Akif ABBASOV
“Aldanma sözlərə” romanından
İmkanına görə kənd cavanları içərisində Adilxan hamıdan seçilirdi. Atası Cəfərxan uzun müddət sovxoz direktoru işləmiş, dar gün üçün xeyli sərvət toplamışdı. Xalq arasında deyildiyi kimi, «bircə donuzu əskik idi». İnsafən, zəhmətkeş, iş bacaran, təşkilatçı adam idi. Sovxozda işləri elə qururdu ki, camaat da kənardan baxıb barmağını sormasın. Çalışırdı ki, onlar da beş – on manatın sahibi olsunlar. Cəfərxanın gecə-gündüz dincliyi yox idi. At belində, «Niva» avtomaşınında sahələri gəzir, əkinin, biçinin vəziyyətinə, fermada mal-heyvanın halına, yeminə fikir verirdi. Onun tələbkarlığını bildiklərindən fəhlələr də işə barmaqarası baxmırdılar.
Şura hökuməti dağılandan sonra da o, əlini əlinin üstünə qoyub oturmadı. Fermer təsərrüfatı yaratdı. Qoymadı ki, kəndçiləri «neyləyim, necə eyləyim» dilemması qarşısında qalsınlar. O vaxtlar olanını-qalanını xərcləyib, pulsuz-parasız qalmışdılar. Bağ – bostanlarının məhsulunu kənara çıxarıb sata bilmirdilər. Bazara gələn camaatın alıcılıq qabiliyyəti aşağı idi. Yükün daşınması baha başa gəlirdi. Yolları kəsib polis işçiləri gəlib-gedəni soyub talayırdılar Məhsul. qapılarda qalıb xarab olurdu. Cəfərxan belə dar gündə həmkəndlilərinin dadına çatdı. Fermer təsərrüfatında hərəsinə bir iş verdi. Qaçqınlar, köçkünlər kəndə pənah gətirəndə onlara da əl tutdu. Fermer təsərrüfatı get-gedə böyüdü. Cəfərxanın işləri yaxşı gedirdi. Lakin başı təsərrüfata qarışdığından, heç bir şeydə çətinlik çəkməyən oğulları hazıryeyənə çevrilmişdilər. İki oğlu, bir qızı vardı. Qızını yerbəyer eləmişdi. Öz əli, öz başı idi. Onun sarıdan nigarançılığı, narazılığı yox idi. Oğlu Fuad bir müddət buralarda avaraçılıq edib Rusiyaya çıxıb getmişdi. Orada alver eləyirdi. Anaşa üstündə ilişib, dörd il həbs cəzası almışdı. İkinci oğlu Adilxan rayon mərkəzindəki institut filialında oxuyurdu. Adına oxumaq demək olardısa. Cəfərxan burada ona ikiotaqlı mənzil də almışdı ki, kirayələrdə can çürütməsin. Bir «Jiquli»də altına qoymuşdu ki, kənd-kəsəyə gəlib-gedə bilsin.
Ata əlləşib-vuruşur, qayğı göstərir, oğul qədir-qiymət bilmir, pulları sağa-sola xərcləyirdi. Kefi kök idi Adilxanın. Cəfərxan oğlunun avara həyat keçirdiyini gördükdə tüstüsü təpəsindən çıxır, bu işdə özünün də təqsirli olduğunu başa düşürdü. Nə etsin? Pul verməsin? Evi çapıb aparacaq. Maşını əlindən alsın? Evdən qovsun? Bütün bunlar yaranmış vəziyyətdən çıxış yolu deyildi. Nə deyərdilər ona? Guya belə etsə, Adilxan yola gələcəkdi? Bəlkə evləndirsin? Kimin qızını bədbəxt etsin? Ondan arvad saxlayan çıxar? Nə demək olar? Bir də gördün ailəsinə bağlanıb qıçını qatlayıb oturdu. Uşağı olar, məsuliyyəti artar. Təki olsun. Bu qırışmalın qarşısını tezliklə almasam – gec olacaq, Qardaşının gününə düşəcək. «İşə bir bax. Camaat bu ağır zəmanədə ailəsinin çörək pulunu qazanmaq üçün gecə-gündüz əlləşir. Bu nankor isə əlini ağdan qaraya vurmadan şah balası kimi yaşayır, min əziyyətlə topladığım pulları «uf» demədən səpələyir».
