Günel Treu
Mən cənnətlik adamam, ay dost
Cəhənnəmi gözlərimlə gördüm mən
bu dünyada...
Ürəyim yandı, ağrısını bildinmi?
Gördünmü çəkdiklərimi?
duydunmu?
Ruhumu incitdilər, ağlatdılar məni...
düşdümü yada?
Soydular ürəyimin dərisin,
göynədim...
Yastığımdan göz yaşı qoxusu gəldi
O qoxuyla yatdım mən hər gecə....
Soruşma necə?!
Hər kəs mənə xoşbəxt kimi göründü
özümdən başqa.
Axşam gözlərimə yığılmış damlaları,
Səhər əllərimlə sildim
Özüm bildim qədrimi
Ayağa qalxdım, qanayan dizlərimi
özüm sağaltdım əllərimlə!...
Mənə Allahı tanıtma, ay dost
səndən yaxşı duyuram,
Gedəcəm bir gün yanına, əgər varsa
diz çökəcəm qarşısında,
Sevmədiyin bəndə gəlib deyəcəm....
Mən cənnətlik adamam, ay dost
Cəhənnəmi gözlərimlə gördüm mən
bu dünyada...
Mən cənnətlik adamam, ay dost
Cəhənnəmi gözlərimlə gördüm mən
bu dünyada...
Ürəyim yandı, ağrısını bildinmi?
Gördünmü çəkdiklərimi?
duydunmu?
Ruhumu incitdilər, ağlatdılar məni...
düşdümü yada?
Soydular ürəyimin dərisin,
göynədim...
Yastığımdan göz yaşı qoxusu gəldi
O qoxuyla yatdım mən hər gecə....
Soruşma necə?!
Hər kəs mənə xoşbəxt kimi göründü
özümdən başqa.
Axşam gözlərimə yığılmış damlaları,
Səhər əllərimlə sildim
Özüm bildim qədrimi
Ayağa qalxdım, qanayan dizlərimi
özüm sağaltdım əllərimlə!...
Mənə Allahı tanıtma, ay dost
səndən yaxşı duyuram,
Gedəcəm bir gün yanına, əgər varsa
diz çökəcəm qarşısında,
Sevmədiyin bəndə gəlib deyəcəm....
Mən cənnətlik adamam, ay dost
Cəhənnəmi gözlərimlə gördüm mən
bu dünyada...
Комментариев нет:
Отправить комментарий