04.10.2012

Lənkəranda teatr mövsümü başlandı

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı yeni - 121 –ci teatr mövsümünü açıq elan etdi.
Publika.Az-ın cənub bölgəsi üzrə əməkdaşı xəbər verir ki, kollektiv yeni mövsümdə teatrsevərlərin görüşünə Molyerin “Mizantrop” komediyası ilə gəldi. Qeyd edək ki, komediyaya quruluşu Bolqarıstanlı rejissor Xristo Stoyevin verib.
121-ci tetr mövsümünü açıq elan edən teatrın direktoru Islam Rzayev teatrsevərləri salamlayaraq bildirdi ki, Azərbaycan milli teatrının inkişafında, əsası XIX əsrin sonuncu onilliyində qoyulmuş Lənkəran teatrının özünəməxsus yeri var. Repertuarında Azərbaycan və dünya dramaturgiyasının klassik və müasir nümunələri yer teatr fəaliyyəti dövründə nəinki Azərbaycanda, eyni zamanda xarici ölkələrdə qastrol səfərlərində olub və bir çox Beynəlxalq Teatr Festivallarında uğurla iştirak edib.

Daha sora teatr mövsümünün açılışına toplaşan tamaşaçılar tamaşaya baxdılar. Tamaşada əsas rolları aktyorlardan respublikanın xalq artistləri Qabil Quliyev, Böyükxanım Əliyeva, əməkdar artistlər Təvəkkül Əliyev ,Adil Zeynalov ,aktyorlardan Qızılgül Quliyeva, Sücəddin Mirzəyev və digərləri oynadılar.
Əsərin mövzüsü və məzmunu feodal-dvoryan təbəqələrinin həyatından götürülüb.Tamaşa teatrsevərlər tərəfindən alqışlarla qarşılandı.

Комментариев нет:

Отправить комментарий