Esmira Fuad
Bizə bir qübbeyi-füruzə də yox.
Yanar əflakda minlərlə çıraq
Bizə bir şam, bir avizə də yox.
Bu qədər ulduz arasında bizə
Yeddi gsylərdə bir ulduz yoxumuş.
Öldülər quşlar aləmdə məgər,
Bizə çatdı o ağlar Bayquş
Qovalarkən məni hər gün möhlət
Qapımı döymədədi hər gecə qəm
Hamı azadə elin şairi var
Mən əsir ellərimin şairiyəm...
Həbib Sahir 1903-cü ilin mayında Təbriz şəhərinin
Sürxab məhəlləsində dünyaya gəlmişdir. Atası Mirqəvam Məşrutə inqilabı zamanı həlak
olmuş və 5 yaşlı körpənin tale qapısını yetimlik, öksüzlük adlı sitəm döymüşdür.
Həyatın ilk ağır zərbəsini alan Həbibin bu uğursuzluq bütün ömrü boyunja sanki onunla birgə addımlamış, ağrı-acılarla
dolu kədərli yaşamının bünövrə daşını qoymuşdur. Çox-çox sonralar xatirələrində
belə yazırdı: «5 yaşına çatdım. Kəndimizdə fırtına qopdu. Atam bir payız gejəsi
qonaq getdi, bir daha dsnmədi. Yetim qaldıq. Altımıza köhnə keçə saldıq, aclıq gördük,
korluq çəkdik, böyüdük...».
O, ilk təhsilini mollaxanada alıb. Hələ 6 yaşı tamam
olmayan Həbibi Boyat qəbiləsindən olan anası Fatimə xanım (Bunu şair sonralar
ustad Şəhriyarın “Heydərbabaya salam” mənzuməsinə yazdığı nəzirəsində -
“Məktəb xatirələri” poemasında da: Anam mənim ortaboylu bir xanım, Siyah saşlı,
«Bayat» soylu bir xanım, - deyərək vurğulayıb...) məsciddəki molla məktəbinə gətirib
və deyib:
«Axund, Həbibin əti sənin, sümükləri mənim». Mollaxanada ərəbcə təhsil almağa başlayan balaja Həbib buranın sərt qayda-qanunları və mollanın əzazilliyi ucbatından bir çox çətinliklərlə üzləşir, lakin məhəllədəki «Sərdabə üstü» molla məktəbində mollabajıdan ərəbjə dərs aldığından ərəb dilində yazıb-oxumağı şox tez öyrənir. «Mədaris-i Mötəmidə» və «Rüşdiyyə» məktəblərində ibtidai təhsil aldıqdan sonra, «Mədrəse-yi Mübarək-e Məhəmmədiyyə» liseyində ustad Şəhriyarla birgə oxuyur. Şairlə məktəbdən başlanan ünsiyyət və dostluğu sonralar ədəbi əlaqələrinin möhkəmlənməsinə də səbəb olur. 1925-ci ildə orta təhsilini bitirən Həbib fransız dilini mükəmməl öyrənməyə başlayır. Çünki «Mədrəse-yi Mübarək-e Məhəmmədiyyə»də təhsil alarkən mətin inqilabçı, görkəmli ictimai-siyasi xadim Şeyx Məhəmməd Xiyabaninin baş müavini, məşhur şair və inqilabçı Mirzə Təqi xan Rəfət onun fransız dili və ədəbiyyat müəllimi olmuş, qəlbində bu qədim mədəniyyət dilinə, şeirə, poeziyaya, ümumiyyətlə, böyük ədəbiyyata dərin sevgi oyatmışdı. Çox-çox sonralar yazdığı “Məktəb xatirələri” poemasında o, ustadı olmuş nakam müəllimini, İran və Cənubi Azərbaycan ədəbiyyatında yeni, sərbəst şeir yaradıcılığı yolunda ilk cığır açan novator şairi “Əski ədəb xərabəykən quru yer, Tərvic etdi o ilk dəfə yeni şeir,”- deyə məhəbbətlə yad edir, yüksək dəyər verir:
«Axund, Həbibin əti sənin, sümükləri mənim». Mollaxanada ərəbcə təhsil almağa başlayan balaja Həbib buranın sərt qayda-qanunları və mollanın əzazilliyi ucbatından bir çox çətinliklərlə üzləşir, lakin məhəllədəki «Sərdabə üstü» molla məktəbində mollabajıdan ərəbjə dərs aldığından ərəb dilində yazıb-oxumağı şox tez öyrənir. «Mədaris-i Mötəmidə» və «Rüşdiyyə» məktəblərində ibtidai təhsil aldıqdan sonra, «Mədrəse-yi Mübarək-e Məhəmmədiyyə» liseyində ustad Şəhriyarla birgə oxuyur. Şairlə məktəbdən başlanan ünsiyyət və dostluğu sonralar ədəbi əlaqələrinin möhkəmlənməsinə də səbəb olur. 1925-ci ildə orta təhsilini bitirən Həbib fransız dilini mükəmməl öyrənməyə başlayır. Çünki «Mədrəse-yi Mübarək-e Məhəmmədiyyə»də təhsil alarkən mətin inqilabçı, görkəmli ictimai-siyasi xadim Şeyx Məhəmməd Xiyabaninin baş müavini, məşhur şair və inqilabçı Mirzə Təqi xan Rəfət onun fransız dili və ədəbiyyat müəllimi olmuş, qəlbində bu qədim mədəniyyət dilinə, şeirə, poeziyaya, ümumiyyətlə, böyük ədəbiyyata dərin sevgi oyatmışdı. Çox-çox sonralar yazdığı “Məktəb xatirələri” poemasında o, ustadı olmuş nakam müəllimini, İran və Cənubi Azərbaycan ədəbiyyatında yeni, sərbəst şeir yaradıcılığı yolunda ilk cığır açan novator şairi “Əski ədəb xərabəykən quru yer, Tərvic etdi o ilk dəfə yeni şeir,”- deyə məhəbbətlə yad edir, yüksək dəyər verir:
O
əkdiyi ağac el oymağında,
Çiçək
açır bu gün Şiraz bağında,
Yeni
şerin lap güllənən çağında:
Kimsə
deməz Təqi Rəfət kim imiş?
Şeir
yazan dərin hikmət kim imiş?
Hələ tələbə ikən gənc Həbibdə poeziyaya böyük həvəsi, şairlik
istedadını görüb hiss edən T.Rəfət o vaxtlar Türkiyədə nəşr olunan «Sərvət-i fünun»,
«Ədəbiyyat-i cədid», «Rəsmli ay» kimi ədəbi-ictimai jurnalları ona çatdırırdı.
O isə öz növbəsində sonsuz maraq və sevgi ilə Türk ədib və şairlərinin, eləcə
də Tofiq Fikrətin, Cəlal Sahirin yeni forma və məzmunlu əsərlərini oxuyur, Türkiyə
ədəbi mühiti ilə tanış olurdu. Yüksək sənətkarlığı, yeni forma və məzmunu ilə həmin
əsərlər gənj Həbibə güclü mənəvi təsir bağışlayırdı. Bu dərin təsirin nəticəsində
Həbib Cəlal Sahirin soyadını özünə sevgi ilə soyad seçir.
