12.02.2019

Tarix elmləri namizədi, akademik Qriqori Bondarevski yazır: “Sionist rəhbərləri 1930-cu illərdə Hitlerlə sövdələşməyə girməklə Almaniyadakı və Qərbi Avropadakı antifaşist qüvvələrin birliyinə böyük zərbə vurdular, eyni zamanda faşistlərin İkinci Dünya Müharibəsinə başlamalarını və genosidin qanlı dəhşətlərini realizasiya etmələrini yüngülləşdirdilər”. Bir çox sionistlərin Hitlerə subyektiv nifrətinə baxmayaraq, obyektivdə onlar Hitlerin tərəfini tutdular. İkinci Dünya Müharibəsi ərəfəsində əsas məsələlərdə sionistlərin faşistlərlə heç bir fikir ayrılığı olmadı. Onların sevişməsi bütün müharibə boyu davam etdi. Həlledici momentlərdə faşistlər və Ümumdünya Sionist Təşkilatı arasında əməkdaşlıq daim qabarıqlığı ilə özünü biruzə verdi. Nürnberq məhkəməsində Sovet tərəfindən iştirak etmək üçün göndərilmiş tanımış yazıçı və kriminalist Lev Şeynin nasistlərin sionistlərlə sıx əlaqələrini öyrənərkən dəhşətə gəldiyini bildirmişdi: “Hitlerin hərbi cinayətkarlarının sionist agentləri ilə həddən artıq həyasız və inanılmaz görünən işbirliyindən söhbət düşərkən mən özümü güclə saxlayırdım. Qatillərlə öldürdükləri adamların qardaşlarının işbirliyi! Bu işbirliyinin açılan epizodları məni o qədər sarsıtdı ki, ara-sıra məhkəmə prosesini tərk etməli olurdum. Himmler neytral İsveçrə ərazisində sionistlərlə razılığa gəlibmiş ki, onlar dünya ictimaiyyətini faşistlərin yəhudilərlə mehriban davrandığına inandırsınlar. Sionistlər Hitler komandanlığını hərbi ləvazimatlarla təmin edirmişlər, özü də şərt qoyubmuşlar ki, bu ləvazimatlar hökmən Şərq cəbhəsində, yəni Sovet ordusuna qarşı istifadə olunsun. Dartıcı yük maşınlarına dəmir zəncirlər verilməsi barədə razılaşıbmışlar ki, alman maşınları rus qarında batıb qalmasınlar. Təsəvvür edin Fələstindəki sionist rəhbərliyi belə biabırçı razılaşmalara xeyir-dua verirmiş və həyata keçirilməsinə kömək edirmiş! Nasistlərin Fələstində sadiq dostları varmış. Hələ müharibədən qabaq hitlerçilər öz etibarlı agentlərini yəhudi banklarının rəhbər orqanlarına və Fələstindəki böyük sənaye firmalarına yerləşdiribmişlər. Nasistlərlə sıx əlaqələrə bulaşmış sionistlər öz sənayelərinin nasistlərə bağlılığını görməməzliyə vururmuşlar. Özlərini elə aparırmışlar ki, guya onların firmalarına Hitler ordusu tərəfindən verilən sifarişlərdən xəbərləri yoxdur. Sionistlərin belə misli görünməmiş satqınlıqları barədə geniş danışmaq gərəkdir!”

Комментариев нет:

Отправить комментарий