05.04.2013

Daha təhlükəli

Bilal Alarlı

Həsrət ünvanlı,
həyəcan dolu zəng...
İllərin arxasından gələn səs
həmişəki kimi
bir az utancaqdır,
bir az həyalı...
Məni fikirlərin çarmıxına çəkir
onun ilk sualı:
-Bu, sənsən?
Məni necə qarşılarsan
yatmış vulkan kimi
geri dönsəm?!
İsti sözlərin odu çıxır yanaqlarıma,
nəfəsim təngiyir,
nitqim qırılır.
Axı, yatmış vulkan
daha təhlükəli olur.

Комментариев нет:

Отправить комментарий