12.02.2019

Xarakterikdir ki, Xolokostu inkar edənlərə qarşı sionistlərin əsas “arqumentləri” daim məhkəmə təzyiqləri və terror olmuşdur, görünür başqa arqumentləri sadəcə yoxdur. Tanınmış fransız tarixçisi və coğrafiyaçısı Pol Rassinye 1948-ci ildə Xolokost falsifikasiyası haqqında “Bütün hədləri aşaraq” adlı kitab yazdı. Rassinye Almaniyada və Avropadakı yəhudilərin İkinci Dünya Müharibəsindən əvvəlki və sonrakı sayını müqayisə edərək belə bir nəticəyə gəlmişdi ki, yəhudilərin sayında ciddi dəyişiklik baş verməmişdir. O sionistlərin 6 milyon qurban yalanını faktlarla heçə çıxarırdı. Buna görə Rassinye məhkəməyə verildi, ona və kitabını buraxan naşirə böyük məbləğdə cərimə kəsildi. 1984-cü ildə şagirdlərə Xolokost haqqında həqiqətləri danışan kanadalı müəllim Ceyms Kiqstra antisemitizmdə günahlandırılaraq müəllimlikdən qovuldu, ard-arda məhkəmələrdən sonra 2 il həbs cəzası aldı və 3 min dollar cərimə olundu. Maks Plank İnstitutunun əməkdaşı, kimyaçı alim Rudolf Qermar 1991-ci ildə Osvensimə gedərək məşhur qaz kameralarını tədqiq etdi və bu nəticəyə gəldi ki, heç bir müvafiq şəraiti olmayan belə xırda yerdə milyonlarla insanı qırmaq texniki cəhətdən mümkün deyildi. Buna görə alim Mərkəzi Yəhudi Şurasının əmri ilə işlədiyi institutdan qovuldu, 1996-cı ildə 14 ay, 2007-ci ildə isə 2,5 il azadlıqdan məhrum edildi. Sionist təcavüzünün digər qurbanı tarix elmləri doktoru Devid İrvinqdir. Uzun illər müxtəlif ölkələrin arxivlərindən faşistlərin qaz kameralarından istifadə etməməsi barədə sənədlər yığan İrvinqə 2006-cı ildə Avstriya məhkəməsinin qərarı ilə 3 il həbs cəzası kəsildi.

Комментариев нет:

Отправить комментарий