22.08.2016

Hərbi çevrilişçilər İranla bütün diplomatik, iqtisadi, siyasi əlaqələri kəsəcəkdilər

Fətullah Gülən terror təşkilatının ən böyük məqsədlərindən biri, Böyük Yaxın Şərq Layihəsinin reallaşdırılmasına yönəlik işlər aparmaq idi

İslaminsesi.az saytının türk mediasına istinadən verdiyi məlumata görə, Türkiyədə 15 iyul gecəsi baş verən dövlət çevrilişi cəhdinin əks-sədaları davam edən vaxtda ölkənin ehtiyatda olan hərbçi və strateqləri "çevrilişin hədəfi" mövzusunda qiymətləndirmələr aparıb. Türkiyənin ehtiyatda olan polkovniki Hasan Atilla Uğur çevrilişçilərin müvəffəqiyyət qazanacaqları təqdirdə Türkiyə-İran əlaqələrinin kəsiləcəyini bildirib: "Bu Fətullah terror təşkilatının quruluşu, təxminən 20 il ərzində əhəmiyyətli məqamlar əldə ediblər. Ondan öncəsi də var, amma əsas olaraq bu təşkilatlanma 20 ildir ciddi işlər görür. Birbaşa olaraq Amerikanın milli mənafeləri istiqamətində CIA-nin (ABŞ Milli Kəşfiyyat İdarəsi) istifadə etdiyi bir təşkilatlatdır. Təbii ki, Türkiyə Silahlı Qüvvələri kimi dünyanın ən böyük 4 və ya 5-ci ordusunun içinə sızmaq bunların birinci vəzifəsi idi. Bunu da hərbi məktəblərdən başlayaraq addım-addım bacardılar".
Bu təşkilatın təhlükəsi barədə davamlı olaraq məlumat verdiklərini bildirən Həsən Atilla Uğur, çevrilişin keçiriləcəyi gün başına gələn bir hadisəni misal çəkib. Cümə günü səhər vaxtı Türkiyədəki hökumətə yaxınlığı ilə bilinən Yeni Şafak Qəzetinə müsahibə verdiyi bildirən Uğur bunları deyib: "Onlara dedim ki, TSK-da Fətullahçı təşkilatlanmağa toxunulmadığı üçün bunlar hər an dövlət çevrilişinə cəhd göstərə bilərlər. Biri dodağını əyərək "bunların bu qədər varlıqları varmı" deyə soruşdu. "Sizin güman etdiyinizindən də çoxdur" - deyə cavab verdim. Çünki Amerika imperializminin əlindəki Fətullah terror təşkilatı dünyada tayı-bərabəri olmayan bir terror təşkilatlanmasıdır. Özlərini o qədər gözəl gizlətdilər ki, həbs olunan bəzi adlara mən belə çox təəccüblənirəm. Mən belə deyirəm, çünki bunlarla bağlı illərlə hesabat hazırlamış biriyəm".
Çevriliş cəhdi başladığı zaman özünün Ankaradakı Mərkəzi Orduevində olduğunu bildirən ehtiyatda olan polkovnik Həsən Atilla Uğur yaşadıqlarını belə izah edib: "Mərkəz Orduevindən saat 21:30-da bir xəstə dostumuzu ziyarət etmək üçün yoldaşımla birlikdə bayıra çıxdıq. Mən çıxandan sonra saat 23:00-da bir kapitan və bir astsubay mənim qaldığım otağın qapısını sındırıb məni arayıbmış. Çünki mən zindanından çıxandan sonra FETÖ (Fəthullahçı Terror Təşkilatı) ilə bağlı bir çox insanı xəbərdarlıq etmək üçün mətbuat nəşr orqanları vasitəsilə çoxsaylı izahat verdim, əvvəl vaxtlarda hesabatlar hazırlamışam. Hədəflərində mən də var idim".
Çevrilişçilərin PKK (Kürdüstan İşçi Partiyası terror təşkilatı) ilə də əlaqələri olduğunu bildirən Həsən Atilla Uğur bildirdi ki, onlar bir-biri ilə ən yüksək səviyyədə əlaqə saxlayırlar. Buna misal olaraq Abdullah Öcalanın "İmralı Qeydləri" kitabındakı məlumatları göstərən Həsən Atilla Uğur, bu iki təşkilatın strateji tərəfdaş olduğunu ifadə edib. Polkovnik çevrilişçilərin PKK rəhbərliyinin olduğu Kandil ilə ilə əlaqələri olması və PKK-çıların bütün Türkiyədə aksiyalar keçirməsi ilə bağlı məlumatlı olduğunu da söyləyib.
Hərbi çevrilişin 16 iyul səhər saatlarında keçirilməsinin planlaşdırıldığını, ancaq məlumat sızandan sonra erkən vaxta çəkmək məcburiyyətində qalındığını bildirən Həsən Atilla Uğur, onların uğur əldə edəcəkləri təqdirdə Türkiyə-İran münasibələrinin mənfi məcraya yönələcəyini söyləyib: "İranla qəti olaraq bütün diplomatik, iqtisadi, siyasi əlaqələri kəsəcəkdilər. O cümlədən Rusiya ilə də bənzər vəziyyət olacaqdı. Tamamilə Qərb imperializminin əmri ilə hərəkət edəcəkdilər. Çünki Fətullah Gülən terror təşkilatının ən böyük məqsədlərindən biri, Böyük Yaxın Şərq Layihəsinin reallaşdırılmasına yönəlik işlər aparmaq idi. Bu qlobal bir ağılın məhsuludur. Çevriliş uğurlu olsaydı, daxili siyasətdə də ciddi qırılmalar olacaqdır. CHP-yə toxunmayacaqlardı. MHP-də də Devlet Bahçelini həbs edib yerinə Fətullah tərəfindən dəstəklənən bir namizəd gətirəcəkdilər. İçəridə də bir qırğın başladacaqdılar. Bu qırğının hədəfində növbə ilə dünyəvilər, Mustafa Kamal Atatürkün izindən gedənlər, millətçilər, ülkücülər olacaqdı.

Комментариев нет:

Отправить комментарий