Qeyd edək ki, dövrünün tanınmış novator şairlərindən olan
Təqi xan Rəfət Təbrizdə «Təcəddüd» (yeniləşmə) adlı qəzet buraxırdı. Tələbələri
isə onun şeirin forma və məzmununda yaratdığı yenilikdən, yenilikçi fikir və düşüncələrindən
ilham alaraq «Əncümən-i Rəfət» qəzetini yayımlayırlar. «Əncümən-i Rəfət»də şairin
sevimli tələbələri Məhəmməd Xürrəm, Həbib Sahir, Təqi Bərgüzar, Yəhya Arianpur
daha çox fəallıq göstərir, hətta «Ədəb» adlı yeni qəzet də buraxırdılar. Lakin Xiyabani
hərəkatı şah qoşunları tərəfindən xüsusi amansızlıqla yatırıldıqdan sonra qabaqcıl
qəzet və dərgilər bağlanır. Bütün bu haqsızlıqlara, Xiyabaninin öldürülməsinə dözə
bilməyən Təqi xan Rəfət Qızıl Dizə kəndində özünü asaraq intihar edir. Lakin sədaqətli
tələbələri, o jümlədən, Həbib Sahir novator şairin yaradıjılıq yolunu davam etdirirdilər.
Sahir hələ «Məhəmmədiyyə» mədrəsəsində təhsil alarkən fransız dilindən az-az
tərcümələr edir, mətbuatda nəşrinə nail olur, fransız ədəbiyyatı ilə
maraqlananlara bu ədəbiyyatla qismən də olsa, tanışlıq imkanı yaradırdı. Ancaq Xiyabaninin
və müəllimi Təqi Rəfətin şəhid olması, onların faciəli taleyi Sahirin ürəyinə
dərin yara vurur, ruhunu sarsıdır. Bu böyük kədər həssas gəncin əbədi qəlb ağrısına
şevrilir və ilk qələm təcrübəsini, ilk şeirini də məhz alovlu vətənpərvər, mətin
inqilabşı Şeyx Məhəmməd Xiyabaninin ölümünə həsr edir. Türkiyəyə, türk ədəbiyyatına
marağı isə səngimək bilmirdi. Bu bsyük maraq onu qardaş ölkəyə doğru çəkirdi.
1925-ci ildə orta təhsilini bitirməsi haqda lisey diplomu alır və bir müddət –
1927-ci ilədək Kürdüstanda kürd ağalarının uşaqlarına fars dili və ədəbiyyatından
dərs deyir. «Xatirələr»ində yazdığına görə, Kürdüstanda işlədiyi iki il müddətində
az-çox Osmanlı qızıl lirəsi toplayır və 1927-ci ildə «Rusiya-Bakı-Batum-Tiflis»
yolu ilə Türkiyəyə gedir. Burada «Dəbistan-i İraniyan»da fars dili və ədəbiyyatını
tədris edir, eyni zamanda, imtahanlara hazırlaşır və İstanbul Universitetinin coğrafiya
fakültəsinə daxil olur. İstanbul ədəbi mühiti ilə yaxından tanışlıq Sahirdə dərin
təbəddülat yaradır, dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Burada Tofiq
Fikrət, Nazim Hikmət, Cəlal Sahir, Yəhya Kamal, Ziya Paşa və İbrahim Şinasinin əsərlərini,
eləcə də İstanbulda fəaliyyət göstərən «Amerikalıların klubu»nda fransız missionerlərindən
yeni fransız ədəbiyyatını öyrənir. Bu dönəmdə Sahir şeir yaradıcılığından
fərqli olaraq mütaliəyə ciddi yanaşır və bədii ədəbiyyata daha şox vaxt ayırır.
Ara-sıra şeirlər, İstanbul türkcəsində bir-iki qəzəl yazsa da, əsasən böyük fransız
şairi Şarl Bodlerin yeni səpkili şeirlərini, həmçinin Lamartinin məşhur "Göl"
poemasını Azərbaycan türkcəsinə tərcümə edir. Eyni zamanda böyük Sədinin “Gülüstan”
əsərini, Hafiz Şirazinin qəzəllərini fars dilindən Azərbaycan türkcəsinə çevirir.
Klassik şeir ənənələrindən fərqli, əruz vəznində türk dilində yazıb-yaradan Türkiyənin
böyük novator şairi Yəhya Kamalın əsərlərini və fransız ədəbiyyatını o, daha çox
oxuyurdu. Çünki bu əsərlər şairin ruhuna daha güclü təsir göstərir, qəlbində təlatüm
yaradırdı. Gənc şairin Azərbaycana, onun bənzərsz təbiətinə sonsuz sevgisi, yurd
təəssübkeşliyi diplom işində də özünü yansıdır. O, «İran Azərbaycanının təbii
coğrafiyası» adında diplom işi yazır və uğurla müdafiə edir. Beləliklə, Həbib Sahir
Türkiyədə təhsilini başa vurur və 1933-cü ildə Təbrizə qayıdır. Maarif İdarəsinin
təyinatı ilə Təbriz şəhər məktəbində müəllim işləməyə başlayır, coğrafiya fənnini
tədris edir və şagirdlər üşün dərsliklər yazır. Sahir fitrətən şair doğulmuşdu,
ədəbiyyat, poeziya vurğunu idi. Ana yurduna, xalqına və doğulduğu torpağa qırılmaz
tellərlə bağlı olan şair Vətənini odlu məhəbbətlə sevirdi. Dərs dediyi şagirdlərə
Ana dili ilə bərabər Azərbaycan ədəbiyyatını da dərindən öyrədirdi. Düşünürdü
ki, «Ana dili parlaq qızıl açardır, elmlərin xəzinəsin aşandır» ...Həssas şair elmlərin
xəzinəsinin açarı sandığı ana dili uğrunda bütün ömrü boyunca mübarizə aparıb.
İnanıb ki, dilini qoruyan xalq, millət milli varlığını, kimliyini də qoruyub saxlayır
və nə zamansa itirdiyi azadlığına qovuşur. «Dil günəşdir işıq saçır, Azadlığa qapı
açır... Bizim türkü şirin dildir, xoş sədalı, zəngin dildir» - deyən Həbib Sahir
üçün yad dil, özgə dil qulağa xoş gəlsə də, boyunduruqdur, boyunduruq isə xalqı
gec-tez boğar, keçidlərdə pusqu qurmuş bir quldur kimi var-yoxunu soyar.” Özgə
dil xalqın başı üstündə sanki bir cəhənnəm kölgəsi, ölüm kabusudur, hər boynunu
üzməyə hazır durmuş cəllad qılıncıdır:
Bizə
yad kabusu bax, kölgə salıb,
Bu
ölümdür, bu ölüm kölgəsidir!
Yad
dili olsa da xoş səsli, yenə
Bizcə
ərbab səsi, cəllad səsidir...
1936-cı ildə Təbriz Maarif Nazirliyinin qərarı ilə Sahirin
«Coğrafiye-yi Xəmsə» adlı dərsliyi Zəncanda nəşr edilir və mükafata layiq görülür.
