabağında dayana bilsin, görünə bilsin. Desinlər ki, bu da bir işin qulpundan yapışa bilir. Amma nə yapışmaq, qardaş, bu adam hər şeyi mənimsəyir. Əgər yadınızdadırsa, jurnalistlərə ev paylananda Vüqar Səfərli onun üstünə necə qışqırdı, özü də camaatın gözü qarşısında. Bu səhnə bütün kanallarda yayımlandı. Demək, püşk zamanı Rəşad Məcidə ev yuxarı mərtəbələrdə düşüb. O da elə hey və yavaş-yavaş Vüqar Səfərliyə deyir ki, mənim mənzilimi dəyiş aşağıya. Səs də aydın eşidilir. Düz beş-altı dəfə dedi. Birdən Vüqar Səfərli Rəşadın üstünə qışqırdı ki, ay qardaş, sən nə istəyirsən, qoy işimizi görək də. Rəşadın yerinə utandım...

- Rəşad Məcid vətənin məmurlarını çox sevir, mən şəhidləri, əlilləri, müharibə iştirakçılarını. Rəşad vətənin bütöv yağlı yerlərini sevir, mən vətənin sınıq, əzik-üzük yerlərini. Rəşad birinci sırada oturmağı sevir, mən arxa sırada, Rəşad mətn yaza bilmir, mən mətn yazıram... Bax, bizim əsas fərqimiz budur.

- Mən bütün yazılarımda Milli Elmlər Akademiyasının, Azərbaycan Yazıçılar Birliyinin qabağındakı budaqları sınmış körpə bir ağacın dərdinə ağlamışam. Rəşad Məcid bu ağacın dərdinə ağlaya bilməz, çünki o ağacı Rəşad Məcid və Rəşad Məcid kimilər sındırıb. Azərbaycan Yazıçılar Birliyinə ən çox inamsızlıq və hörmətsizlik Rəşad Məcidə görə yaranıb. İndi də Milli Elmlər Akademiyasına “əl” atır.

- Rəşad Məcid həmişə yağ içində böyrək kimi yaşayıb, amma mən kirayə evlərdə böyümüşəm, atam kirayə pulunu verə bilməyəndə yanımda utanıb. Amma Rəşad Məcid heç vaxt utanmayıb, hətta evə görə Vüqar Səfərli onun üstünə qışqıranda da utanmadı. Rəşad Məcid məni Yazıçılar Birliyinin üzvlüyündən çıxarmaqla hədələyir. Bacarırsa, eləsin! Onsuz da o, həmişə istedadlı gəncləri Azərbaycan Yazıçılar Birliyindən uzaq salıb. Həm beləsinə, həm eləsinə.

- Rəşad Məcidin “11 sentyabr” hekayəsindən başqa heç nəyi yoxdur. Amma yazıçıdır, AYB katibidir. Jurnalist kimi yadda qalan bir məqaləsi yoxdur. Hətta "525-ci qəzet" ona görə məşhurlaşddı ki, onun redaktoru Səbuhi idi. Nə vaxt ki Rəşad baş redaktor oldu, o qəzet də batdı. Adamın Azərbaycan ictimai-ədəbi həyatında bir önəmli yazısını, imzasını, sözünü deyə bilməzsiniz.

- Bu qədər mal-mülk sahibi olan Rəşad Məcid başqa bir evə yiyələnməklə də növbəti kasıbın haqqını mənimsədi. Aynur Camalqızı xahiş edib, bir jurnalisti kirayədən qurtaranda Rəşad xahişlə özünə 40-cı evi də aldı. Adam bu yaşda adının gənc qızlarla hallanmasını fəxrlə ictimailəşdirməkdən zövq alır, çünki onunçün əxlaq anlayışı sözün bütün mənalarında nəfsin altındadır. Hədə-qorxu, şantaj, özünü böyük göstərmək istəyi cılız və istedsdsızların işidir, çünki onlar qazandıqlarına layiq olmadığını gözəl bilirlər. Hər yeni gənc Rəşad üçün potensial düşməndir.

- Rəşad Məcid MKM-də jüri oldu. Hansı göstəricisi ilə? Jüri kimi onun səs verdiyi romanlara baxın, ən zəif əsərə ən yüksək qiyməti verən də, ona-buna zəng edib qrup yaradan da Rəşad idi. Biabırçı uğursuzluğa düçar olanda da dünənə qədər təriflədiyi MKM-dən çıxası oldu. Yazıçılar arasında jurnalist, jurnalistlər arasında redaktor, redaktorlar arasında yeyib-içən oğlan... Bu adamın özünü yamadığı sferalarda statusu bunlardan ibarətdir.

- Rəşad Məcid müti cavanlar arasında qüdrətli görünür. O, heç vaxt mənim yanımda güclü görünə bilməz... Görür gücü çatmır, axırda şantaj yolunu tutur.

Комментариев нет:

Отправить комментарий