Cəfərxan tapşırdığı kimi, bu dəfə Adilxan kəndə gələndə Mərziyyə onunla söhbət etdi:
- Sənin tay-tuşların ev-eşik sahibidir. Səninlə eyni vaxtda instituta girənlər artıq orada-burada özlərinə iş tapıblar. Sən isə hər kursda bir il qala-qala, günü keçirirsən. Axırda bir də gördün oxuduğun məktəbə sənin adını veriblər. Gecə-gündüz maşından düşmürsən Buradan vurub, oradan çıxırsan. Anasının ürəyinin dolu olduğunu görən Adilxan sakitcə qulaq asır, eyni zamanda başa düşürdü ki, o, bu söhbəti nahaq açmayıb. Sözlü adama oxşayır. Odur ki, soruşdu:
-İndi təklifin nədir, ay ana?
Mərziyyə yerini rahatlayıb ağır-ağır dedi:
- Bala, atan da, mən də qocalmışıq sənin əl-ayağını yığmağın vaxtıdır. Belə yaşamaq olmaz. Deyirəm, gəl, səni evləndirək.
Evlənmək, rayon mərkəzində cavan qızlarla gün keçirən, barlarda, diskotekalarda əylənən Adilxanın yadına belə düşmürdü. Subaylığı, bəziləri kimi, sultanlıq nədir, lap prezidentlik sayırdı. İndi anasının təklifinə gülməyi tutdu: Hələ tez deyil, ay ana?!
-Mənim nə yaşım var?! Görmürsən hələ ana uşağıyam. Xərcliyimi də dədəm verir.
-Tez niyə olur, ay oğul?! Xərcliyinizi də bir müddət atan çəkər. İşlərsən, öz əlin, öz başın olar.
Adil ipə-sapa yatmayaraq:
-Deyirsən, arvadımı da dədəmin pulu ilə saxlayım? – dedi.
Mərziyyə pərt və dilxor halda:
- Daha başımıza haranın külünü tökək?! – dedi. – Belə də yola gəlmirsən, elə də. Bir işin qulpundan yapışmırsan. Yaxşı, oxuya-oxuya işləyərsən.
-Nə vacibdir, ay ana?… Yaxşı, yaxşı, qaş-qabağını tökmə… Dədəmlə sən bəs kimi alırsınız mənə?
Mərziyyə onun yola gəldiyini düşünərək daxili bir sevinclə:
-Ay bala, sən zəmanə uşağısan. Qorxuram əlimizi birinə uzadaq, dodaq büzəsən. Özün kimi bəyənsən, onun da qapısını döyəcəyik. Amma, ay oğul, yadında saxla. Biz nəsildə nə arvad boşayan, nə də ərindən boşanan olub. Eləsini tap ki, sonra peşmançılıq olmasın. Sənin ipinin üstünə odun yığmaq müşkül bir işdir. Biz bəyənərik, sonra hər an başımıza qaxarsan.
Anasının sözlərini qəribçiliyə salsa da «Jiquli»yə əyləşib rayon mərkəzinə qayıdan Adilxan istər-istəməz düşünməli oldu: «Bəlkə anam doğru buyurur. Gec-tez evlənməliyəm. Burada pis nə var ki?»
Doğru deyiblər ki, söz təsirsiz qalmır. Adilxan fikrə getdi: «Bəs kimi alım»? O, indiyə qədər kənd qızlarından heç kimi bəyənməmişdi. Sadəcə, özünə yaraşdırmırdı: «Nə qədər bəzənib-düzənsələr də, elə kəndçidirlər ki, kəndçi». Lakin indi əvvəlcə kənd qızlarını birər-birər yadına saldı: «Uzağa niyə gedim? Sərfəlisi olsa, alım, qoyum başımın altına. Anamın yanında qalacaq. Oğul-uşaq böyüdəcək. Mən də öz kefimdə olaram. Arvad məni şəhərdən qaçaq salmayacaq ki… Yenə bir ayağım oralarda – barda, saunada, restoranda, əyləncə, kef məclislərində olacaq. Kimi nişan verim bəs? Nazlını? Sir-sifəti pis deyil. Amma burnu bir az yekədir. Pərini? Bər-bədəninə söz ola bilməz. Amma deyirlər yatanda xoruldayır. Əsməri? Evdə bir sürü uşaqdırlar. Lüt Qasımın canı üçün. Basıb özümüzü yeyərlər. Bənövşəni? Arxası çox iridir. Hərdən yoldan ötən baxır. Sabah evləndim toya-bayrama aparanda gərək qolumu çırmalayıb onunla-bununla davaya çıxım. Nazpərini? Qıçları çox nazikdir. O biri qızlar da çöl-bayırda alaq, pambıq yığmaqdan, mal altı təmizləməkdən kor-kobud olublar. Yatağa girəndə elə biləcəksən kişi yanında uzanıbsan.
