Bir neçə gün öncə "facebook"da Etibar Hüseynovun qarabağlılar haqda nəsə deməsi ilə bağlı statuslar gördüm. Məsələ ilə bağlı video süjetə baxdım. Deputat Qarabağ qaçqınlarının Bakıda şəhər mədəniyyətini korladığı haqda fikirlər söyləyib. Bir çox qiryətti qaçqınlar bu çıxışa hiddətlənmiş, digərləri şiddətlənmişdi. Bu adam haqda bircə tərif deyə bilməsəm də, Etibar Hüseynov nəyi səhv deyib ki?!
Yadıma 1 il əvvəl ağdamlı oğlanların Əkrəm Əylisli haqda verdikləri bəyanat düşdü. Bəyanatın sonunda Əkrəm Əylislini Cəhənnəmə yollamışdılar. Dünya elm adamları isə Əkrəm Əylislini Nobel komitəsinə yolladılar. Etibar Hüseynov problemin kifayət qədər mədəni izahını verib. Məsələn, ANS öz verilişinə deputatı deyil, Sovetski uşaqlarından birini dəvət etsəydi, teleizləyicilər Bakı mədəniyyətini viran qoyan qaçqınlar haqda həqiqətləri bütün çılpaqlığı ilə eşidə bilərdi.
Amma Etibar Hüseynov təkcə qarabağlıların adını çəkməklə ciddi səhv buraxıb. O, bura ermənistanlıları, gürcüstanlıları, naxçıvanlıları və sair rayon camaatlarını əlavə etməli idi.
1994-cü il çox yaxşı yadımdadır. Məktəbimi dəyişmişdim. Hər gün Əhmədlidən Nizami stansiyasınacan yol gedirdim. O vaxtlar qaçqın və köçkünlər üçün metro pulsuz olduğundan adam sıxlığından vaqonlar dəhşətli yerə çevrilmişdi. Daim təmiz geyinən, həftədə 3 dəfə köynəyi dəyişilən məktəblinin başına bit düşmüşdü. Özü də iki dəfə. 12 yaşıma çatıb Bakıda belə şey görməmişdim. Bir də metro partlayışları baş verəndə vaqonlarda rahat nəfəs almaq oldu.
Şəhərə şəhər dəyərləri ilə gəlməyən adam həmişə ikrah mənbəyi olaraq qalacaq. Bu dəyərlərdən yoxsuldursa, tezliklə öyrənməsi lazımdır. Məsələn, kənd yerində meyvə gapını balkondan yerə atsan, toyuqlar cumub dimdikləyəcək. Şəhər yerində bunu etsən, var-yoxunu söyəcəklər.
Qamsaxurdinin millətçilik etdiyi vaxtlarda qaçıb gəlmiş iki gürcüstanlı qonşumuz vardı. Bir ailə Tiflis şəhərindən idi. Uşaqları rus bölməsində oxumuşdu. Şəhər adamı olduqlarından fərq hiss edilmirdi. Digər ailə isə Marneulinin hansısa kəndindən idi. Ləhcələri bir yana, adamlar elə hərəkətlər edirdilər ki, ağzımız açıq qalırdı. Yaxşı qonşulardı. Ancaq 20 ildir bu adamları öyrədə bilmirik ki, zibil torbasını qapı ağzında saxlamaq olmaz. Bloku iy basır. Zibil evdən çıxdı, zibilxanaya atılmalıdır.
Məsələ şəhərdə, ya əyalətdə doğulmaqda deyil. O dəyərlərin daşıyıcısı olmaqdadır. Yaxından tanıdığım publisist Yalçın İslamzadə rayonda doğulsa da, illərin Bakılısından fərqlənmir. Çünki təhsili, etikası ilə şəhər mədəniyyətinin daşıyıcısıdır. O deyir ki, "biz kənddən şəhərə yaşamaq üçün gələnləri şəhər əhalisi ilə- onlara "çuşka" damğası vurmağa hazır olan və fürsət gözləyən "yüksək" təbəqə ilə psixoloji mübarizə gözləyirdi. Kənd uşaqları bu mübarizəyə hazır deyildi, kompleks yaranırdı".
Amma digər tərəfdən "çuşka" sözü özünü təsdiq etmək istəyən gənclər üçün stimula çevrilirdi. Tez bir zamanda geyimlərini dəyişər, hərəkətlərinə diqqət edərdilər. Ləhcədən qurtulmaq üçün kitabxanadan çıxmazdılar. Teatra, kinoya gedərdilər.
Niyə Bakı rusları, yəhudilər, ermənilər üçün bu qədər darıxmışıq? Sovet Bakısını xatırlayan istənilən şəhərli mədəni Bakının birdən-birə necə dəyişdiyini, avtobusa minmə, növbə mədəniyyətinin necə yoxa çıxmasını öz gözləri ilə görüb. Hər addımda mədəniyyətsizliyə yol verən heyvərələri görən Bakılılar qeyri-azərbaycanlının dilindən çıxan "çuşka" sözünün nə qədər qiymətli olduğunu anladılar.
