04.04.2013

Qalib Şəfahət - ÖMRÜMƏ YOL GEDİRƏM

Mən bu canı sürüməyə,
Ömür tutmur əlimdən.
Bir addım kənar gəzir,
Sanki qorxür ölümdən.

Yük düşüb öz çiynimə,
Əlim çiynimdə qalıb.
Canımın ağır yükün
Ömür ciynimə salıb.

Gözlərim heç nə görmür,
Bu bəxtin qırağında.
Ömrümə yol gedirəm,
Xəyalın qucağında.

Комментариев нет:

Отправить комментарий