İndi keçək institutdakı qızlara. Vid-fasonlarına söz ola bilməz. Amma bəzilərindən arvad çıxmaz. Bir qismi qıçlarını, bir qismi sinələrini nümayiş etdirir. Kef çəkmək üçün yarananları da var, ayağı sürüşgənləri də, özünü oxumaqdan ötrü öldürənləri də.
Adilxan özündən o qədər bədgüman idi ki, hərədə bir eyib tapırdı. Ona qız bəyəndirmək çətin idi. Birdən Adilxanın yadına yaxınlarda olmuş bir hadisə düşdü. Özünü kənddəki oğlanlara, qızlara göstərməyi xoşladığından maqnitofonun səsini qaldırıb dodağında siqaret maşını kənd yolu ilə asta-asta sürürdü. Bir gün əvvəl yağış yağmışdı. Ətrafda hələ də su gölməçələri vardı. Gözləri çayxanada əyləşən cavanlarda qaldığından (Əlifağanı axtarırdı) təkər çökəyə düşüb suyu ətrafa sıçratdı. Üst-başı islanmış cavan qız diksinib tərs-tərs Adilxana baxdı. Amma bir söz demədi. Adilxan halını pozmasa da üzr istəməyi özünə borc bildi. Qız xoşagəlimli idi. Heç kənd qızlarına oxşamırdı. Adilxan nəzərləri ilə qızı müşayiət etdi. Qız, addımlarını yeyinlədib məktəb binasına daxil oldu. İndi isə qız qoltuğunda bir dəstə dəftər məktəbdən gəlirdi. Əlifağadan öyrənmişdi ki, o, məktəbdə müəllim işləyir. Adı da Əzizədir. Birdən Adilxanın qanı qıza qaynadı: «Bəlkə axtardığım elə budur. Kasıb ailədəndir, qaçqındır. Papağımı hərləsəm, yalvara-yalvara gəlib girəcək topdağıtmaz evimizə».
Əzizə maşının bərabərinə çatanda Adilxanın başını pəncərədən çıxarıb:
-Salam, müəllimə, oturun, sizi aparım, - dedi.
Tanımadığı gəncin təklifi Əzizəni haldan çıxartdı, onun sırtıqlığı xoşuna gəlmədi. Lakin o, müəllim, tərbiyəçi idi. Gərək təmkinini pozmayaydı . Odur ki:
-Sağ olun, ehtiyac yoxdur, - deyib ötdü.
Tində dayanmış cavanlar bir-birlərinə baxıb qımışdılar. Kimsə:
-Bu Adilxan elə bilir ki, maşını var deyə, kimə əl eləsə qaçıb onun boynuna sarılacaq.
Başqa birisi:
-O, Əzizə müəlliməni yaxşı tanımır.
Adilxan rayon mərkəzinə getməyib, yarı yoldan geri qayıtdı. Maşını həyətə salıb çıxdı. Ora-bura dəydikdən sonra Əlifağanı tapdı. Dərdləşmək istəyirdi. Adilxan axtardığına rast gəlmişdi. Əzizə ciddi, ziyalı, tərbiyəli qız idi.
O gündən Adilxan kənddə çox ləngiyir, şəhərə getməyə tələsmirdi. O qızları ələ almaqda usta idi. Şirin dilini işə salıb onları yoldan çıxarır, bir müddət əyləndikdən sonra gül kimi qoxulayıb atırdı. Bəzi qızlar onun toruna asanlıqla düşürdülər. Doğru deyiblər ki, oğlanlar gözləri ilə, qızlar isə qulaqları ilə sevirlər. Bir-iki xoş sözdən, tərifdən ötrü qızların ürəyi gedir. Onların bu zəif tərəflərini bilən oğlanlar da bundan istifadə edirlər.