Tərcümədə donuz balası mənasına gələn "çuşka" pinti, adam arasında özünü apara bilməyənlər üçün işlədilərdi. Tumu çırtlayıb qabığını yerə tökən şəxsə hər hansı rusun "çuşka" deməsi bəs idi ki, o "adam" adam olsun.
Azərbaycanlılar bu sözü deyə bilməzdilər. Zəmanə dəyişmişdi. Beynəlmiləlçiliyin yerini millətçilik tutmuşdu. Heç kəs qaçqına, köçkünə pis söz deyə bilməzdi. Nifrət üçün ümummilli düşmən- erməni vardı. Hamı erməni söyməli idi.
Beləliklə, ictimai qınaq yoxa çıxdı. "Çuşka" xasiyyətli adamlar cəzasız qalınca elə bildilər ki, belə də olmalıdır. Vəzifəli adamların ləhcə ilə danışmağı üstünlük sayması kimi iyrənc ənənə yarandı. "Çuşka" sözü bir daha geri qayıtmayacaq. Çünki milli zəmində təhqir forması alıb. Amma dayanmadan əyalət adamların axınına məruz qalan Bakının şəhər kimi qalması üçün bənzər sözə ehtiyac var. Məsələn - kəntoş.
Ətrafımıza baxsaq, 20 ildir şəhərə köçüb gələn, amma zərrə qədər dəyişməyən adamlar görə bilərik. Dəyişməyəcəklər də. Çünki gələn kimi münasibət qurduqları ilk adam öz yerliləri olur. Oturduqları kafe, məclis yerli mühiti. Kitab oxumağa ehtiyac görmədiklərindən nə ləhcə dəyişir, nə davranış. Şəhər camaatının üzüyumşaqlığı onları daha da arxayınlaşdırır.
Ta ki kimsə kəntoşluqlarını üzlərinə vurmayanadək. Düşünün, bu eybi bir yox, minlərlə adam üzə vurur. Etdikləri hər mədəniyyətsiz hərəkət xatırladılır. Bakı daha tez dəyişməzmi? - Dəyişər! Şəhərə ilk növbədə şəhərlilər sahib çıxmalıdır.
Bir ölkənin şəhər mədəniyyətini ilk öncə onun siyasi simaları müəyyən edər. 90-ların əvvəlində Bakı şəhər mədəniyyətinin viran qoyulmasında Elçibəy hökümətinin misilsiz xidmətləri oldu. Hakimiyyət postlarını bisavad əyalət adamları ilə dolduran Elçibəy, eyni həvəslə Bakının mədəniyyət-iaşə obyektlərini Qarabağ qaçqınları ilə doldururdu. Halbuki yerli əhali ordu hissələrinin ərzaq təchizatının əsas bazasına çevrilməli idi. Bunun əvəzinə vertolyotlarla Bakıya adam daşınır, erməni boş qalmış kəndləri tuturdu.
Heydər Əliyev üçün belə vəziyyət göydəndüşmə oldu. Savadlı şəhər adamları üzərində diktatura yaratmaq çox çətin olduğu halda, tayfa zehniyyətli kütləni istədiyi kimi yönəltmək heç nə idi. Hər tayfanın başına bir neçə vəzifəli tayfabaşı ağsaqqal təyin edib, ölkəni idarə etməyə başladı. Türkmənistan kimi.
Əksər hakimiyyət və müxalifət simaları əyalət təfəkkürü daşıyıcıları olduğundan Bakının mədəniləşmə prosesi ağır keçir. Son illər təhsilli şəhər uşaqları mühüm vəzifələrə təyin olunsa da, hakimiyyətin ümumi mənzərəsi hələ ki, dəyişməyib. Bəlkə 5 ilə.
Gözlənilənin əksinə müxalifət cəbhəsində vəziyyət daha ağırdır. 22 il əvvəl siyasət dadmış kəntoş funksionerlər hələ də yerlərindədirlər. Sıravi partiya üzvlərindən özlərinə partiyadaş kimi deyil, ağsaqqal kimi yanaşma tələb edirlər. Çünki atalarının tövlələrində belə görüb-götürüblər. Mübarizə yolu dedikləri 22 ildə nə bir kitab yazıblar, nə də siyasət haqda on ədəd kitab oxuyublar.
Söz düşmüşkən deyim ki, müxalifət liderləri kəntoş gəncləri ətraflarına toplamaqda maraqlıdırlar. Savadsız və heyvərə adamların arasında lider kimi parlamaq daha asandır. İstedadı söyüş söyməyə və "eşq olsun bəy!" yazmağa kifayət edən bu kəntoşlardan fərqli olaraq, siyasi savadı olan şəhər gəncləri siyasətə təhlil gözü ilə baxırlar. Kəntoşların liderlər qarşısında etdikləri meymunluqları onlar öz şəxsiyyətlərinə sığdırmırlar. Yeri gələndə siyasi səhvləri ictimai şəkildə üzə vururlar.
Etibar Hüseynova gəldikdə, dediklərini qəribçiliyə salmayın. Adam ömrü boyu yalan danışdı. Bircə dəfə düz söz dedi. Onda da dağdan gələnlər bağdakını qovdular.
azadig.blogspot.com

Комментариев нет:
Отправить комментарий