Ağ-qara həyatdı
rəngsizdi hər şey...
Həvəssizdi
nəfəssizdi ruhum...
Gəl, işığ gətir mənim üçün
həvəs gətir yaşamağa
Gücüm yoxdu könlümdəki
yoxluğunu daşımağa.
Gəl, qucağla məni bir az
söykə üzümü sinənə
Bir az təsəlli ver mənə...
Şeir söylə əvvəlki tək
Asta-asta, həzin-həzin...
Mən ağlayım için-için,
sən gül mənə
ürəyimin ağrısını bilməyərək.
Mən yox olum, sözə dönüm , şeir olum
vərəq-vərəq
Sən mənimçün
işıq idin, nur kimiyidin...
Çəkib aldın həyatımın rənglərini
qaranlığam,
sopsoyuğam
Yoxluğunla barışmayıb,
gecə küsüb məndən sanki,
yuxu gəlmir gözlərimə
mən oyağam,
mən oyağam..
rəngsizdi hər şey...
Həvəssizdi
nəfəssizdi ruhum...
Gəl, işığ gətir mənim üçün
həvəs gətir yaşamağa
Gücüm yoxdu könlümdəki
yoxluğunu daşımağa.
Gəl, qucağla məni bir az
söykə üzümü sinənə
Bir az təsəlli ver mənə...
Şeir söylə əvvəlki tək
Asta-asta, həzin-həzin...
Mən ağlayım için-için,
sən gül mənə
ürəyimin ağrısını bilməyərək.
Mən yox olum, sözə dönüm , şeir olum
vərəq-vərəq
Sən mənimçün
işıq idin, nur kimiyidin...
Çəkib aldın həyatımın rənglərini
qaranlığam,
sopsoyuğam
Yoxluğunla barışmayıb,
gecə küsüb məndən sanki,
yuxu gəlmir gözlərimə
mən oyağam,
mən oyağam..
Комментариев нет:
Отправить комментарий