Utanıb-çəkinmədən xoşuna gələn qıza eşq elan edən Adilxan Əzizəyə bu nəzərlərlə baxa bilmirdi. Heç olmasa, kəlmə kəsməyə belə cəsarəti çatmırdı. Öz-özünə təəccüb etməyə başlamışdı. «Yağlı dillərin nə oldu, Adilxan? Çox döşünə döyürdün. Tələbə yoldaşlarınla mərc gəlib istədiyin qızla tanış olurdun. İndi buyur, məharətini göstər. Əzizə tində dayanan forslu, özündən razı gəncin gözlərini ondan çəkmədiyini duyur, özünü o yerə qoymurdu. Adilxan kimi gənclər onun maraq dairəsindən çox-çox uzaq idi.
Nəhayət, bir gün Adilxan canını dişinə tutub qıza yaxınlaşdı və ürəyini açdı. Lakin həyəcanlı olduğundan dili topuq çaldı. Bilmədi nədən başlasın:
-Anam məni evləndirmək istəyir …
Əzizə həyalı, ciddi qız olsa da hazırcavab idi:
-Təbrik edirəm. Bəs nə durmusan, evlən. Maşallah, şəkil kimi oğlansan.
Adilxan qızardı:
-Mənə deyib özümə qız seçim.
Əzizə özünü o yerə qoymayıb dedi:
-Bəs bunu mənə niyə deyirsən? İstəyirsən, qız seçməkdə sənə kömək edim?
Adilxan çaşdı:
-Kömək?! Yox, qız tapmışam.
-Mən elçi getməliyəm?
Adilxan özünü lap itirdi. Heç cür söhbətləri alınmırdı. Odur ki, birbaşa mətləbə keçdi:
-Mən sizi seçmişəm.
Əzizə təəccüblə:
-Axı mən səni tanımıram.
Adilxan ürəkləndi:
-Burada çətin nə var ki? Tanış olaq. Mən Cəfərxan fermerin oğluyam… İnstitutda oxuyuram.
Əzizə onu tanıdığını büruzə verərək:
-Cəfərxan kişinin əziz-xələf oğlu, demə, sən imişsən. Mən də bu məktəbin müəllimiyəm. Tanış olduq, bu qədər kifayətdir.
Adilxan yenidən çətin vəziyyətə düşdü:
-Bəs mənə sözünüz nə oldu?
Əzizə ötkəm:
-Bundan artıq tanışlıq, məncə, əbəsdir. Sağ ol. Ünvanı səhv salmısan: Yenə axtar.
Adilxan nəsə demək istədi. Əzizə uzaqlaşdı. Oğlan baxa-baxa qaldı.
Qızın özünü tox tutması, ona məhəl qoymaması Adilxanın inadını daha da artırdı. Qəti qərara gəldi: «Öldü var, döndü yoxdur. Qız mənim olmalıdır».
Bu vaxta qədər o, elə bilirdi ki, var-dövlət yiyəsi olduğundan kimə barmağını uzatsa, ona arvad olacaq. Kəndin yarısına onun atası çörək verir. Əzizənin anası Fatma da Cəfərxanın təsərrüfatında işləyirdi.
* * *
Mərziyyə neçə gün idi ki, oğluna göz qoyur və hiss edirdi ki, o, özündə-sözündə deyil. Şəhərə getməyə də tələsmir. Kənddə bu qədər duruş gətirdiyi olmamışdı. Mərziyyə öz-özünə «Deyəsən, torbada pişik var», - deyə düşünüb
gülümsündü. Hə, onun sözləri təsirsiz qalmayıb, oğlu kimisə gözaltı eləyib. Bəs kimi? Maralı? Səmayəni? Gülçöhrəni, Gülşəni, yoxsa Gülsümü? Açıb-ağartmayım. Axır özü dilə gələcək.
Ana düşünən kimi oldu. Mərziyyə Fatmanı da, Cavadı da yaxşı tanıyırdı. Fağır adamlardır. Kənddə yaşadıqları az müddətdə heç kimin toyuğuna «kiş» deməmişdilər. Onu da bilirdi ki, binəva Fatma, onun ailəsi az müsibət çəkməyib. Əzizəni də başıaşağı, həyalı-abırlı, ismətli qız deyirdilər. Mərziyyəni gəlinin cehizi, ailəsinin var-dövləti maraqlandırmırdı. On oğlu, on gəlini olsaydı, ömürlərinin axırına kimi Cəfərxanın topladıqların: yeyib qurtara bilməzdilər. Daha çox övladının xoşbəxt olmasını arzulayırdı. Oğlunun dilindən Əzizənin adını eşidəndə onun ağlına heyran qaldı: «Mən bunu fərsiz bilirdim. Qorxurdum gedib əsilsiz-nəsilsizin, çılpaq baldırın birisinin qolundan yapışar» Ana daxilən sevinsə də, bu istəyin nə qədər qarşılıqlı olduğunu bilmək üçün soruşdu:
-Qızın fikrini öyrənmisən? Bu işə o necə baxır?
