Cavid Cabbarlı
Müstəqillik illərinin əvvəllərindən Azərbaycana ayaq açan, yetərincə də “iş” görən və İslam üçün Vəhhabizmdən heç də az təhlükə olmayan Nurçuluq daha ciddi öhdəlik götürüb. Əvvəlcə nurçuluq barədə bir neçə cümlə demək yerinə düşərdi. Nurçuluq Türkiyədə başlayıb, ABŞ-da qərarlaşan, Avropaya sızan şəbəkə Qafqazı aşıb hətta Mərkəzi Asiya ölkələrinə də geniş yayılmaqdadır.
Türkiyədə Səid Nursinin əsəsını qoyduğu və Fəthullah Gülən tərəfindən geniş yayılmağa başladılan Nurçuluq təriqətinin yönətimciləri hədəflərinə çatana kimi “ılımlı və xoşgöru İslam” (mülayim və liberal İslam) görüntüsünü davam etdirirlər.
Sistemin iş prinsipi gizliliyə meyilli fəaliyyət (ən önəmli tapşırıq), tərəfdarlarının son dərəcə quruma bağlılığı, təsirli və qərarlı mərkəzi idarəetmə sistemi ilə çalışan şəbəkənin olmasıdır.
Daxildə və xaricdə, dövlətin və millətin içinə təhsildən yerimək hərəkəti ön xətdə durur.
İndi fətullahçıların görəvi camaatı – xalqı kapsamaq və kontrolda saxlamaqdır. Maliyyə bazaları buna tam imkan verir.
Nurçuların Azərbaycanda gördüyü işlər barədə çoxlu maraqlı faktlar var. Onların hamısını bu yazıda qeyd etmək istəyində olmasam da, bir neçəsini deməyi zəruri hesab edirəm. Bu sistem mülayim İslam və təhsilin inkişafı ilə nüfuz edə bilir. (“Mülayim İslam” termini əslində düzgün deyil. Çünki İslam haqq və ədalət dinidir. Ən əsas vəzifəsi də haqqı bərpa etməkdən ibarətdir).
Azərbaycanda “Zaman-AZƏR” MMC firması, “Nurlar” mətbəəsi, “Zaman – Azərbaycan” qəzeti, “Ailəm” jurnalı mətbu orqanları, “Quba “Nur” Studiyası”, “Nurlu Sabah” Uşaq-Gənclər təşkilatı (Quba rayonu), “Araz” Hazırlıq” Kursları, “Araz” Yayınları” MMC, “Araz” dərgiləri, dərsliklər, test bankları, Qafqaz Universiteti, tələbə yataqxanaları, Türkiyə İşbirliyi və Kalkınma İdarəsinin Azərbaycan üzrə Koordinatorluğu, Azərbaycanda yayımı dayandırılan “STV” (Azərbaycandakı mərkəzində həmən baza əsasında “Xəzər” TV təsis edildi) və sair şəbəkənin əhatəsinə aiddir. Qafqaz Universitetinin əməkdaşlıq siyahısını əsasən Türkiyə iş adamlarının təsis etdiyi şirkətlər təşkil edir.
Sevindirici hal budur ki, hərbi və güc strukturlarından – Hərbi həkimlik, Polis Akademiyası, Milli Təhlükəsilik Nazirliyi liseyin attestatın qəbul etmir. Bircə bu fakt fətullahçıların nə qədər təhlükə olduğuna kifayət dərəcədə sübutdur.(Yazının bu hissələri müxtəlif internet qəzetlərindən istifadə olunub).
Yenicə formalaşan xam beyinlərə təsirdən, beyinlərə hakim olub oturuşandan sonra isə dövlətin total işğalına lap az qalır.
Nurçuluğun Azərbaycana hansı təhlükəni vəd edir?
Göründüyü kimi bu qədər fəaliyyət təbii ki, milyonların hesabına başa gəlir. Bu milyonlar da Azərbaycanda dövlət strukturunu dəyişdirməyə xərclənir desək yəqin ki, yanılmarıq. Hesab edirəm ki, ölkəmizdə dini dövlətin yaradılması istiqamətində çox ciddi işlər görülür. Çünki Qərb Azərbaycandan tam arxayın olmaq üçün başqa yol görmür. Türkiyə modelinin Azərbaycanda yaradılması Qərbin bir başa məqsədidir. Belə olarsa, həm Rusiya, həm də İran faktorunu Azərbaycanda zəiflətmiş olacaq. Əslində nurçuların Azərbaycanda fəaliyyətini araşdırsaq görərik ki, dini dövlətin yaradılması istiqamətində xeyli işlər görülüb. Dövlət strukturlarına kifayət qədər kadr yerləşdirilib. Hətta Milli Məclisə (Fazil Mustafa timsalında) belə nufuz etmələri vəziyyətin ciddiliyindən xəbər verir.
Qərb bu missiyanı başa çatdırmaqda israrlı görünür və daha ağır bir işin öhdəsindən gəlməlidir. Türkiyə modelinə uyğun Azərbaycanda dini dövlət yaranacağı təqdirdə həm qonşu kimi, həm də dini baxımdan İran faktoru yenidən ciddi problemə çevrilə bilər. Ona görə də ölkədə həqiqi dini təşkilatların, İran meyilli şəxslərin zərərsizləşdirilməsi və bu axardan xeyli uzaqlaşdırılması əsas məsələ kimi gündəmdədir.
Heç şübhəsiz Rusiya da bu məsələdə seyrçi mövqedə ola bilməz. Artıq ilk etirazını bildirdi, desək düzgün olardı. Təqribən 2-3 ay əvvəl Rusiyada Nurçulara aid olan təşkilatların fəaliyyətinə, Səid Nursinin kitablarına və Nurçuluğu təbliğ edən digər ədəbiyyatlara qadağa qoyulması rəsmi Moskvanın narahatlığını ifadə edir.
Qərb Azərbaycanda istədiyi formada islami dövlət modelini yarada bilsə Vətənimizin və gələcəyimizin fatihəsi oxundu deməkdir!
“Xeberinfo”

Комментариев нет:
Отправить комментарий