1945-46-cı illər inqilabı, 21 Azər hərəkatı şairin həyatında,
dünyagörüşündə bir oyanma, intibah yaradır. S.C.Pişəvərinin hakimiyyəti dövründə
«Ana dili» dərs kitabını yazır, mətbuatda ciddi məqalələrlə «Aydın» imzası ilə
çıxış edir. Ədəbi yaradıcılıqla da fəal surətdə məşğul olur, lakin Şahlıq səltənətinin
qoşunları Azərbaycanın qüdrətlənməsindən ehtiyatlanan xarici havadarlarının köməyi
ilə xalq hərəkatını qan dənizində boğur və fədailər hakimiyyəti itirirlər. Milli
Hökumət devrilir. Cənubi Azərbaycanda irtica dövrü başlanır. Bu hadisə Həbib Sahirin
də dünyasını qaraldır, ürəyini məngənə tək sıxır. Lakin vətəndaş şair müəllimlik
fəaliyyətini davam etdirir, gələcək nəslə tarixin ibrət dərslərini anladır, ana
dilini şagirdlərinin beyninə həkk etdirirdi. Bu isə mövcud şahlıq üsuli-idarəsinin,
fars şovinistlərinin əsla xoşuna gəlmirdi. Məktəbyaşlı uşaqların-şagirdlərin doğma
türkcəni öyrənərək milli ruhda böyüməsi gələcəkdə onların milli hüquq və haqlarını
tələb etməsi ilə nəticələnəcəkdi. Ona görə də mövcud irticaçı rejim hökmranlığını
saxlamaq üşün bütün mümkün vasitələrdən istifadə etməklə bu oyanışın qarşısını
almağa çalışırdı. Odur ki, Həbib Sahir haqqında hökm çıxarılır, şair Ərdəbilə sürgün
edilir, burada «Səfəviyyə» məktəbində müəllim işləyir. Uşaqlara Azərbaycan
dilində dərs deməsi, doğma türkcədə danışması, verilən xəbərdarlıqlara əhəmiyyət
verməməsi, ona yeni sürgün həyatı yaşadır. Şair Ərdəbildən çıxarılaraq Qəzvinə
göndərilir. Yenə də ustadı T.Rəfətin yoluna və öz əqidəsinə sadiqlik göstərir. Nəticədə
haqqında üşüncü dəfə sürgün hökmü çıxarılır. Mazandarana-Sariyə göndərilir. Lakin
burada malyariya xəstəliyinə tutulduğundan geriyə–Qəzvinə qaytarılır. Yaradıcılığının,
ədəbi fəaliyyətinin ən məhsuldar dövrü bu illərə (1933-1946) təsadüf edirdi. Əfsus
ki, hökumət xəfiyyələri «Aydın», «Ülkər», «Ağ» kimi gizli imzalarla yazıb-yaradan
şairdən şübhələnirlər və onu doğma şəhərindən, qaynar Təbriz ədəbi mühitindən
ayırırlar. Dərdli şair sonralar yazırdı: «1941-1946-jı ilin payızına qədər məndə
şairlik dövranı başladı. Ana dilində bollu-bollu şeir, hekayələr yazdım... muzdumu
aldım.. 1946-cı ilin qışında mədrəsədən qovuldum! «Günahım» bu imiş ki, ana dilində
şeir və hekayələr yazırdım. Bir müddət sonra məni Ərdəbilə sürgün etdilər. Orada
nəzarət altında olub «Səfəvi» məktəbində dərs deyirdim. Ərbəbildə 3 il yaşayandan
sonra «günahımı» bağışlayıb Qəzvinə göndərdilər. Qəzvində tam 13 il yaşadım, sonra
Tehrana ksşdüm»... Həbib Sahir, nəhayət, 1946-cı ildə, 43 yaşında ikən evlənmək
qərarına gəlir və ağır sürgün həyatını yalqız deyil, ömür-gün yoldaşı Nüsrət ül-mülk
Nuri xanımla birgə yaşayır. Uzaq ellərdə sürgünlüyə məhkum edilməsinə baxmayaraq
şair bircə anlıq da olsa, doğma Təbrizi, doğulduğu torpağı, bətnindən qopduğu xalqını
unuda bilmir, uçan quşlardan, əsən yellərdən o yerlərə peyğam, salam göndərir,
çəkdiyi qürbət acıları, ayrılıq həsrəti, hicran duyğuları qəlbindən yazdığı şeirlərə,
misralara süzülür:
Şəfəqlərdə
uçan axşam quşları,
Məndən
salam deyin gözəl Təbrizə.
Qatar
ilə gedən Vətənə sarı,
Arxadaşlar!
Bir baş vurun da bizə.
...
Duman çöküb üfüqləri qaraltdı,
Mənə
qürbət bir cəhənnəm yaratdı...
Xəzan
yeli baxçamızı saratdı,
Daha
nələr deyim? Dostlar mən sizə...
Sürgün həyatı Həbib Sahirin əsərlərindəki lirik-romantik
əhvali-ruhiyyəyə aydın duyulan kədər, qəm notları şskdürdü. Onun dibsiz, sonu görünməyən
Vətən eşqi, bsyük Təbriz sevgisi daha da alovlanır. Digər bir şeirində-dörd
misralıq dübeytisində bağçada bitən nərgizə bənzətdiyi Təbrizə salam gsndərir,
lakin bu dsrd misralıq şeirdə də bütün ömrü boyu tərəfində durduğu, haqlarını müdafiə
etdiyi məzlum insanları, əziyyət şəkən, yay-qış isti-soyuq bilmədən işləyən işçilərin,
bu fasiləsiz qul əməyinin müqabilində bir komaya belə sahib ola bilməyən
evsiz-eşiksizləri, yurdsuz-yuvasızları da unutmur:
Salam
olsun Təbrizə,
Bağda
açan nərgizə,
Əkinşiyə,
işsizə,
Yurdsuzlara,
evsizə.
Diqqət şəkən odur ki, şairin əsərlərindən bütün
əzəmətilə görünən böyük Vətən məhəbbəti onun digər sevgilərini üstələyir. Bir
anlıq düşünürsən ki, Sahirin doğma yurd sevdası fərdi, adi insana olan
sevgilərdən çox-çox ucadı və o, bu qutsal sevgi - Azərbaycan uğruna gözünü
qırpmadan ölümə gedə bilər... Qəlbində bu bsyüklükdə sevda daşıdığına görə də
qoyulan qadağalar, Vətəndən uzaqlaşdırılması, sürgün və təqiblər onu zərrəcə qorxutmur,
ana dilində yazıb-yaratmaqdan, bənzərsiz şeir incilərini qələmə almaqdan çəkindirmir.
Daha böyük əzm və qüdrətlə lirik şeir və hekayələr yazmağa davam edir. Müxtəlif
vaxtlarda «Sayəha» (Kölgələr), «Əfsaneyi-şəb» (Gecənin əfsanəsi), «Şəqayiq»
(Addımlar), «Xuşəha» (Sevinclər) və «Əsatir» (Mif), «Lirik şeirlər», «Seçilmiş şeirlər»
(2 cilddə), «Kal meyvələr», «Kövşən», «Səhər işıqlanır» adlı şeir kitabları işıq
üzü görür. Bu kitablarda toplanmış bədii əsərlərdə tənqid motivləri, real həyatdan,
şahlıq üsul-idarəsinin cinayətlərindən, mövcud rejimin ədalətsizliklərindən, xalqın
ağır günlərindən, ağrı-acılı yaşayışından şikayətlənmələr olsa da, əsasən Vətən
mülkünün al-əlvan mənzərələri, ana təbiətin əsrarəngiz gözəllikləri, Azərbaycan
xalqının qayğılarla dolu kənd həyatı, əməkçi insan bədii-poetik boyalarla, obrazlı
şəkildə vəsf olunur. «Səhənd dağı», «Arzu», «Şerin dili», «Bəy və şair», «Mahnı»,
«Arazın suyu», «Kənd mahnıları», «Salam», «Səhəndə sarı», “Şeir pərisi”,
“Həyatdır axar çeşmə”, “Sevgilim” adlı şeirlərində şairin bütövlükdə yaradıcılığına
xas olan dərin lirizm, romantik üslub, doğulduğu, boya-başa çatdığı yurda, el-obaya
böyük məhəbbət, odlu sevgi qabarıq şəkildə əks olunmuşdur. Sahir «Səhənd dağı»
şeirində başı qarlı, dumanlı, şanlı-şövkətli Vətən dağının el-obanın dayağı, istinadgahı,
sığınacağı olmasından qürur duyur və bu düşüncələrini fərəhlə nəzmə çəkir.
Şeirdə Azərbaycan kəndinin və kəndlisinin həyatı aydın boyalarla canlandırılır.