Oğlunun cavabı Mərziyyəni açmadı, amma ona ürək-dirək vermək üçün dedi:
-Sən narahat olma, mən anası ilə danışaram. Çalışıb qızı yola gətirərik.
Adilxanın qəlbində ümid qığılcımları yandı. Bir qədər ürəyi sakitləşdi. Evdən çıxıb Əlifağagilə yollandı.
Zahirən sakit görünən Əzizə ağır-ağır evlərinə getsə də, Adilxanla söhbətinin təsiri altında idi. 24 yaşı adlamışdı. Bütün canlılar kimi insan da öz nəslini davam etdirmək qayğısına qalmalıdır. Hər bir şəxs təhlükəyə də, müsibətə də, dərd-ələmə də düçar ola bilər. Lakin tədricən gülür də, şadlanır da, sevinir də. Başqa cür, sadəcə, mümkün deyil. Həyatın qanunu və tələbidir. Hamı ailə qurmalıdır. Dünyaya övladlar gətirməli, onları boya-başa çatdırmalı, təhsil və sənət verməli, yerbəyer etməlidir.. Əzizə də gec-tez ərə gedəcək. Həzrəti Məhəmməd əleyhissəlamın sözləridir: «Evlənməyə qadir ola-ola evlənməyən kəs məndən (hümmətimdən) deyil». Peyğəmbərimizin buyruğundan o necə çıxa bilər?
Oxucuma məlum olmayan bir məqama toxunmaq istəyirəm. Yadınızda varsa, Əzizə Bakıdan kəndə qayıdanda yanında bir gənc əyləşmişdi və o, qıza maraq göstərirdi. Əzizə işə qəbul olunanda burada həmin gənclə qarşılaşdı. Sən demə, o, məktəbdə fizika müəllimi işləyirmiş. Özü qonşu kənddə – Xələflidə yaşayırdı. Müəllimlər otağında, məktəbdə keçirilən tədbirlərdə birlikdə iştirak edirdilər. Təbii ki, müəllim yoldaşlar kimi söhbət də edirdilər. Vaxtilə laqeyid yanaşdığı, qeyri-ciddi saydığı bu gənc –Natiq, sən demə, səmimi, son dərəcə ciddi, öz ixtisasını yaxşı bilən, şagirdlərə qayğı ilə yanaşan insan imiş. Əzizə həm də hiss edirdi ki, Natiqdə ona qarşı xüsusi maraq, istək var. Qıza doğru can atır, onu görəndə sevinir. Başqalarının yanında nə qədər büruzə verməməyə çalışsa da, Əzizə sövq-təbii ilə bunu duyurdu.
Əzizə də artıq uşaq deyildi. Yaraları qaysaq bağlayırdı. Yaşı keçirdi. Gələcəyi barədə düşünməli idi. Körpə uşaq görəndə ürəyi atlanırdı. Mehrini dayısı qızı Pəriyə salmışdı. Onu öpür, əzizləyir, öz balası kimi sevirdi. Lakin insanın yaxın adamlarına sevgisi nə qədər qüvvətli olsa da, övlada olan istəyin, məhəbbətin yerini verə bilməzdi. Əzizə hiss edirdi ki, o da Natiqə biganə deyil. Bunu, xüsusən, evdə sakitlik olanda, yaxud çarpayısına uzanarkən başa düşürdü. Saatlarla gözlərini tavana zilləyib düşünür, ölçüb-biçirdi. Natiq hələ ki, ürəyini ona açmamışdı. Bəlkə də Əzizə yanılırdı… Yox, ola bilməz. Hissləri qadınları heç vaxt aldatmır. Natiq onu sevirdi. Ər-arvada «həyat-yoldaşı», «ömür-gün yoldaşı» deyirlər. Görəsən, onlar ailə qursalar, bu keşməkeşli, çətin, təzadlı, ziddiyyətli dünyada, həyatın yollarında ömürlərinin axırına kimi qoşa addımlaya biləcəklərmi?
