Yer üzünün hər yanı gözəldir! Cənnətdən çıxan Adəm
üçün yaşamağa Yerdən daha münasib məkan tapılmadı. Yer gözəlliyinin daha
möhtəşəm guşələri də var. Birinin adına Azərbaycan deyilir. Bu ölkə həm
cəngavər igid kimi məğrur, həm də bəzənmiş gözəltək cazibədardır. Azərbaycanın
Cənub bölgəsi isə daha fərqli cəhətlərinə görə seçilir. Burada təbiət
gözəlliyi adına hər şey var; dağlar, çaylar, göllər, meşələr və dəniz. Heç
nahaq yerə adına “Cənub mirvarisi” deyilmir. Gecələr dənizə düşən ay işığı
suların üzərində bərq vurur. Qırçın ləpələr sahili döyəcləyərək buradakı Sutamurdov
kəndinin körpələrinə dəniz laylası çalır.
Balıqçılar da çox vaxt suya tor salmağı unudur, təbiətin bu gözəlliyinə valeh olub qalırlar. Aralarında şirin zümzümələr edən, səsini suların üstünə yaxıb gözəl nəğmələr oxuyan kişilər var.
Balıqçılar da çox vaxt suya tor salmağı unudur, təbiətin bu gözəlliyinə valeh olub qalırlar. Aralarında şirin zümzümələr edən, səsini suların üstünə yaxıb gözəl nəğmələr oxuyan kişilər var.
Balıqçı Hənifə öz gözəl səsilə başqalarından daha çox
seçilirdi. Heç demə evində dəniz laylası dinləyən körpə oğlu Cavad vaxt
gələcək onun bu qaynar təbini, bu şux səsini öz gözəl ifası ilə yaşadacaqdı.
Zaman öz atını irəliyə çapırdı. Onun bir məqamında
sahil həmin sahil idi, dəniz həmin
dəniz, bütün ləpələr də bir-birinə oxşar. Amma indi sahildə tor yığan balıqçı
deyil, bir gənc addımlayırdı. Gözləri sularda, xəyalı dünyanın ən məşhur
səhnələrində dolaşır, qəlbində isə ləpələrlə duet nəğmələr oxuyurdu.
Onun ifa etdiyi mahnılar radionun “Qızıl fondu”na daxil edilirdi.1981-ci ildə Cavad Nuranə xanımla ailə qurdu. Həyat yoldaşı uşaq həkimi idi. Conra onların İlahə və Cavid adlı iki övladı dünyaya gəldi. Cavid indi Bakıda məşhur oranjemançı, bəstəkar və səs rejissoru kimi tanınır. Cavad respublikanın bütün Dövlət tədbirlərində, bayramlarda, ən nüfuzlu el şənliklərində çıxış edir, onun adını, ifasını eşitdikdə, üzünü gördükdə hamının çöhrəsinə xəfif təbəssüm qonurdu. Hər şey çox yaxşı idi. Lakin birdən amansız ölüm böyük şəxsiyyət, gözəl insan, istedadlı pianoçu, musiqi xadimi Gülarə Əliyevanı haqq dünyasına qovuşdurdu. Cavad bu itkidən elə sarsıldı ki, uzun müddət özünə gələ bilmədi. Az qala sənətdən də ayrılacaqdı.Yığışıb Lənkərana qayıdan Cavad uzun müddət Bakıya da getmədi. Lənkəran onu həmişə özünə çəkir və sanki diğər yerlərə qısqanırdı. Lənkərana qayıtması bir müddət sonra onu yenidən sənətə qaytardı. Bu doğma şəhərdə onu əhatə edən pərəstişkar rəğbəti heç yerlə müqayisə olunmazdı. Cavad yenidən yaradıcılıq eşqi ilə çalışmağa – hind, fars, ərəb, türk, əfqan, Azərbaycan, talış mahnıları hazırlamağa və yenidən hamını heyrətləndirməyə başladı. Ölkənin müstəqilliyi qüdrətləndikcə bütün sahələr üzrə insanların imkanları da genişlənir, Azərbaycan Dünya arenasında ləyaqətlə təmsil olunurdu. Bu zaman sənətçilərin üzərinə də mühüm və böyük vəzifələr düşürdü– ölkəni, milləti təmsil etmək, tanıtmaq. Azərbaycanı digər ölkələrdə ləyaqətlə təmsil edən sənətçilərdən biri də Cavad Rəcəbov oldu. İlk xarici qastrol səfəri 1991-ci ildə qardaş Türkiyəyə olmuşdu. İstambulda Zeki Mürenin mahnılarını elə gözəl ifa edirdi ki, onunla 5 illik müqavilə imzalamaq istədilər. 