Kənd camaatı, elat yay aylarında yaylağa çıxır, bu məğrur, qüdrətli dağın ətəklərində
çadırlar qurur, çobanlar qoyun-quzu sürülərini laləli düzlərə, yamaclara yayır,
qadınlar qış tədarükü görür, hər tərəfdən qoyun-quzu mələşməsi, uşaqların şən qəhqəhələri,
çal-çağır səsləri eşidilir, bir sözlə, həyat qaynayır:
Gəlin
qurun çadırları, buraxın,
Otlasınlar
otlaqlarda at, qoyun.
Uşaqları
buraxınız gəzsinlər,
Od
yandırıb qaranlıqda toy tutsun!
Sizin
üşün yamacları bəzəyib,
Gözəl
quşlar bəsləmişəm Sizlərə
Çıraq
kimi qızıl lalə yandırıb,
Yaşıl
xalı döşəmişəm hər yerə...
Sahirin lirik-romantik şeirlərində oxucu ana torpağa,
təbiətin ecazkar gözəlliklərinə vurğun, romantik, xəyalpərvər bir şairlə – gözəllik
aşiqi ilə qarşılaşır. Bu bədii lsvhələr, lirik ricət və təsvirlərlə süslənmiş,
sanki həzin bir musiqi və incə rəssam təbi duyulan şeirləri şair əsasən gənclik
dövründə, 1946-cı ilədək qələmə almışdır. Ancaq istər təbiət gözəlliklərindən,
istərsə də insanın daxili, ruhani dünyasının özəlliklərindən, zənginliklərindən
yazsın, fərqi yoxdur, Həbib Sahir bütün yaradıcılığı boyu yeni şeir ənənələrinə
sadiq qalır, əsərlərini daha çox sərbəst vəzndə qələmə alır. Onun əruz vəzninin
qoyduğu məhdudiyyətlərdən sıçrayaraq çıxdığı qəlibsiz, çərçivəsiz şeirlərindəki
azadlığını, bədii fikrinin, şahə qalxan duyğularının ifadəsindəki sərbəstliyini
və oxucu ruhunu oxşayan dərin şeiriyyətini dövrünün ədəbiyyat biliciləri də yüksək
qiymətləndirmiş və təqdir etmişlər. Məhəmməd Rza Rafipur “Həbib Sahirin
novatorluğuna bir nəzər” məqaləsində yazmışdır: “Sahirin poeziyası məşrutə dövrünün
poeziyası və Nima Yuşicin müasir şeirləri arasında bir ksrpüdür.” Hüseyn Sədiq
isə şairin hansı dildə, vəzndə və üslubda yazmasından asılı olmayaraq onun bsyük
ruha sadiq qaldığını, kskündən və tarixindən qopmadığını vurğulayır və konkret
fikir ssyləyir: “Farsdilli poeziyasında da Sahirin sırf Azərbaycan şairi olduğu
görünür (“Həbib Sahirin novatorluğuna bir nəzər”, Peyk azəri, 1370, isfənd ayı,
s.44).” Bir sıra tədqiqatçılar sərbəst vəzndə yazıb-yaradan Sahiri, haqlı olaraq,
Cənubi Azərbaycan ədəbiyyatında «Sərbəst şeirin atası» adlandırırlar. Güney Azərbaycanın
gsrkəmli ədibi Gənjəli Səbahi Həbib Sahirə həsr etdiyi «Dərin duyğular şairi»
adlı məqaləsində isə onun böyük sənətinə, dərin romantizminə, insanın
iliklərinə işləyən əfsunlu lirizminə heyranlığını ifadə edir: «Bədii təbiət təsvirləri
ilə bəzənmiş şeirlərini gənclik dövründə qələmə almasına baxmayaraq, burada Sahir
mahir bir qəvvas kimi dənizin dərinliklərinə cumaraq söz incilərini toplamış, məharətlə
xəyal pərilərinin tellərinə düzmüş, ana təbiətin füsunkar gözəlliklərini vəsf
etmişdir. Şeirlərini oxuduqca insan özünü bir rəssamın yaratdığı bənzərsiz tabloların
qarşısında hiss edir. Şairin yaradıcılıq qüdrəti adamı heyran edir. Ancaq tamaşadan
doyub məna axtarırkən istər-istəməz daxilində bir sual baş qaldırır: - Məgər sənət
sənət üçündür? Yaradılmış əsərlər tamaşa üçünmü yaradılır?» G.Səbahinin fikirləri
və Sahirin poeziyasındakı dərin şeiriyyətə heyranlıqdan doğan sualları maraqlı,
həm də düşündürücüdür. Axan suların laylaya bənzər şırıltısını, əsən yellərin yaşıl
zəmiləri hərəkətə gətirməsini, ay işığının buludlar arxasından boylanaraq dumduru,
gümüş sularda əks olunmasını, çəmənlərdə ətir saçan güllərin eşqi ilə cəh-cəh vuran
bülbüllərin avazını, hətta süsərilərin cingiltili səslə ötməsini, dağları, dərələri,
yaşıl ormanları və s. yüksək poetik ustalıqla təsvir edən şair oxucuda öz torpağına,
ana təbiətə, boya-başa çatdığı el-obaya, bətnindən qopduğu xalqa məhəbbət, sözün
əsl mənasında, böyük sevgi aşılayır, qəlbində lirik, kövrək duyğular oyadır. Hər
bir incəsənət əsərində kamil bədii gözəlliklə yanaşı dolğun məna, sərrast fikir
də ifadə olunmalıdır. İncə, zərif hiss və duyğularını, ideya və məqsədlərini öz
əsərlərində əks etdirən şair, yazar bədii təsvir vasitələrindən həmin ideya və
məqsədlərin, fikirlərin daha təsirli, daha sirayətedici ifadə olunması üçün yerli-yerində
istifadə edir. Həbib Sahir məhz bu yaradıcılıq yolu ilə inamlı addımlar ataraq yüksək
bədii dəyərə malik orijinal əsərlər yaratmışdır. Təbii ki, onun əsas motivi ana
təbiətin gözəlliyi, varlığın, həyatın sirləri, qəribəliyi, anlaşılmazlığı olan lirik-romantik
səpkili şeirlərində təkrarsız bədii lövhələr, lirik ricətlər və ecazkar təbiət
mənzərələrinin bədii təsviri ilə yanaşı, xəyali surətlər, obrazlar da özünəməxsusluğu
ilə diqqəti cəlb edir. Şairin şeirlərinin əsas mövzusunun isə Vətəninin,
Asərbaycan təbiətinin təkrarsız gözəlliyi, möcüzəli təbii mənzərələri və bu gözəlliklərin
qoynunda, əsrarəngiz mühitdə soydaşlarının çarəsiz bir durumda, taleyə boyun əyərək
yazıq-yazıq yaşaması olduğu görünür...
«Çöl yollarında» və «Şeir pərisi» kimi şeirlərindən
gətirdiyimiz nümunələrdə həm də şairin masmavi, cazibədar xəyal dünyası
yansıyr:
Xəyal rəngli bir pərdədir, mərmuz, gözəl bir cahanın,
Əsrarəngiz
gözəlligi o pərdədə çiçək açar...
Bir
üfüqdür füruzə rəng, bəzəmişdir şəfəqləri...
Mavi,
dərin asimandır, ondan doğan məhitablar.
«Şeir pərisi»ndə Həbib Sahir oxucusunu yaz günəşinin
batması ilə ətrafa çökən toranlığın yaratdığı hüznlü bir səssizlikdə, qərib
axşamlarda şair qəlbində baş qaldıran romantik duyğularla baş-başa qoyur:
Gün
batarkən qızıllı xəyallarda,
Gül
açardı yazın gözəl axşamı.
Uzadardı
mənə şerin pərisi
Şərab
ilə dolu altın bir camı...
Ay
doğarkən kölgələnmiş sularda
Ayın
gümüş işıqları titrərdi...
Dağ
çiçəyi verən nazlı qız mənə...
Şərab
ilə dolu bir cam verərdi.
