12.02.2019

30 yanvar 1933-cü ildə Almaniyada faşistlər hakimiyyətə gəldilər, 21 iyunda isə Almaniyanın sionist təşkilatları liderləri Faşist Partiyasına memorandum göndərdilər ki, bu memorandum tarixçilərdə təəccüb doğurmaqdadır: “Sionizm hətta o dövlətlərlə əməkdaşlığa hazırdır ki, yəhudilərə düşmən münasibət bəsləyirlər, belə ki yəhudi məsələsi üzərində işdə sentimentallıq yox, real problemlərin bütün xalqların, o cümlədən alman xalqının maraqlarına uyğun olaraq həlli vacibdir”. Memorandumda sionistlər faşist rejiminə rəğbət və heyranlıqlarını bildirərək göstərirlər ki, sionizm və nasional-sosializm ilkin mərhələlərində olduqca oxşardırlar. Memorandumda deyilir: “Sionizm inanır ki, Almaniyada hal-hazırda xristian və milli fundamentdə xalqın milli həyatının intibahı yəhudi xalqı üçün də baş verəcəkdir. Yəhudi xalqı üçün də yaşamaq üçün həlledici faktor mənşə, din, ümumi tale və unikallıq hissi olmalıdır”. Sonda iudey ağsaqqalları xahiş edirdilər ki, nasional-sosialistlərin irqi əsaslar üzərində qurduqları sistemdə yəhudilər üçün də yer tapılsın və onlar “vətənin çiçəklənməsi üçün öz töhfələrini verə bilsinlər”. Həmin müraciətdə sionistlər digər ölkələr tərəfindən Almaniyanın yeni rejiminə tətbiq olanan boykota narazılıqlarını da bildirirdilər. Doğrudan da bir neçə aydan sonra Ümumdünya Sionist Təşkilatı Almaniyaya tətbiq olunan boykotun aradan qaldırılması üçün aktiv fəaliyyətə başladı. Təşkilat alman mallarının Şimali Avropa və Yaxın Şərqdə əsas ticarətçisinə çevrildi. Sionistlər alman iqtisadiyyatına yeni nəfəs verdilər.

Комментариев нет:

Отправить комментарий