09.08.2016

Hər 1 saatdan bir 1 stəkan su için

Alimlər hər 1 saatdan bir 1 stəkan su içməyi tövsiyə edirlər. Xüsusilə bu isti havada vacibdir. Bu sadə qaydaya əməl etməklə siz özünüzü bir çox xəstəliklərdən və pozulmalardan qoruya bilərsiniz.
Çox soyuq su içmək olmaz. Bununla siz sağlamlığınıza yalnız ziyan vura bilərsiniz.
Hər zaman yanınızda su saxlayın. Çölə çıxdıqda özünüzlə mütləq 1 butulka su götürün.
Alimlərinin araşdırması göstərib ki, gün ərzində 5 stəkandan az olmayaraq təmiz su içən insanlarda ürək-damar xəstəliklərinin inkişafı riski 40% azalır. Suyun kifayət miqdarda qəbulu qanı duruldur, qan damarlarda daha sərbəst dövr edir ki, bu da ürəyə və damarlara olan gərginliyi azaldır.
Susuzlaşma insanı yorğun, zəif edir. Bu səbəbdən özünüzü hər zaman gümrah hiss etmək istəyirsinizsə, su için.
Bir çox hallarda baş ağrılarının səbəbi məhz suyun az miqdarda qəbulu və orqanizmin susuzlaşması olur.
Suyun az miqdarda qəbulu ilk növbədə dərimizə mənfi təsir edir. Dəri tez qocalır, cansız və solğun görünür, dərinin rəngi pisləşir, səpgilər əmələ gəlir. Dərinizi cavan, gözəl, təmiz və sağlam saxlamaq istəyirsinizsə, hər 1 saatdan bir 1 stəkan su için. Yalnız 1 həftə ərzində bu qaydaya əməl etsəniz, effekt görə bilərsiniz.
Normal həzm prosesləri üçün də kifayət qədər maye lazımdır. Bəzən uzun müddət ərzində xroniki qəbizlikdən əziyyət çəkən insanlar suyu kifayət miqdarda qəbul etməyə başladıqda bu problemdən qurtulurlar.
Su orqanizmi ziyanlı maddələrdən (toksinlər, şlaklar, ağır mealların duzları və s.) mexaniki olaraq təmizləyir. Ziyanlı maddələrin orqanizmdə toplanması bir çox xəstəliklərin riskini artırır.
Böyrəklərin sağlamlığı üçün suyun kifayət miqdarda qəbulu olduqca çox vacibdir. Böyrəklər qanı təmizləyir, orqanizmdə filtr funksiyasını yerinə yeririr. Susuzlaşma qanın qatılaşmasına səbəb olur. Bu isə böyrəklərin işini çətinləşdirir.
Çoxsaylı elmi araşdırmalar göstərib ki, kifayət miqdarda adi təmiz su içən insanlarda istənilən növ xərçəngin riski də azalır. /saglamolun.az/

Комментариев нет:

Отправить комментарий