Yaradıcılığının ilk dövründə Sahirin bəzi lirik-romantik
şeirlərində hətta bir pessimizm, ümidsizlik, gələcəyə inamsızlıq, bədbinlik notları
da aydın duyulur. Şair sanki ona acılar yaşadan, arzularını solduran həyatla
vidalaşmaq istəyi duyulur:
Yat
bu viranədə, həsrətlərə qatlan, gülmə!
Gülmə!
Solsun ürəgində aşılan lalələrin,
Ki
sönsün o günəş rəngli, o xoş zülfi-tərin...
Lakin «Gülmə!» şeirindəki bu küskünlük, ümidsizlik,
çətinlik və səfalət, yoxsulluq içində keçən ağır həyatdan doğan ruh düşkünlüyü,
dünyanı tərk etmək - ölüm arzusu «Son söz» şeirində daha da qabarıqlaşır:
Nə
söyüd kölgəsi altında, nə çay nəzdində,
Nə
yaşıl bağlar içində məni basdırma, sakın!
Və
nə mərmərdən olan bəqədə həbs eylə məni,
Qoy
göy altında yatım, bir dərədə dağa yaxın!..
İlk baxışdan şairin bədbinliyi, kədəri fərdi, subyektiv
təsir bağışlayır. Lakin digər əsərlərinə nəzər saldıqda bu kədərin fərdilikdən
çıxdığının və ümumən, onu yetirən xalqın, başı müsibətlər, bəlalar çəkmiş millətinin
dərdi, kədəri olduğu dərk edilir. Və incə duyğulu, həssas ürəkli şair ilk dsvr yaradıcılığında
aydın şəkildə gsrünən xəyal dünyasında, bədbin, pessimist hisslərin təsir dairəsində
uzun zaman qalmır, ictimai romantizmə yönəlir, düşüncələrində, həyata baxışında
təbəddülat yaranır və real aləmə, gerçək dünyaya qayıdır. təbiətin gszəlliyi,
varlığın sirri, qəribəliyi, anlaşılmazlığı ana motiv kimi özünü qabarıq şəkildə
gsstərirdi. «Kovşən» kitabına yazdığı etirafda bu qayıdışı səmimi dillə ifadə edir.
«Bir tərəfdə təsəvvüfün rəmzli dünyası, bir tərəfdə isə günəşlə parlayan real aləm
gsrdüm. Atımı işığa sürdüm. Mahnı söylədim. Şeir yazdım. Yazdım-pozdum. Yadlar məni
dandılar. Ellər məni andılar, Alqışladılar. Mən yolumu tapmışam! İşıqlı aləm ordadır.
Şən günlər, azad illər ordadır. Dünya belə olmalıdır». Dünyanın, əsl həyatın onu
yetirən xalqın, elin-obanın qoynunda, şad günündə onunla bir sevinib, kədərli vaxtlarında
da bir qəmlənməkdə olduğunu dərk edir. Artıq Sahir xəyalında canlandırdığını deyil,
görüb müşahidə etdiklərini, real həyatı bədii boyalarla əks etdirməyə başlayır,
gerçək həyat hadisələrini, tarixi keçmişi şeirə, poeziyaya gətirir, xalqın dərdlərini
söyləyən dilinə şevrilir:
Şair
qoşdu günə sarı,
Odda
görüb xalqı yandı,
O
günədək görmədiyi
Bir
şox şeylər görüb qandı,
-deyir və yeni həvəslə «qandıqlarını» vəsf etməyə girişir.
«Dədə Qorqud» dastanında Buğac boyunu nəzmə çəkir, Məşrutə inqilabına, Xiyabani
hərəkatına, 21 Azər hərəkatına poetik münasibətini bildirir. Onun romantik bir
dillə təsvir etdiyi varlıq yaşayan, eşidilən və duyulan obrazlara çevrilir və yaddaşlarda
qalır. «Biri şiə, bir sünni, Belə millət, sənə zillət»- deyərək xalqın arasında
dini məzhəb ayrı-seçkiliyi salan simasız din xadimlərini, səbəbkarları lənətləyir.
Sahiri ən çox sevindirən, ruhunu qanadlandıran, yaşamaq, yazıb-yaratmaq həvəsini
gücləndirən, ilhamına qol-qanad verən 21 Azər hərəkatının qələbə çalması, Güney
Azərbaycanda Xalq Demokrat Firqəsinin qələbəsi və S.C.Pişəvərinin Milli hökumətin
başına gəlməsi, Vətənin səmasında azadlıq günəşinin parlaması olmuşdur:
Qorxma!
Bu mavi göy altında yanan al günəşim,
Və
üfüqlərdə gülən al şəfəqin sönməyəcək...
İlk
baharın açacaq gül, ötəcək bülbüllər,
Dünyamız
bir də bu aləmdə xəzan görməyəcək...
Lakin azadlıq günəşinin üzərini qara buludlar şox tez
alır. Azadlıq günəşi qan dənizində boğulur. Yenə zindanların dəmir barmaqlıqları
xalq fədailərini üzünə aşılır, təqiblər, sürgünlər, ölümlər başlanır. Şahın quldur
dəstələri xalqın yurd-yuvasını dağıtdı, azadlıq nəğməsi oxuyan ağızlara qıfıllar
vuruldu, el-obanın azadlığı çalındı, dili yasaq edildi, milli qürur tapdalandı.
Sahiri inqilabın qələbəsi nə qədər sevindirmişdisə, məğlub edilməsi də bir o
qədər sarsıtdı. Bədbəxtliyə düçar edilmiş ellərin dərdinə «Vətən matəmində» şeiri
ilə ağı dedi. «Söylə, tanrı» şeirində Ulu tanrıya üz tutub viran edilmiş yurdların,
günahsız axıdılan qanların, el içinə salınan ayrılıq, aclıq, nifağın səbəblərini sorur, vətəndaş yanğısı, kədəri və
narahatçılığı ilə baharın bir də ellərin bir də üzünə nə vaxt güləcəyini bilmək
istəyir və ən azından buna ümid edir:
Söylə
tanrı! Köçüb gedən ellərin,
Bu
dünyada bir də üzü güləcək?
Gələcəyə
şirin ümid bəsləyən
Könlümüz
də aşajaqmı gül-şişək?
Viranə
də susacaqmı bu bayquş,
Verəcəkmi
bahar dünyaya bəzək?
«Sürgün» poemasında, “Firidun İbrahimiyə”,
“Basqın”, «Kənd mahnıları», «Yurd mahnısı», «Atlıların», «Yoldan kənar», «Gecə
keçmiş yarıdan», «Məndən salam deyin gözəl Təbrizə», «O taya», «Mahnı», «Haram
olsun», “Sazaq əsdi”, “Bir toxucu qıza”, “Axşamçağıdır”, «Xəzanlar» kimi şeirlərində
Vətən və xalqının pərişan, kədərli halını, dağılmış evlərin, söndürülmüş ocaqların
nisgilini, düşmən atlarının tapdağından qaçıb can qurtarmış, qürbət ellərə pənah
aparmış, sürgünə göndərilmiş insanların faciəsini yana-yana qələmə alır. «Xəzanlar»
şeiri sanki bir tarixdir, bir payızda qələbə çalıb bir payızda ağır
məğlubiyyətə uğradılan bir elin romantik əsalətlə təsvir edilən tarixidir...
Arzularının qanadlarında xoşbəxtliyə qovuşduğuna inanan, bu xoşbəxtliyin dadını
heç bir il də dadmağa aman verilməyən, xəyanət burulğanında boğulmağa məhkum
olunan, böyük, şərəfli tarix yaşayan bir xalqın qırılan inamlarının, ölən
arzularının tarixinin bu dərəcədə parlaq və aydın, öləsiyə kədər və hüznlə
bədii poetik əksi ədəbiyyatda nadir hadisələrdəndir:
Bir
xəzanda yetim qaldıq,
Bir
xəzanda
Sevdalandıq...