Bu və buna bənzər suallar Əzizəni rahat buraxmırdı. Natiq susur, Əzizə gözləyirdi. Onlardan biri susa-susa, digəri gözləyə-gözləyə qaldığı anlarda meydana Adilxan çıxdı. Adilxanın ailəsi varlı-karlı idi. Əzizə ona ərə getsəydi, maddi cəhətdən çətinliyi olmayacaqdı. Cəfərxanla Mərziyyəni yaxşı adam deyirdilər. Amma Adilxan sabahını düşünən, zəhmətə bağlanan deyildi. Əzizə onunla xoşbəxt olacağına inanmırdı. Adilxanla ailə qurarsa, evdə onun kənizinə çevriləcək, ərinin istəyi, hökmü, iradəsi ilə nəfəs alacaqdı. Belə həyat necə də dözülməzdi. Atalar yüz ölçüb - bir biçirlər: «Neyləyirəm qızıl teşti ki, içinə qan qusum». Həm də o, Adilxanı sevmirdi və heç zaman sevə bilməyəcəkdi. Ona görə də Fatma Mərziyyə ilə aralarındakı söhbəti qızına danışanda Əzizə dedi:
-Ana, biz başqa-başqa adamlarıq.
Mərziyyə oğlu Adilxanın Əzizəni istədiyini deyəndə Fatma buna sevinmişdi: Ürəyində: «Şükür Allaha, axır balamın da bəxtinə gün doğdu. Öz ev-eşiyi olandan sonra ağrı-acılarını da tamam unudar. Kasıbçılığın daşını da atar. O da gün görər», - deyə fikirləşmişdi. Mərziyyə xanıma da:
-Mənim sözüm yoxdur. Cavad da etiraz etməz, amma qoy qızımın fikrini öyrənim, - demişdi.
İndi Əzizənin cavabı onun qanını qaraltdı, qəlbi yenə də kədərlə doldu: «Yaman tərs qızdır, bu Əzizə. Bilmirəm, niyə sonalaya-sonalaya dayanıb durub?!»
-Qızım, sən elə bilirsən, evlənənlərin hamısı bir-birini seviblər? Atanla mən sevişib-evlənmişdik? Mənə elçi gəldi. Rəhmətlik atam: «Allah xeyir versin, bir qız bir oğlanındır»,- deyib razılıq verdi. Özün şahidsən ki, rəhmətlik atanla aramızda bircə dəfə də söz-söhbətimiz olmayıb.
Əzizə anasının sözünü yerə salmaq məcburiyyətində qaldığı üçün hədsiz sıxılaraq:
-Ana, özün bilirsən ki, səni dünyalar qədər sevirəm. Amma incimə, ürəyə zor eləmək olmur. Bağışla məni,- dedi və göz yaşlarını axıtdı.
Fatma qızının xasiyyətini bildiyindən təkid etmədi. Cavadla birlikdə onu birtəhər dilə tuta bilərdilər, lakin sonradan bunun ağrısını-acısını çəkəcəkdiləər. Əzizə gec-tez səhvini düzəltməyə çalışacaqdı. Bu isə daha pis. Qız həmişəlik bədbəxt olacaqdı. Dul qadına kim yaxın düşəcəkdi? Düşsəydi də Əzizə bir daha ərə getməyəcəkdi. Beləcə cavan ikən həyatı puç olub gedəcəkdi.
* * *
Mərziyyənin işə qarışmasından da kar aşmadığını görən Adilxan bir yerdə qərar tuta bilmirdi. Əvvəllər qızlara bir əyləncə kimi yanaşan, xoşuna gələnlərini tez yola gətirən Adilxan Əzizənin müqaviməti qarşısında dəli olmaq dərəcəsinə gəlirdi. Odur ki, məktəbdən bir qədər aralıda yerləşən çayxanadan yığışmaq bilmirdi. Burada oturar, qız məktəbdən çıxanda nəzərləri ilə onu evlərinə kimi ötürərdi. Şən, qayğısız Adilxanın gözlərinə dərin bir məyusluq, kədər, ümidsizlik çökmüşdü. Son zamanlardakı müşahidələri onu lap cin atına mindirirdi. Bir neçə dəfə Natiqi Əzizə ilə söhbət edən, onu yola salan görmüşdü. Natiqin qıza meyli vardı. Bu açıq-aydın görünürdü. Əzizə də oğlana laqeyd deyildi, onunla mehriban davranır, arada gülümsəyirdi. Adilxan bu məsələni belə qoya bilməzdi. Odur ki, bir dəfə işdən sonra Natiqin qarşısını kəsdi. Natiq Xələfli kəndinə, evlərinə gedirdi. Adilxan səsində sonsuz qəzəb:
-Müəllim, özünü yaxşı aparmırsan ha! – deyə ona hədə-qorxu gəldi.
