Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev cumhuriyyet.az-a açıqlamasında hakimiyyət daxilindəki Gülən tərəfdarları ilə bağlı maraqlı fikirlər səsləndirib. Məmur kontingenti içərisində köklü dəyişikliklər həyata keçirməyin zəruri olduğunu vurğulayan H.Hacıyev, məmurları prezident İlham Əliyevə xəyanətdə ittiham edib:
“Bu gün hakimiyyət daxilində ciddi təmizlənmələrin aparılmasına ehtiyac var. Bu təmizlənmələr Prezident Administrasiyasından tutmuş təhsil, media, parlament və s. sahələri əhatə etməlidir. Bu gün nazir statusunda təmsil olunub Gülənə ev bağışlayan, Gülənlə bağlı olduğu halda rektor vəzifəsini daşıyan şəxslər var ki, bu şəxslərin vəzifədən azad edilməsi vacibdir. Əslində bu məsələ ilə istintaq orqanları ciddi məşğul olmalıdır. Hakimiyyəti anti-İlhamçılardan təmizləmək lazımdır. Bunların əksəriyyəti Gülənlə bağlı olan şəxslərdir. Hakimiyyətdəkilərin 90%-i dövlət başçısına xəyanət edir. Dövlət başçısı isə təkdir və nə qədər cəhd etsə də hələlik bu vəziyyətdən çıxa bilmir. Ona kömək lazımdır. Gülənin “sağ əli” Prezident Administrasiyasında oturur. Bizim dediklərimiz faktlara söykənir. Hansı ki, bu faktlarla bağlı konkret addımların atılmasına ehtiyac var”.

Комментариев нет:
Отправить комментарий