03.10.2012

Aİ Hilal Məmmədovun vəziyyətindən narahatdır

Avropa İttifaqının Bakıdakı nümayəndəliyi həbsdə olan “Tolışı sado” qəzetinin baş  redaktoru Hilal Məmmədovun səhhəti ilə bağlı narahatlığını bildirib.
Redaktorun hüquqlarını Müdafiə Komitəsinin üzvü Ataxan Əbilova ünvanlanan məktubda bildirilir ki, Aİ nümayəndəliyi H.Məmmədovun müalicə üçün qanuni hüquqlarını reallaşdıra bilməsi məqsədilə addımlar atır.
Məlum olduğu kimi, H.Məmmədov xroniki astmadan əziyyət çəkir və digər problemləri var. Lakin qanunu pozaraq onun yanına həkim buraxmırlar.
Aİ-nin Xarici Siyasət Xidmətinin Mərkəzi Asiya və Şərq Tərəfdaşlığı üzrə direktoru Qunnar Viqand  da H.Məmmədovun səhhətilə bağlı narahatlığını bildirib. O vəd edib ki, Avropa Komissiyası Azərbaycanla insan hüquqları barədə dialoq zamanı H.Məmmədovun məsələsini qaldıracaq.

“Talişi sədo” qəzetinin baş redaktoru və Talış Mədəniyyət Mərkəzinin sədr müavini H.Məmmədov 2012-ci il iyunun 21-də qanunsuz narkotik vasitə saxlamaq ittihamı ilə həbsə alınıb. İyulun 4-də isə ona qarşı 274-cü maddə ilə (dövlətə xəyanət) və 283.2.2. (milli, irqi, sosial və dini inifrət, düşmənçilik və etnik ayrı-seçkilik) yeni ittihamlar irəli sürülüb.
Yerli və beynəlxalq demokaritk ictimaiyətin əqidəsinə görə H.Məmmədov fəal vətəndaş mövqeyinə və hüquq müdaiə fəaliyyətinə görə siyasi əsəslı təqiblərə məruz qalır.
H.Məmmədov İnternetdə populyar olan "Tı kto takoy? Davay, do svidaniya" videoçarxının müəllifidir.

Комментариев нет:

Отправить комментарий