01.06.2013

Dünya ölkələri Liviyanın işğalına qarşı

Asif Həsənli
Professional Oxucu Liqası

18 mart 2011-ci il ta­rix­də BMT TŞ-nin «Li­viya əra­zisi üzə­rin­də uçuş­la­rın da­yan­dı­rıl­ması və əha­li­nin mü­dafiə­si haq­qın­da» 1973 say­lı Qət­na­məsi qə­bul edil­di. Təh­lü­kə­siz­lik Şu­ra­sı­nın 5 dai­mi üz­vün­dən 3-ü – ABŞ, Fran­sa və Bö­yük Bri­ta­niya le­hinə səs verdi, 2-si -  Ru­siya və Çin bi­tə­rəf qaldı, amma öz veto hü­qu­qun­dan is­ti­fadə et­mədi. Mü­vəq­qəti üzv­lər­dən Por­tu­qa­liya, Bos­niya və Her­se­qo­vina, Ni­ge­riya, Ko­lum­biya, Livan, Qabon, Cə­nubi Af­rika le­hinə, Al­ma­niya, Bra­zi­liya və Hin­dis­tan isə bi­tə­rəf qal­dı­lar.
Qət­na­mə­nin qə­bul edil­məsi üçün 9 səs ki­fa­yət idi, amma 10 səs­lə qə­bul edil­di, əley­hinə ol­madı, cəmi 5 bi­tə­rəf ol­maq­la qət­namə öz qa­nuni qüv­və­sini aldı.

