Ədalət Əsgəroğlu. Gəl, indi döz məlalına
Tərsə düşən yazıların
Zavalı bir navaldı ki…
Surətin gör binəvanın
Görsən demə xəyaldı ki…
Yar yaxasın çəkə yana,
Amansız qala divana.
Aşiq ki, qıymasın cana…
Cavabı yox, sualdı ki…
Şeh düşüb könül xalına
Gəl, indi döz məlalına
Əsgəroğlum xoş halına
Halın zurna qavaldı ki.
Комментариев нет:
Отправить комментарий