12.06.2021

Azərbaycanda demokratiya qurulmayacaq

Aydın Əlizadə

Bu Azərbaycanda Hollandiya ya Belçikadakı kimi demokratiya qurmaq üçün səhərdən axşama beynimizi aparanlar başa düşmürlərmi ki, bizim regionda bu mümkün deyil?
Bura keçmiş Sovet məkanı, Rusiya, bir tərəfi Türkiyə, o birisi İran.
Coğrafi vəziyyət, obyektiv şərait və xalqın psixoloji durumu bunu imkansız edir.
Bundan başqa Azərbaycan daim müharibədədir. Müharibə aparan ölkə üçün Avropa demokratiyası ölüm hökmü deməkdir.
Bizim şəraitdə ölkəni ancaq möhkəm və iradəli hakimiyyət yönləndirə bilər.
Odur, Gürcüstan ya Ermənistan demokratiya oyununun oynadılar - nə günə düşdülər? Ya da biz özümüz Elçibəy dövründə nə günlərə qaldıq?
Bunu başa düşürlərsə, onda nə üçün demokratiya, Avropa standartları, insan hüquqları, liberallaşma və s. bu kimi anlayışlardan danışırlar? Halbuki bu onların beyinlərində olan fantaziyadan başqa bir şey deyil.
Kim Hollandiya demokratiyasını istəyir, buyursun oraya getsin və feyziyab olsun.
Bu mümkünsüzün xülyanı bizə aşılamaq nəyə lazımdır?
Məhz bundan bəhrələnən xarici güvvələr burda öz maraqlarını yeritmək üçün belə nağılbazları işə salır, sadəlövhlər isə bunlara inanır.
Bununla da ölkədə qarşıdurma və məhvolma mexanizmləri işə salınır.

Комментариев нет:

Отправить комментарий