12.02.2019

Akademik Qriqori Bondarevski yazır: “Sionistlərin ilk məqsədi- Almaniyada sayı 500 minə yaxın olan yəhudilər üzərində nəzarəti ələ almaq idi. Məsələ burasındadır ki, Hitler hakimiyyətə gələnə kimi sionistləri yəhudilərin cəmi 3 faizi dəstəkləyirdi. Sionistlərin və nasistlərin sövdələşməsi nəticəsində 1930-cu illərin ortalarında Almaniyada sionist olmayan yəhudi təşkilatların hamısı darmadağın edildi. Bircə “Almaniyanın Sionist Birliyi” saxlanıldı ki, reorqanizasiya nəticəsində “Almaniya Yəhudilərinin İmperiya Birliyi” adlandı. Sionistlərin “Yudişe rundşau” qəzetindən başqa yəhudilərin bütün qəzet və jurnalları bağlandı. Bu həmin qəzetdir ki, 1 aprel 1933-cü ildə bütün ölkə boyu keçirilən qanlı qırğını “yəhudi oyanışı və yəhudi renessansı günü” adlandırmışdı. Bir faktı da xatırlatmaq yerinə düşərdi. ABŞ-ın proqressiv yəhudi təşkilatları 27 mart 1933-cü ildə Nyu-Yorkda böyük antifaşist nümayişi keçirmək istəyəndə Almaniya sionistləri Gerinq ilə gizli görüş keçirərək Ümumdünya Sionist Təşkilatının kanallarından istifadə etməklə bu nümayişi pozmağa çalışdılar. Sionistlərin ikinci məqsədi Almaniyanın varlı yəhudi burjuasiyasının kapitalını ölkədən çıxararaq Fələstindəki sionist müəssisələrinə investisiya etmək idi. 1933-cü ildə Yəhudi Agentliyinə məxsus İngiltərə-Fələstin Bankı ilə nasist Almaniyasının İqtisadiyyat Nazirliyi arasında gizli saziş başlandı. Sionistlər bu sazişə qədim yəhudi dilində xaavara- sövdələşmə deyirdilər. Sazişə əsasən Fələstinə yollanan yəhudilər iki alman bankındakı xüsusi hesaba pul köçürürdülər. Həmin pula Fələstinə alman malları göndərilirdi. Pulun bir hissəsi Fələstinə gəlmiş immiqrantlara verilirdi, yarısı isə nasistlərin ciblərinə çökürdü. 5 il ərzində- 1933-cü ildən 1938-ci ilə kimi sionistlər Fələstinə 40 milyon dollardan çox pul yatırmağa müvəffəq oldular ki, həmin dövr üçün çox böyük məbləğdir. Bu yolla nasist Almaniyasının köməyi sayəsində gələcək İsrailin iqtisadi fundamenti qoyuldu. Sionistlərin güddüyü üçüncü məqsəd isə nasist Almaniyası ilə sövdələşməyə getməklə nasistlərin irqçi siyasətindən Fələstinə genişmasştablı emiqrasiyanın təşkili üçün istifadə etmək idi. Bunun üçün Himmlerin nazirliyi ilə bir neçə xüsusi gizli müqavilə bağlandı. Həmin müqavilələr əsasında göndəriləcək emiqrantlar saf-çürük edildi, gənclər arasında sistematik ideoloji iş aparıldı və göndəriləcək yəhudilərə gestaponun rəhbərliyi altında xüsusu bazalarda hərbi-idman təlimləri keçirildi”.

Комментариев нет:

Отправить комментарий