Natiq təəccüblə ona baxaraq çiyinlərini çəkdi?
-Başa düşmürəm, nəyi nəzərdə tutursan?
Adilxan əsəbi:
-Sən bilirsən ki, o qızı mən istəyirəm.
-Hansı qızı?
-Guya xəbərin yoxdur, Əzizəni deyirəm.
Natiq çiyinlərini çəkdi:
-Bunu mənə niyə deyirsən, özünə desənə… Hə, yadıma düşdü, məncə, demisən, cavabını da almısan.
Bunu eşidən kimi Adilxan özündən çıxdı:
-Elə bilirsən, mənim cavabımı vermək asan işdir? Mən istəyən qıza yaxın düşənin anasını ağlar qoyaram.
Natiq özünün sındırmadı:
-Hələ bilmək olmaz kimin anası ağlar qalacaq.
Adilxan hədə-qorxu gəlməkdə davam edirdi:
-Bu kəndin cavanları ölüb bəyəm, Xələflidən gəlib burada qız dalına düşürsən?
Natiq onun çox baş apardığını görərək:
-Sözünün canını de, səninlə qurtaraq, - dedi.
Adilxan əl-qolunu ölçərək:
-Bax, axırıncı dəfə xəbərdarlıq edirəm, bir də səni o qızla görsəm, məndən incimə.
-Məsələn nə edəcəksən?
Adilxan qəflətən bir ayağını geri qoydu. Başını irəli uzadıb Natiqə bir kəllə vurdu. Gözlənilməz zərbədən Natiq səndələyib yıxıldı. Qalxmaq istəyəndə Adilxan onun üstünə atıldı, bir-iki yumruq da endirdi. Natiq sifətini tutdu. Adilxan bir-iki təpik də vurdu. Növbəti təpiyi atanda Natiq onun ayağından tutub dartdı və onu yerə sərdi. Bir-iki yumruq da o vurdu. Onların yerdə süpürləşdiyini görənlər qaçaraq gəldilər və gəncləri araladılar. Adilxan ağzına dolmuş qanı tüpürərək Natiqi söydü:
-Düdük! Bilmirsən dərs deyir, yoxsa eşqbazlıq edir.
* * *
Gözlərinin altı qaraldığından Natiq beş-on gün evdən çıxmadı. Cəfərxan tədbirli adam idi. İşi yoğunlamağa qoymadı. Bir neçə ağsaqqal götürüb Natiqin atası Sadıqla görüşdü. Oğlunun əvəzinə üzrxahlıq elədi. Sadıqla Cəfərxanın çoxdan tanışlığı vardı. Bir-birlərinə xətir-hörmət qoyurdular. Çox söz-söhbətdən sonra arada barışıq oldu, iş gedib milisə çıxmadı. Amma məktəbdə müəllimlər də, şagirdlər də baş vermiş hadisədən xəbər tutdular. Natiq müəllim bu rüsvayçılığı mənliyinə sığışdıra bilmədiyindən məktəbi dəyişib, öz kəndlərində işləmək istəyirdi. Lakin Əzizədən ayrı düşmək onun üçün çətin olacaqdı. Qız heç cür xəyalından çəkilmirdi.
Natiq ərizəsini yazıb məktəbə gəldi. Əhmədlinin kabinetinə keçmək istəyirdi ki, Əzizə ilə rastlaşdı. Onunla salamlaşanda fikrini Əzizəyə bildirdi. Əzizə işdən çıxmağı ona məsləhət görmədi:
-Nə pis iş tutubsan ki? Adilxanı da, səni də hamı tanıyır. Şəxsən mən məsləhət görmürəm.