Bir
xəzanda alovlandıq.
Ən
nəhayət, xülyaların havasından qa-
nadlandıq...
Bir xəzanda parlaq qızıl günəş
doğdu,
Bir xəzanda bulud gəlib günü
boğdu...
Anlayarkən xəzanları zaman bizi
qovaladı
Gəldi zaman, keçdi zaman, Ayrı düşdük
yurdumuzdan...
Həsrət qaldıq sərin-sərin bulaqlara,
gül-çiçəkli
otlaqlara.
Zaman keçdi, biz quruduq
susuz
qalan ağaclar tək,
Təravətdən
saldı bizi,
Bilməm qürbət?
Yoxsa
fələk?
Şairin obrazlı şəkildə “Xəzan” adlandırılan payızın
simasının, solan və ölən xəzan yarpaqlarının bir rəssam tək sözlə bu dərəcədə
dəqiqliklə və yüksək lirik-poetik dillə
sanki rəsmini şəkməsi də bənzərsizdir. «Xəzanlar» şeiri ilə tanış olan oxucu
payızda xəzan dövrünü yaşayan yarpaqların sevda rəngini, həsrət rəngini, tutqun,
tozlu, hətta qürbət rəngini belə yalnız onun görə bildiyini düşünür, yel əsərkən
yarpaqların yağış tək yağdığını, slgünləşdiyini, sanki bir mətnin nəqqaşına döndüklərini,
lacivərdə, qızılı günəşin odlu şəfəqlərində min bir rəngə boyandığını o duyub, o
görüb, o müşahidə edə, şair fəhmi ilə təhlilini verə bilər! Sahir üşün payız
da, xəzan da qızılı rəngdə deyil, həsrət, qürbət rənglidir, “yaslı”dı,
“qəmlidi”, “qanlı payız”dı...
Yuxarıda qeyd etdiyimiz kimi, 1946-cı ildən Sahir də
sürgün həyatı yaşamağa məhkum edilmiş, bu ellərdə yazdığı əsərlərdə qürbətdə aydınlıq,
həsrət odunda yanan dərddaşları kimi, gecələr gözünə yuxu getmədiyini, yollara
baxmaqdan gözlərinin kökünün saraldığını, şoxlarının tale ulduzunun ssnməsindən
və qız-gəlinin matəm libasına bürünməsindən doğan böyük kədərini, hicran əzabını
qələmə almışdır:
Qovuldum
ah, vətənimdən, elimdən,
İllər
boyu nələr gördüm, nələr mən.
Daşdan
daşa dəydi başım qürbətdə,
Möhnət
oldu yar-yoldaşım qürbətdə...
Su
başından bir gün keçdim sübhçağı,
Gördüm
sönüb xalqın odu, ocağı.
Qaçıb
getdim o cəhənnəm odundan.
Gördüm
bütün yerdə ölüm, atəş, qan!
Sürgün olunduğu kənddə onu qonaq edən ev sahibəsindən
ərazidə neçə evin olduğunu soruşduqda, gəlinin verdiyi cavab şairin dərdinin üstünə
dərd qoyur, kədərini daha da artırır:
Axtarma
sən, qonaq, adam bu kəndə,
Qorxudurdu
ərbab bizi hər gejə,
Ölüm
döyür qapımızı hər gecə!
Kök
salıbdır qonaq, şeytan bu kətdə!
Lakin təkcə sürgün olunduğu Ərdəbil, Qəzvin, Mazandaran-Sayə
deyil, bütün ellər bu vəziyyətdədir, hər yerdə xalq aclıq, səfalət, yoxsulluq içindədir.
Hər
yer göy ot, hər yer şişək,
Türkmən
səhra burasıdır.
Əli
xəmirli, qarnı ac
İnsanların
obasıdır...
Ustad şair mövcud şah rejiminə qarşı mübarizə
aparmaqla yanaşı, geriliyə, mövhumat və xurafata, ehkamçılığa, dərvişsayağı
yaşama qarşı da çıxış edərək Güney Azərbaycan türklərini azad, dövrlə, zamanla
ayaqlaşan çağdaş bir millət olmağa, türrahata uymamağa çağırırdı. Ona görə də
farsca yazan bir sıra Azərbaycan şairlərini kəskin tənqid edir, “Yada qul ol,
dərdə alış, farsca danış... Əsirliyi, dərvişliyi təlqin elə uşaqlara,
İnansınlar türrahata... deyərək onların qul psixologiyasına uyğunlaşmalarına
etirazını bildirirdi. Həbib Sahir "Mən əsir ellərimin şairiyəm"
şerində də təhsilli, savadlı Güney Azərbaycan ziyalısının uğradığı milli faciələrdən bəhs edir, Azərbaycan türklərinin
acı qədərinə, alın yazısına etiraz bildirirdi. Kədərli şair azad elin şairi
olmaq, heç bir basqı, təzliqlə üzləşmədən ana dilində azad, sərbəst
yazıb-yaratmaq istəyirdi:
Binəhayət bu göyün altında
Bizə bir qübbeyi-füruzə də yox.
Yanar əflakda minlərlə çıraq
Bizə bir şam, bir avizə də yox.
Bu qədər ulduz arasında bizə
Yeddi gsylərdə bir ulduz yoxumuş.
Öldülər quşlar aləmdə məgər,
Bizə çatdı o ağlar Bayquş
Qovalarkən məni hər gün möhlət
Qapımı döymədədi hər gecə qəm
Hamı azadə elin şairi var
Mən əsir ellərimin şairiyəm...
Azərbaycan Milli Hökuməti devriləndən sonra şah
rejiminə qulluq edən Azərbaycan türklərinin vəziyyətə uyğunlaşmaları ilə heç cür
barışmayan şair “Xarabazar eylədi Od diyarını, əfsus, Quru və isti diyardan
axıb gələn ordu. Elim əsir oldu, oymağım
köçüb getdi və farslaşan ağalar satdılar gözəl yurdumu,- kimi fikirlərin geniş
yer aldığı şeirlər yazaraq mövcud duruma qarşı kəskin etirazını bildirirdi. İlin
dörd fəslinə həsr etdiyi «Yay», «Yaz», «Payız», «Qış» adlandırdığı şeirlərində
də Sahirin ürək ağrısı ilə təsvir etdiyi Güney Azərbayjan kəndlilərinin ajınajaqlı
güzəranı, şətin həyat şəraiti dəyişmir. Əlinin zəhməti ilə becərdiyi məhsuldan kəndlinin
özünə pay düşmür, bütünlüklə ərbabın, mülkədarın anbarına dolur. Qışın oğlan çağında
da, payızda tarlalarda, bağ-bağçalarda məhsul aşıb-daşanda da kəndlinin süfrəsi
boş, çörəyi yavandır. Nə qədər təp töküb, tarlalarda can çürüdüb məhsul becərsə
də ərbaba, mülkədara borcunu verib qurtara bilmir, əksinə, ildən-ilə borc üstünə
borc gəlir:
Heydər
baba, kəndli cana borcludur;
Bilmirsən
ki, borclu namərd quludur!
Tüstülərsə
onun bu gün ocağı
Borca
gedər sabah qabı-qacağı...
Vəziyyət nə qədər ağır, acınacaqlı olsa da, Sahir artıq
bədbinliyə, pessimizmə qapılmır. Ürəyində xalqın, Vətənin gələcəyinin aydın,
işıqlı olacağına ümidi sönmür. Düşünür ki, əgər xalqın igidləri hələ də
yaşayırsa və bu igidlərin təpəri, qeyrəti, əli qələmli yazarı varsa, yurdumuz başqa
oymaqların işində əriməyəcək, ana dilimiz assimlyasiyaya uğramayacaq. Həyatın
yaxşılaşacağına ümid bəsləməyə dəyər, gec-tez azadlıq günəşi Vətən səmasında təkrar
parlayacaqdır!