1993-cü ildə İranda çox gizli vəziyyətdə, amma həm də uğurla ailə konsertləri verirdi. Belə gizli mərasimlərin birində imarət sahibi konsert üçün nərdivan tədarükü görmüşdü. İranda şən mahnılar oxumaq, əylənmək qadağan idi. Mərasimin şirin yerində birdən “Komitə” işçilərinin gəldiyi xəbər verildi. Cavadı məhz o nərdivanla tez qonşu həyətlərə keçirtdilər və gizlədilər.1994-cü ildə Cavad Almaniya səfərində oldu. Konsertə gəlmiş azərbaycanlılar sonra onu Belçikaya, oradan isə Hollandiyaya dəvət etdilər. Cavad heç bir əlavə müşahiyət olmadan, təkbaşına konsertlər verirdi. Mahnıların ”minusovkasını” aparmış, səhnədə sintezator, zərb və nağara aləti qoymuşdu. O oxuyur, eyni zamanda gah sintezator, gah da nağara və zərb çalırdı. Heyrətdən hamının ağzı açıla qalmışdı və hamı onu ayaq üstündə alqışlayırdı. Uğurlu çıxışına görə ona bir “Audi” markalı maşın bağışladılar. Maşınlar onun xobbisi idi. Azərbaycan sənətçiləri arasında təkcə Cavad Rəcəbov özündə 5 komponenti – bəstəkarlığı, şairliyi, müğənniliyi, oranjemançılığı və alət ifaçılığını birləşdirirdi. Çox keçmədi ki, Cavad Rəcəbov fenomeni barəsində “Azərbaycantelefilm” yaradıcılıq Birliyində “Bu günün nağılı” adlı sənədli film (rejissor N.Abbas) çəkildi. 1995-ci ildə “Səhər” qəzeti onu obrazlı şəkildə “Ansambl adam” adlandırmışdı. Dubay səfərlərinin birində məşhur hind müğənnisi Asha Bosle ilə əyani tanış oldu. Xüsusi montaj yolu ilə onunla və məşhur fars müğənnisi Ayda Pürhanla duet ifalarını lentə yazdırmışdı. 600-ə yaxın mahnı Cavadın ifasında 40-a yaxın albomun tərkibinə daxil edilmişdi. Elə kassetlərinin və disklərinin sayı da onlarca oldu. Bir-birindən maraqlı albomları çıxır və böyük uğur qazanırdı. Əyalətdə yaşayaraq sənətlə belə peşəkarcasına məşğul ola bilmək hər sənətkarın bacardığı ola bilməzdi. Musiqimizin inkişafına görə onlarca fəxri fərmanla təltif edilmişdi. 2007-ci ildə Lənkəran Bələdiyyəsi Cavad Rəcəbovu musiqi sənətində “İlin adamı” nominasiyası üzrə “İlin laureatı” mükafatına layiq gördü. Cavad da musiqidən kənarda qala bilmir, biri-birindən gözəl mahnılarına maraqlı kliplər çəkilirdi. 2008-ci ildə “Heydər baba” mahnısına çəkdirdiyi klip xüsusilə böyük şöhrət qazandı.
Yaş artdıqca uğurlar da çoxalır, bir-birini
əvəzləyərək Cavadı daha yeni sənət zirvələrinə ucaldırdı. Zirvələr isə bitən-
tükənən deyildi.Hansısa səbəblər ucbatından rəsmi adı olmasa da onun xalq tərəfindən
layiq görülmüş çox böyük bir fəxri adı var: “Bizim Cavad!” Bu adı qazanmaq,
hamının sevimlisi, əzizi sayılmaq çox çətin və çox böyük nəaliyyətdir. Belə
böyük uğurlara isə yalnız böyük sənətkarlar imza ata bilir! Cavad Rəcəbov kimi!

Комментариев нет:
Отправить комментарий