Günel Eyvazlı
Müasir reklamlarda qadın obrazları
Reklamlar müasir dövrün tələbatıdır. Reklamlarda sətiraltı olaraq kişilərin və qadınların sosial rolu göstərilir. Tez-tez təkrarlanan, az qala gün ərzində, hətta sevdiyimiz verlişlərin, kinofilmlərin arasında yüzlərlə reklam gedir. İstər-istəməz onları əzbərləyirik.
Təkrar biliyin anasıdır ifadəsini dolayı yolla reklamlara aid etsək, bu reklamların uşaq və böyüklərin psixikasına təsirinin olduğunu müşahidə edə bilərik.
Müasir reklamlar kişi və qadınlara, özlərini cəmiyyətdə aparmağa ipucu verir. Müasir reklamlar kişi və qadınlara, özlərini cəmiyyətdə aparmağa ipucu verir. Bu ipucunu mənfi və ya müsbət olması gələcəkdə bilinəcək.
İndi məsələyə bir az konkret yanaşaq. Müasir reklamlarda qadın, ailədə təsvir olunur. Bütün işlər onun boynundadır. Pampers dəyişir, ev-eşiyi yığışdırır, kafel-metlaq ağardır, vannanı sürtür, üzr istəyirəm çanağı və.s. Yuyur, yığışdırır, təmizləyir və nəhayət, sonda “Mən qadınam, qabyuyan deyiləm” deyə bağırır. Əlqərəz, reklamda zərif qadın, şirə, pələngə dönür. Ailənin bütün yükü onun çiyinlərindədir.
Gender məsələləri ilə bağlı şüuraltı reklamlarda qadınlar çılpaq pəri, kişilər isə ovçu qismində təsvir olunur.
Reklam, “Bunu mütləq al” demir. Həm də şüuraltı komfortu, həzzi, rahat həyatı diktə edir. Yəni “Pula nəyi almaq olmaz ki?”
Biz reklamlar vasitəsilə təkcə diş məcunu, saqqız, dezodarant, parfüm, geyim, dondurma, qırışları açan fransız kremləri almırıq, həm də ailədə, cəmiyyətdə, məktəbdə, insanların bizə münasibətlərində imic, həyat tərzi “qazanırıq”. Bizə istifadə etdiyimiz məhsullara, parfümun hansı firmaya mənsub olmasına görə, geyindiyimiz brendlərə görə hörmət edirlər. Və ya biz, bu sadalananların müqabilində hörmət qazanmaq istəyirik.
Reklamlar vasitəsilə qadın, biləvasitə qurban kimi, fetişizm obyekti kimi qələmə verilir. Yəni müasir qadının reklamdakı obrazı budur.
Saqqız öpüş üçün nəzərdə tutulub, şokoladı nədənsə çimərlik paltarı geyinmiş qadın reklam edir. “Cənnət həzzi”dir misalında.
Reklamlarda qadınlar şəxsiyyət olaraq özündə heç nə daşımır. Bir sözlə qadın, evdar, kişinin istəklərini reallaşdıran, ehtiras obyekti kimi göstərilir. Məsələn, “Baş döndürən dolğun saçlar” kişilərin ağlını başından alır. Reklamlarda qadınlar şəxsiyyət olaraq özündə heç nə daşımır.
Bütün bu sadaladıqlarım hər gün, hər saat, hər dəqiqə təkrarlanır və sizdən xəbərsiz şüurunuzda iz salır və sizdə həyata baxışınızda düzəlişlər edir.
birlik.az

Комментариев нет:
Отправить комментарий