Şair
yenə şeir yazar el üçün,
Qarlar
ərir çaylar üçün, sel üçün.
Boz
buludlar göyün üzün tutammaz,
Özgə
oymaq yurdumuzu udammaz...
“Firidun İbrahimiyə”, ”1945-ci ildə”, ”Basqın”,
“Qovala düşmənləri”, ”Vətənin matəmində”, “Qanlı payız”, ”Tərəhhata inanma”,
”Otur evdə”, ”Qar yağıb üstümə”, ”Mahnı”, ”Basqın”, ”Yurd mahnısı” və s.
şeirlərində isə üsyan, kəckin etiraz, çağırış var. ...Şair dəryalarca çayları olan el nədən
susuz qalmalıdır, nəsimin-mehin qaynağı olan bir yurdun üzərindən niyə qara
yellər əsməlidir, nə üçün bu xalq öz cəvahirini bir saxsıya satmalıdır, niyə
bunca qara günlər, əsarət mənim xalqımın alnına yazılmalıdır, dünya gülüb-güllənərkən,
niyə bizim bağın gülləri solmalıdır?- kimi suallara cavab axtarır və həmin
sualların konkret cavabıın tapır: - Qəflət, cahillik, əsarət buxovları-polad
zəncirlər...
Əsarətdə
yaşadığın,
Keçmişlərin
qəflətidir,
Yetər
zindan...yetər zəncir,
Zindanı
yıx! Zənciri qır!
Və şair hər gün xalqının qapısından işəri girən
aclıq və ölümün əsas səbəbkarını da müəyyənləşdirir, ona poetik sözün imkanları
ilə ”Vətənin matəmində” şeirində özünə layiq formada don biçir, xalqına: -
Evini yıxanı, düşmənini tanı, - deyir, ölkəsinin milli satqınlarını - əmirləri
qanadları altına almış böyük düşmənin - imperializmin mənfur simasını açır:
Görürkən
qırmızı gün söndü,
İmperializm
gülüb sevindi...
İmperializm
bizə nə verdi?
-Fəlakət,
aclıq və qara gün.
Qan
izlərinə bax, bir düşün,
Tanı
düşmənini, ilanı!
Sənin
əməyinlə bəslənmiş
“Parazit”in
ət və qanı...
Həbib Sahir xalqının böyük və keşməkeşli, ağır
taleyini bədii sözün gücü ilə yazan çağdaş Güney Azərbaycan poeziyasının ən qüdrətli
nümayəndələrindəndir. O, lirik-romantik duyğular şairi, müasir və klassik
şeir ənənələrini yaradıcılıqla davam etdirən, həm xalq ruhunda, həm də yeni üslubda,
sərbəst vəzndə uğurlu əsərlər yazıb-yaradan görkəmli qələm ustası kimi tanınmışdır.
Həbib Sahir şeirin texnikasını, qayda-qanunlarını, tələblərini bilən, modern və
klassik şeir ənənələrini təsəvvüf və rəmzlər sistemini dərindən mənimsəmiş ustad
sənətkardır. O, az sözlə daha böyük, daha çox məna ifadə etməyi, ana dilimin zənginliyindən,
şifahi xalq ədəbiyyatı xəzinəsindən yüksək sənətkarlıqla bəhrələnməyi bacaran qüdrətli
şair, söz ustasıdır. Mükəmməl poetik obrazları, bitkin bədii təsvirləri, orijinal
peyzaj və mənzərə sistemi onun böyük məhəbbətini, insana yüksək humanist duyğular,
bəşəri hisslər, vətənpərvərlik ruhu aşılayan gözəllik və sevgi dünyasından xəbər
verir. Sahirin şeirlərindəki son dərəcə uğurlu bədii ümumiləşdirmələr, orijinal
təşbeh, epitet və metaforalar təzad, təklif və oksimaronlar bədii-emosional təsir
gücünü artırır, onun yüksək müşahidə qüdrətini, hər birimizin baxdığı, lakin görə
bilmədiyi həyat hadisələrinə əsil şair baxışı, şair yanaşması, təhlilidir...
Sahir güclü bədii təsvir və portret ustasıdır və bütün
yaratdıqları məhz böyük Azərbaycana odlu sevgisini hayqırır. O, Ana dilini də obrazlaşdırır,
Vətəni də, ana təbiəti də. Lakin şairin sevərək yaratdığı bu müqəddəs obrazlar
silsiləsindən Ana obrazı daha təsirli və yaddaqalandır. «Məktəb xatirələri» və
«Nərgiz» poemalarında, «Ana səsi», «Anam üçün», «Peyğam» şeirlərində atasız
qalmış uşaqlarını min bir zəhmətlə böyüdüb boya-başa çatdıran anası Fatimənin
ksvrək, son dərəjə səmimi, mehriban, qayğıkeş, sözlü-söhbətli, ağzı el deyimli,
incə səsli, gülümsər çöhrəli parlaq obrazını yaratmışdır. Ustad Şəhriyarın «Heydərbabaya
salam» əsərinin təsirilə yazdığı «Məktəb xatirələri» poemasında laylası “ilə röyalarını
dərinləşdirən, səsilə xəyalını göylərə yüksəldən, qucağında ona cənnəti
bağışlayan” anasına həsr etdiyi aşağıdakı bəndlər bu ali varlığa şairin bir övlad
sevgisinin izharıdı:
Anam
mənim ortaboylu bir xanım,
Siyah
saçlı, «Bayat» soylu bir xanım,
Deyir,
gülən, haylı-huylu bir xanım,
Zəncirli
güllücələr geyərdi,
«Nuşafərin»
nağılını deyərdi...
Anadır
ki, yardım edər şairə,
Naxış
vurar soyuq, qara bir yerə,
İlham
verən bəlkə odur Sahirə,
Anaların
qucaqları cənnətdir,
Bu
dünyada doğma ana nemətdir.
Sahirin «Nərgiz» poemasında təsvir etdiyi hadisə, yaratdığı
ana obrazı daha təsirli və orijinaldır. Poemanın süjet xətti təsadüf üzündən qadın,
qız ovçusu, zalım, ağılsız xanın əlinə düşmüş saf, sadə və gözəl kənd qızı Nərgizin
amansız ovçunun əlindən qurtulması hadisəsi üzərində qurulmuşdur. Poemada
təsvir olunan həyat hekayəsində anasından ijazə alaraq kəndin qızları ilə birlikdə
dağ yamacına pencər-quzuqulağı, kəklikotu, yemlik yığmağa gedən Nərgizin geri
qayıdarkən ayağına tikan batır. Qızlar Nərgizin başına gələndən xəbərsiz
olduqlarına görə yollarına davam edərək yamacdan xeyli uzaqlaşırlar. Nərgizin tikanı
şıxarmağa başı qarışır. Bu zaman ovdan qayıdan Xan onu gsrür, gözü tutur və qızı
qaçırmaq qərarına gəlir. Atlılarla Nərgizi qovur, qaçmaqdan əldən düşən qız yerə
yıxılaraq bayılır. Gözünü açdıqda isə özünü xanın mənhus çadırında gsrür. Axşam
düşür, Nərgiz çarəsizlik içində çabalayır, qurtuluş üçün yollar arayır. Elə bu an
kasıb komalarında yalqız qalmış zavallı anasını xatırlayır. Kino lentiymş kimi
ananın halı qızın gözlərinin önündə canlanır:
Gördü
evdə ana yalnız oturmuş,
Toxur
lampa işığında bir naxış.
Solğun
kölgə kimi, qərib o ana.
