12.06.2021

Gürcüstanda Rusiyayönlü biznesmen siyasətə gəlir

Gürcüstanda yeni bir siyasi partiya yaranıb. Tanınmış biznesmen olan Levan Vasadze siyasətə gəlir. Özü də “ölkəni xilas etmək” şüarı ilə. 
Biznesmen jurnalistlərə bildirmişdir ki, gürcü əxlaqını və ənənələrini qorumaq naminə özünün “Millət” adlı siyasi hərəkatını yaratmışdır.
“Belə bir addımı atmağımızın əsas səbəbi Gürcüstanın siyasi sferasında olduğu kimi sosial-iqtisadi, mədəniyyət və ideologiya sahəsində də permanent böhranın hakim olmasıdır” – deyə Vasadze elan edib.
Vasadze Gürcüstanda Qərbin aktiv tənqidçilərindən biridir. O ənənəvi cəmiyyətin, pravoslav dəyərlərin müdafiəçisi, Rusiyayönümlü siyasi kursun tərəfdarı kimi tanınır.
Qeyd etmək lazımdır ki, milyoner Vasadze öz sərvətini məhz Rusiyada qazanıb.

Комментариев нет:

Отправить комментарий