04.04.2013

“Milli əxlaq və ailə etikası” dərsliyi nəşr olundu

Pedaqogika üzrə elmlər doktoru, professor, Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, respublikanın Əməkdar müəllimi Akif Nurağa oğlu Abbasovun universitetlərin magistratura səviyyəsi üçün yazdığı “Milli əxlaq və ailə etikası” dərsliyi işıq üzü gördü.
Dərslik dörd bölmədən ibarətdir. Birinci və ikinci bölmələrdə “Avesta”da, “Kitabi-Dədə Qorqud”da, islam dinində, Azərbaycan etnopedaqogikasında, Nizami Gəncəvi və Nəsirəddin Tusinin., Məhəmməd Füzulinin, Şah İsmayıl Xətayinin, Azərbaycan maarifçilərinin əsərlərində əxlaqi təlimin mahihyyəti, mənəvi tərbiyə məsələləri və milli-mənəvi dəyərlər araşdırılır. Etikanın vicdan, yaxşılıq və xeyirxahlıq, mənəvi borc, şərəf və ləyaqət, namus, ismət, həya, məsuliyyət və s. kateqoriyalarına aydınlıq gətirilir. Bundan başqa, “Həyatın mənası və xoşbəxtlik nədir?” sualına cavab verilir. Azərbaycan vətəndaşlarının mənəvi simasını təşkil edən səciyyəvi xüsusiyyətlərin üzərində dayanılır.

Üçüncü və dördüncü bölmələrdə  oğlanların və qızların qarşılıqlı münasibətlərinin mənəvi əsasları, müasir qız və. qadınlıq, qız şərıfi, qadın isməti, müasir oğlan və kişilik, məhəbbət, sevənlərin davranış mədəniyyəti, nikah və ailə, ailənin mənəvi, psixoloji və iqtisadi əsasları, boşanma və onun nəticələri, ailə pedaqogikası və s. bu kimi məsələlər nəzərdən keçirilir.
Dərslikdə qeyd olunduğu kimi, “Milli əxlaq və ailə etikası” kursunun məqsədi milli əxlaqımızı onun tələblərini əsas götürməklə şəxsiyyətdə özünütərbiyə, özünütəkmilləşdirmə tələbatı yaratmaqdan, ailə etikasının tələblərindən irəli gələn məhəbbətə, nikaha və ailəyə, ailə münasibətlərinə, uşaqların tərbiyəsi və təhsilinə, onların vətənin ləyaqətli övladları kimi yetişmələrinə, ciddi və məsuliyyətlə yanaşmaq adəti və qabiliyyəti formalaşdırmaq, nikahın uğurlu, ailənin möhkəm olmasına, ailəqə qarşılıqlı münasibətlərin qurulmasına nail olmaqdan ibarətdir.

Комментариев нет:

Отправить комментарий