Əzizənin rəyi Natiq üçün əsas idi. Doğrudan da, baş vermiş hadisədə o, günahkar deyildi. Sadəcə, özünü müdafiə etmişdi. Məgər o, şagirdlərinə haqqlarını tələb etməyi, zülmə baş əyməməyi, ədalətsizliyə dözməməyi öyrətmirdi?
Natiq fikrindən daşındı. Əzizənin ona düzgün yol, qayğı göstərməsindən mütəəssir oldu. Yaranmış vəziyyət onu cəsarətli olmağa çağırdı və özü də hiss etmədən qıza ürəyini açdı. Əzizə onun təklifini sakitcə qarşıladı. Sanki bunu gözləyirdi. Başını aşağı salaraq:
-Hələlik bir söz deyə bilmərəm. İmkan ver, fikirləşim, - dedi.
* * *
Adilxan sakitləşmək bilmirdi. Odur ki, Əlifağanın üstünə qaçdı:
-Qız əldən çıxacaq, Əlifağa. Gözüm görə-görə o, Natiqə qismət olacaq. Ondan sonra gərək kənd arasına çıxmayım. Deyəcəklər: qız məni bəyənmədi. Fərasətim olmadı. Nə bilim, daha nə deyəcəklər.
Əlifağa dostunun vəziyyətini başa düşərək fikrə getdi və nəhayət, çıxış yolu tapdı:
-Gəl, qızı qaçıraq!
Adilxan onun sözlərinə şübhə ilə yanaşaraq:
-Necə yəni qaçıraq? Hara qaçıraq?
Bir qədər fikirləşdikdən sonra yadına salaraq:
-Deyirsən rayon mərkəzindəki otağıma aparaq? Gəlib tapacaq, əlimdən alacaqlar. Bundan başqa, o boyda qızı necə qaçıraq? Öz xoşuna ha bizimlə getməyəcək, müqavimət göstərəcək, hay-küy salacaq. Bütün kənd başımıza yığılacaq. Dədəm xəbər tutub gəlsə, belimi sındıracaq.
Əlifağa onunla razılaşdı:
-Hə, düz deyirsən, bu işi bir az səssiz görmək lazımdır.
Adilxan kinayə ilə:
-Deyirsən, yatanda evindən oğurlayaq? Tacir Əsgər bəyin adamları kimi? Bəs bizə kim kömək edəcək? Cavad? Dayısı? Buna ümid bağlamaq olmaz. Tutub özümüzü basarlar dama.
Əlifağa dinlədi. Çox düşünüb-daşınandan sonra:
-Əzizə hərdən dəftər, kitab almaq üçün rayon mərkəzinə gedir. Maşina mindirə bilsəydin…
-O mənim maşınıma oturmaz. Natiq müəllimin qol-qabırğasını əzişdirəndən sonra məndən zind-zəhləsi gedir.
-Onda gərək avtobusdan düşəndə köməkləşib basaq sənin maşınına. Milisə ilişməsək, rayonda kimin nəyinə lazımdır kimi qaçırırlar, və niyə qaçırırlar.
-Maşına mindirəndən sonra elə bilirsən sakitcə oturub bizə baxacaq?. Təkbaşına onun əl-qolunu tutub saxlaya bilərsən?
-Bir nəfər də köməkçi lazım olacaq.
Adilxan Əlifağanın bərk-boşluğunu yoxlamaq məqsədilə dedi:
-Onu bilirsən ki, ilişsək, qız şikayət etsə, mənimlə bir yerdə sizi də tutub damlayacaqlar?
Əlifağanın rəngi ağardı lakin özünü qorxaq göstərmək istəmirdi. Cəfərxan onsuz da pul töküb onları qurtaracaqdı. Əslində Əlifağanı bu işə vadar edən dostluqdan çox tamahı, işin maddi tərəfi idi. Bilirdi ki, Adilxan onun zəhmətini nəzərə alacaq, xeyli pul verəcək. Odur ki, dostluqda sədaqətini göstərmək üçün dedi:
-Dost yolunda boran olar, qar olar…
-Tələbə yoldaşlarımdan birini də götürərik. Kimə 5-10 manat versəm, yüyürə-yüyürə gələcək. Səhərdən axşama kimi acından qarınlarını qaşıyırlar.
Başqa əlac qalmamışdı. Qız əldən çıxırdı. Götürüb Natiqə versələr, Adilxan nə edəcəkdi?

Комментариев нет:
Отправить комментарий