ABŞ, Fran­sa və Bö­yük Bri­ta­niya hər­bi hava qüv­və­ləri bu qa­nun­suz qət­na­məni əsas gö­tü­rə­rək Li­vi­ya­nın hava mə­ka­nını bom­bard­man et­di­lər, da­ğın­tı tö­rət­di­lər.
Pu­tin BMT-nin bu qət­na­mə­sini ya­rım­çıq və vic­dan­sız­lıq ad­lan­dır­dı: «Mən bu qət­na­məni əsl vic­dan­sız­lıq ad­lan­dı­rı­ram. Koa­li­siya qüv­və­ləri Li­vi­ya­nın neft və qaz eh­ti­ya­tını ələ ke­çir­mək is­tə­yir­lər. Gedin, öz vic­da­nı­nız qar­şı­sın­da ca­vab ve­rə­cək­si­niz, dəh­şət­li əzab­lar­dan qur­tul­maq üçün dua edin».
Ru­si­ya­nın Xa­rici İş­lər Na­ziri Ser­gey Lav­rov da hər­bi mü­da­xi­ləyə qar­şı öz fik­rini bil­dir­di:
«Bey­nəl­xalq qüv­və­lə­rin Li­vi­ya­dakı və­tən­daş mü­ha­ri­bə­sinə hər­bi mü­da­xi­ləsi BMT Qət­na­məsi ilə sank­si­ya­laş­dı­rıl­ma­yıb. Bu, ta­ma­milə qa­nun­suz və zo­ra­kı­lıq­dır».
Uqan­da­nın pre­zi­den­ti Yo­veri Mu­sə­vini isə daha kəs­kin bə­ya­nat yaydı:
«Qərb açıq-açı­ğına ikili stan­dart yü­rü­də­rək Li­viya sə­ma­sını qara tüs­tüyə bü­rü­yür, amma Bəh­reyn və di­gər öl­kə­lər­dəki daha acı­na­caq­lı re­jim­lərə göz yumur. Ümu­miy­yət­lə, qər­bin Li­vi­yanı bom­bard­man et­məsi əsl vəh­şi­lik­dir.
Əv­vəla, Af­rika İt­ti­fa­qı­nın ko­mis­si­yası bu ərə­fədə  və­ziy­yəti öy­rən­mək üçün Li­vi­yaya gəl­məli və he­sa­bat açıq­la­malı idi. Qərb bu ko­mis­si­ya­nın gə­li­şini və he­sa­ba­tını göz­lə­mə­dən Li­vi­yanı bom­bard­man et­məyə baş­ladı. İkin­cisi, BMT-nin Af­ri­ka­dan olan üzv­ləri han­sı haq­la mü­da­xi­ləyə imza atır­lar? On­la­rın buna hü­ququ yox­dur, çün­ki Af­rika İt­ti­fa­qı­nın qə­ra­rına zid­dir. Buna görə də BMT-nin hə­min qət­na­mə­sini qa­nun­suz he­sab edi­rəm».
Ve­nesue­la­nın pre­zi­den­ti Uqo Ça­ves də Li­vi­ya­nın bom­bard­man edil­mə­sinə qar­şı eti­ra­zını bil­dir­di:
«ABŞ, Fran­sa və Bö­yük Bri­ta­niya Li­vi­yaya qar­şı vəh­şi­lik et­di­lər. Koa­li­siya qüv­və­lə­ri­nin Li­vi­yaya hü­cu­mu­nun de­mok­ra­ti­yaya və əha­li­nin mü­dafiə­sinə qə­tiy­yən dəx­li yox­dur. On­lar Li­viya nef­tini ələ ke­çir­mək məq­sə­dilə oraya so­xu­lub­lar». 
Çin Xa­rici İş­lər Na­zir­li­yi­nin mət­buat ka­tibi Çzan Yuy isə Çi­nin bi­tə­rəf qa­la­raq tə­ca­vüzə qar­şı çıx­dı­ğını açıq­ladı və qeyd etdi ki, Çin heç vaxt hər­bi mü­da­xi­lə­nin tə­rəf­darı ol­ma­yıb.
Dün­ya­nın 43 kom­mu­nist par­ti­yası Li­vi­ya­dakı bom­bard­man­la­rın dər­hal da­yan­dı­rıl­ma­sını tə­ləb etdi.
Ku­ba­nın li­deri Fi­del Kast­ro və öl­kə­nin DİN rəs­mi bə­ya­nat yaydı: «Li­vi­yaya qar­şı mü­da­xilə bey­nəl­xalq hü­qu­qun ən ko­bud po­zun­tu­su­dur». 
Cə­nubi Af­rika Res­pub­li­ka­sı­nın pre­zi­den­ti Çey­no Zum isə daha sərt açıq­la­ması ilə dün­ya mət­bua­tı­nın diq­qə­tini cəlb etdi:
«NATO-nun bu qət­na­məsi qa­nun­suz və əda­lət­siz­dir. Belə qət­na­mə­lər döv­lət çev­ri­liş­ləri etmək, si­yasi qətl­lər tö­rət­mək, xa­rici ölkə əra­zi­lə­rinə so­xul­maq üçün­dür. Li­vi­ya­nın əra­zi­sinə hər­bi qo­şun ye­ri­də­rək da­ğın­tı və tə­lə­fat tö­rə­dib onun neft eh­ti­yat­la­rını mə­nim­sə­mək tə­ca­vüz­kar si­ya­sə­tin ən çir­kin və al­çaq for­ma­sı­dır».
MÜHARİBƏNİN ACI NƏTİCƏLƏRİ. İn­san Hü­quq­ları üzrə Li­viya Li­qa­sı­nın ver­diyi mə­lu­mata görə, tək­cə koa­li­siya qüv­və­lə­ri­nin hava zər­bə­ləri nə­ti­cə­sin­də 718 nə­fər ölmüş, 4067 nə­fər ya­ra­lan­mış­dır.
Ümu­mi­lik­də, mü­ha­ri­bədə 8 500 adam ölmüş, 10 minə ya­xın ya­ra­lan­mış­dır.
Tri­po­lidə 4 min, Ben­qa­zidə 3 min, Mi­su­ra­tada 1 min, qa­lan yer­lər­də isə min nə­fər­dən çox hə­lak ol­muş­dur.
BMT Qaç­qın­lar Şu­ra­sı­nın nü­ma­yən­dəsi Me­liss Fla­minq mü­ha­ribə nə­ti­cə­sin­də 180 min nə­fə­rin qaç­qın düş­dü­yünü elan et­miş­dir. On­la­rın 80 mini Mi­sirə, 70 mini Tu­nisə, qa­lan­ları isə di­gər öl­kə­lərə üz tut­muş­dur.
Tri­poli, Ben­qazi və Mis­rata şə­hər­ləri ta­ma­milə da­ğı­dıl­mış, iq­ti­sa­diy­yatı məhv edil­miş­dir. 

Комментариев нет:

Отправить комментарий