Səməd Qaraçöpün bir şerini oxumuşdum. Beyrəyi qınayırdı ki Yalıncığı niyə öldürmədi. Bu şeri Səməd Qaraçöpün o şerindən sonra yazmışam
Səməd Qaraçöp,
bu yaz Oğuz torpağında
qaratikanlar sıx bitsədə
qınama gəl sən Beyrəyi,
qınama ki öldürmədi Yalıncığı.
Beyrək olmasın sən ol,
sən olma, mən olum,
düzünü de, mən ölüm
əl qaldırardınmı diz çökənə.
Qara üzlü polad qılınc
çox başları kəsib keçdi.
Çox igidlər geri döndü
döyüşlərdən - alnı açıq.
Həm Alp Aruz, həm Yalıncıq
əyildilər, kiçildilər
əyilməyi öyrətdilər
əyilməyən nəsillərə.
Yalıncıqlar boy atdılar,
yalıncıqlar aramızda
neçə-neçə yalıncıqlar
böyütdülər.
At oynatdı Alp ərənlər
Alp ərənə qulp ərənlər.
Asi çıxdı
Neçə-neçə Oğuz oğlu
bir-birinə.
Gərək elə Beyrək o vaxt
Yalıncığı öldürəydi,
düz deyirsən...
Qorxusundan qaldırmazdı
üstümüzə məlikləri..
Amma hələ ümüd çoxdu oğullara
əllərinə silah alıb çıxacaqlar
bu yollara,
yalıncıqlar qalır hələ
Комментариев нет:
Отправить комментарий