Qızın
bir az qoca gəldi gözünə
Ölüm
tozu qonmuş idi üzünə!
Dedi:
- Mənim anam deyildi qarı,
Nədən
ağarıbdır qara saçları,
Gördü
ki, göz qapaqları bükülür,
Göz
yaşları naxış üstə tskülür.
Dedi:
- Ana, mənim üçün ağlama,
Məraq
etmə, təslim olmam mən xana.
Anasının pərişan xəyalı Nərgizi ayıldır, onu qəti qərar
verməyə və qurtuluş üçün həlledici addım atmağa sövq edir. Ara sakitləşib kənd
əhli əl-ayağını şsldən-bayırdan yığanda xan ovuna sahib olmaq üçün gəlinin gərdəyinə
girmək istəyir. Lakin elə bu zaman Nərgiz əvvəlcədən qoyduğu bıçağı onun ürəyinə
sancır və qaranlıqda qaçıb gözdən itir.
Şair ləyaqətini, ismətini qorumağı bajaran mübariz,
ağıllı və tədbirli Nərgiz obrazı ilə həm də Azərbayjan qadınlarının hüquqsuzluğunu,
haqq səsinin eşidilmədiyini, eyni zamanda onların ən şətin məqamda, çarəsizlikdə
belə düşünərək hərəkət etməyə qadir olduqlarını, müqəddəs saydığı şeylər söz
qonusu olunca, qarşılarını heç bir gücün - nə var-dövlətin, nə şan-şöhrətin, nə
də qüdrətin kəsə bilmədiyini diqqətə çatdırır. Ustad şair 1878-79-cu illərdə
baş verən İran İslam İnqilabının xalqı azad edəcəyinə, bununla da onun acınacaqlı
vəziyyətdən, əsarətdən qurtulacağına ümid bəsləyirdi. Hələ inqilaba hazırlıq
getdiyi bir vaxtda "Səhər işıqlanır" adlı kitabında inqilab yelinin
əsməyə başladığından yazırdı ki, o qanlı və yaslı payızdan (Milli Hskumətin süqutundan
stən dsvrü nəzərdə tutur) artıq 32 payız keşib, amma hələ yaralar sağalmayıb...
Bununla belə soyuq küllər altında kszlər qaldı... Uzun illərdən, o qanlı
faciədən sonra, deyəsən, səhər işıqlanır.Lakin səhər işıqlanmadı. 83 yaşlı şair
1878-79-cu illər İran İslam İnqilabından sonrakı dsvrdə də xalqına vəd edilən hüquq
və mükəlləfiyyətlərin gerşəkləşmədiyini, vədlərin eləcə kağız üzərində
qaldığını, bu azmış kimi, yenə də basqılara tuş gəldiklərini gsrdü. Gsrdüklərinə
dözməyə gücü şatmadı, soydaşlarının üzləşdiyi ədalətsizliyə və təhqirlərə
etiraz aktı kimi, həmçinin Ayətullahlar rejiminin ona qarşı edəcəyi təzyiq və
işgəncələri gsz snünə gətirərək Tehran yaxınlığında yerləşən Aria şəhərindəki
mənzilinin pəncərəsindən özünü asır. Ancaq mənalı ömrünün müdriklik şağını
yaşayan Həbib Sahir 1979-cu il inqilabının da Güney Azərbaycana və onun zülmlər
görmüş xalqının həyatına köklü dəyişikliklər gətirməyəcəyini elə ilk aylardanca
fəhmlə duymuş, anlamışdı.
Sahir sürgün illərində, Tehranda yaşamalı olduğu zamanlarda
da qələmi əlindən yerə qoymamış, zəif lampa işığında, lampanın nefti bitdikdə, hətta
qaranlıqda belə yazıb-yaratmış, ədəbiyyatın, Güney Azərbaycan şeirinin inkişafına
misilsiz xidmət göstərmişdir. Onlarla şeir və dərslik kitabları nəşr olunsa da,
4 cildlik şeir toplusu, xatirələri, fransız dilindən tərcümələri, «Qız səsi, Qızıl
səsi», «Qazan səsi» romanı, injəsənət, ədəbiyyat və coğrafiya ilə bağlı məqalələri
hələ də çap olunmamış qalmaqdadır. Görünür, əsərlərinin küll halında sağlığında
çap olunmamasından, bəlkə də həyatda ikən layiq olduğu qiyməti ala bilməməsindən
incə şair qəlbi inciyib, nigarançılıq keçirib, unudulmaqdan, yaddaşlardan silinməkdən
narahat olub. Bu nigaranşılıq çox yumşaq tərzdə istəklərini, arzularını vəsf etdiyi
əsərlərində də özünü biruzə verir. Qəmli və tufanlı gejələrdə uzun səfərlərə şıxan
karvanlara, yolçulara bir fanus - Qütb ulduzu tək yol göstərmək, səhralarda susuzluqdan
yanıb pörşələnən insanlara bulaq olmaq istəyən əməlpərvər, xeyirxah şair, bunlar
mümkün olmadıqda, heş olmazsa bir sızı, xəfif bir göynərti, həsrət tək ürəklərdə
qalmaq, bu dünyada onun ən parlaq izi olan və olacaq şeirlərinin, əsərlərinin
oxunması arzusunu məxsusi olaraq «Arzu» şeirində
dilə gətirir. Əslində bu arzu təsəvvüfü, ürfan elminin sirlər və rəmzlər dünyasının
bütün gizlünlərinə vaqif olan bir ölümsüz şairin poeziya sənətinin əngin
fəzasında bir Dan ulduzu tək parlamaq, Ay tək nur saçmaq, gecələr çıxıb gündüzlər
batan, yəni “hər gün ölüb dirilən” Dan Ulduzu, Ay kimi sonsuz olaraq var olmaq
arzusunu da yansıdır. Axı, Sahir şairlərin Tanrı dərgahına ən yaxın olan, Ulu
Tanrının sevdiyi seçkin bəndələrindən olduğunu da bilməmiş deyildi:
İstərəm
qəmli və tufanlı gecə yolşulara,
Bir
fanus tək, ya da qütb ulduzu tək rəhbər olam.
İstərəm
yay günü şsllərdə axar bir su olub,
Dum-duru
göz yaşı tək yolda çuxur içrə dolam.
İstərəm nəqş və nigarım qala, şerim
oxuna.
İstərəm bir gizli həsrət tək ürəklərdə
qalam.
Unudursa məni el, çəkməsə tarix adımı,
İstərəm ay təki yurd üstə gecə şövq salam.
Ustad şair Həbib
Sahir təkcə çap olunmuş əsərləri ilə Azərbaycan ədəbiyyatı tarixində və elin, xalqın
yaddaşında əbədi yaşayacaqdır.
Əsərləri: “Sayəha» (Kölgələr), «Əfsaneyi-şəb»
(Gecənin əfsanəsi), «Şəqayiq» (Addımlar), «Xuşəha» (Sevinclər), «Əsatir» (Mif),
«Lirik şeirlər», «Seçilmiş şeirlər» (2 cilddə), «Kal meyvələr», «Kövşən», «Səhər
işıqlanır» və s.
İstifadə
olunmuş ədəbiyyat:
1.Cənubi Azərbaycan ədəbiyyatı
antologiyası, 4 cilddə, II cild, Bakı, 1983.
2.Cənubi Azərbaycan ədəbiyyatı
antologiyası, 4 cilddə, III cild, Bakı, 1986.
3. Həbib Sahirin novatorluğuna bir
nəzər, Peyk azəri, 1370, isfənd ayı, s.44.
4. Məhəmməd Rza Rafipur, “Həbib
Sahirin novatorluğuna bir nəzər”
5.
Gəncəli Səbahi, “Şeirimiz zamanla addımlayır”, Təbriz, 1978.
Комментариев нет:
Отправить комментарий