Yasin
Türksoy
Öz arealında, öz aləmində əsrlərin hikmətini daşıyan, mənadan gələn daxili halın cizgilərdə izharı Azərbaycanımızın tarixi keçmişi olan Qobustan qayaüstü oymaları, naxışları əvəzsiz xəzinədir. Etinasızlıqdan XX əsrin əvvəllərindən araşdırılmağa başlanılmışdır.
Qayalar insanlar
kimi yalan söyləməz. Ən əhəmiyyətsiz görsənən daş parçasının özündə daşıdığı
tarixi əhəmiyyətli sirr ona ehtiyac artdıqca bir o qədər mənalanır. Cansız təbiət
sayılan bitkilərin – otların, ağacların da axtarışlara bələdçilik imkanı var.
Dünyada ən acı həsrətlərdən biri də qəribsəməkdir. Soyuq qayalar, daş parçaları sirrini vermək üçün sanki insan axtarır. Onları duymaq üçün yetər ki, könüldən istəyin, ünsiyyət doğmalığın olsun. Yanından saymazyana, laqeyd keçdiyimizdə daş parçası özündə əsrlərin sirrini gizlədə bilir.
Dünyada ən acı həsrətlərdən biri də qəribsəməkdir. Soyuq qayalar, daş parçaları sirrini vermək üçün sanki insan axtarır. Onları duymaq üçün yetər ki, könüldən istəyin, ünsiyyət doğmalığın olsun. Yanından saymazyana, laqeyd keçdiyimizdə daş parçası özündə əsrlərin sirrini gizlədə bilir.
Öz arealında, öz aləmində əsrlərin hikmətini daşıyan, mənadan gələn daxili halın cizgilərdə izharı Azərbaycanımızın tarixi keçmişi olan Qobustan qayaüstü oymaları, naxışları əvəzsiz xəzinədir. Etinasızlıqdan XX əsrin əvvəllərindən araşdırılmağa başlanılmışdır.
Şumer dili ilə türcələr
(ağızlar - ləhcələr, dialektlər) arasında eynilik olduğu, ilk yazılı ədəbi nümunə olan “Bilqamıs” dastanı ilə Azərbaycan folklorunun, şifahi
xalq yaradıcılığının, nağıl-dastanlarının
kök-boy yaxınlığı, tibbi fikirlər, məlumatlar, inanc,
mifoloji-astronomik dünyabaxışlarının səsləşməsi,
oxşarlığı, doğmalığı danılmazdır. Bunun kimi də
Türk ölkələrindəki, əsarətdə olan tarixi türk torpaqlarındakı qayaüstü və
daş abidələr-kitabələr, yazılar arasında
işarə eynilikləri, sistem, süjet və
kompozisiya quruluşunun vahidliyi əcdadlarımızın ortaq türk düşüncəsindən,
ortaq türk ruhundan irəli gəlir. Sibir çöllüklərindəki
tapıntılar, işarələr ilə Azərbaycan qaya təsvirləri arasında ilgi, üst-üstə düşən
oxşarlıq, bənzərlik bir-birlərini
tamamlayacaq qədər ruh doğmalığı yaradır.
QuzHun (Xəzər) dənizi
ilə bağlı qayalarda qayıq, balıq cizgiləri yerli aborigenlərə dominantlıq
mövqeyini bildirən cəhətdir. Qavaldaşının sirli-soraqlı səs ahəngində icmanın
daxildən gələn hiss və həyəcanı duyulur. Onların yallı bilgəliyini
(müdrikliyini) düşündükcə, Naxçıvanın Gəmiqaya abidələrindəki ibrətamiz “Maral hekayəsi”ni (Əjdər Fərzəlinin ifadəsi) xatırladıqca etnik gendən gələn Ruhani
yetkinliyimiz təsdiqlənir. Maral
balasını öldürən ovçunun kəsilib çiyninə qoyulmuş ayağı – bu mənzərəni seyr etmək
heyrətdir. O dövrün toplumundan heyrət doğuran insanlıq dərsi. İnsanın idrak saflığından, ürək düzlüyündən fərəhi
yerə-göyə sığmır. Bax budur, Azərbaycanımızın insani mahiyyətinin ifadəsi
– bütövlük, böyüklük, ağsaqqallıq!
Qobustandan söz düşərkən
Tur Heyerdalın “Qobustan kökləri çox qədimlərə
gedib çıxan və hətta Mesopotamiyadan daha qədim, doğru tarixi indiyə qədər öyrənilməyən mədəniyyət incisidir”
fikri yada düşür. Qobustan,
Naxçıvan, Kəlbəcər, Göyçə-Zəngəzur zonası və adları ermənicəyə dəyişdirilmiş İrəvan
ərazilərindəki qayalara həkk olunmuş təsvirlərin kompozisiyaları bir-biri ilə tam uyğunluq yaradır. Bu isə
yurda sahib olan əcdadlarımızın düşüncə və ruh doğmalığının vahidliyini sübut
edir. İrəvan, Naxçıvan, Qarabağ, Borçalı
ərazilərindəki daş qoç abidələri də eyni düşüncə axarının davamıdır.
Güney Azərbaycan ərazilərindəki oyma və cizgilərin anatomiyasını incələdikdə də
Azərbaycanın bütöv türk varlığı
aydınlaşır. Tarixi Bütöv Azərbaycan ərazisindən tapılan eksponatlar, aksesuarlar,
bəzək və məişət əşyaları, sümük nümunələri birmənalı olaraq türk irqinə aiddir.
Ermənilərin uydurma “yunan-erməni
mifologiyasının yaxınlığı” qayaüstü təsvirlərə
sahib çıxmaqla tarixi saxtakarlıq etməsi işğalçılıq meylindən irəli gəlir. Qobustan-Gəmiqaya oymalarını əvəzsiz edən bu
təsvirlərdə əlifbanın olmasıdır. Qobustan-Gəmiqaya əlifbası Orhun-Göytürk
(Yenisey) damğaları ilə səsləşir və Rusiya, Monqolustan, Çin əsarəti altında
olan Türk torpaqlarındakı, Avropadakı türk yazı və abidələri Azərbaycandakı yazı işarələri ilə eyniköklü sistemə aiddir.
Çox güman, Kirill qardaşları slavyan əlifbasını
əsasən türk hərfləri əsasında hazırlamış, ciddi bəhrələnmişdir. Əlifbanın
sxematik quruluşuna baxmaq bəs edir.
Azərbaycan qayaüstü
təsvirlərinin Hindistanın Madhya Pradeş ştatındakı Bhimbetka qayaüstü təsvirlər
ilə oxşarlığı var. Çəkilmə texnologiyası fərqli olsa da, təsvir
detalları – ox-kaman, ov
silahları, dəyənək, ov təsvirləri, əhliləşdirilmiş heyvan təsvirləri, hamilə
qadın, yallı səhnəsi, piyada və at belində əllərində dəyənəklə ov üstünə şığıma
və s. səhnələr isə oxşardır. Bu isə ümumşərq mahiyyətindəki doğmalıqdan irəli gəlir. Hindistan təsvirlərinin çox hissəsində fərqli
cəhət insan təsvirlərində əzələliyi və əzəmətliliyi bildirmək üçün döş qəfəsi
yuxarıdan aşağı üçbucaq formasında təsvir edilib. Azərbaycan təsvirlərində isə gövdə uzunsov və oval, təbii formaya uyğun təsvir edilib.
y.turksoy@mail.ru
Комментариев нет:
Отправить комментарий