AZAL şefi Cahangir Əsgərovun yerdəki macəraları
Əsgərov Cahangir Cəlal oğlu 11 iyul 1950-ci ildə Bakıda anadan olub. Leninqrad Mülki Aviasiya Məktəbini bitirən Cahangir Əsgərov Bakı şəhəri Zabrat Birləşmiş Aviadəstəsində eskadrilya müdiri, uçuş dəstəsi komandirinin müavini vəzifələrində çalışıb. 1978-ci ildən Yevlax Birləşmiş Aviadəstəsinin komandiri, Hava limanının rəisi postunda işləmiş, bir ildən sonra adı korrupsiyada hallandırılmış və tutduğu vəzifədən uzaqlaşdırılmışdır.
1991-ci ildən Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, 1993-cü ildən isə Dövlət Konserninin Türkiyədə baş nümanyəndəsi vəzifələrində işləmişdir. "Azərbaycan Hava Yolları" Dövlət Konserninin baş direktoru vəzifəsinə 1996-cı ildə gətirilib və bu günə qədər sözügedən postda möhkəm oturub. Evlidir, 2 övladı var.
Cahangirin "kor gələn" siftəsi
Gənc olmasına və bu sahədə kifayət qədər təcrübəsinin yoxluğuna baxmayaraq, Cahangir Əsgərov 1978-ci ildə Yevlax Hava Limanının rəisi kimi yüksək vəzifəyə təyinat ala bilir. Həmin vəzifədə qısa müddət çalışan gənc Cahangirin heç ağlına da gəlməzdi ki, törətdiyi qanunsuzluqlara görə "ilişəcək". Belə ki, bu vəzifədə cəmi bir il işlədikdən sonra ona qarşı "dövlət əmlakını mənimsəmə" ittihamı ilə cinayət işi başlanılır. Nəticədə Cahangir Əsgərov həbs edilir, amma o zaman Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifə tutan atasının səyləri nəticəsində tezliklə azadlığa buraxılır.
Bundan sonra çoxları Cahangir Əsgərovun aviasiyadan qovulacağını düşündüyü halda bunun əksi baş verir. Düzdür, "vurulduqdan" sonra ciddi əhəmiyyət kəsb etməyən postlarda çalışdı, amma o zamanın şərtləri baxımından bunun özü də gənc Cahangir üçün böyük uğur sayıla bilərdi. Düz on il ərzində ayrı-ayrı yerlərdə "başını girələməklə" məşğul olan Cahangir Əsgərov gözlənilmədən iş karyerasında yeni bir zirvə fəth edir. Köhnə əlaqələr və imkanlar səfərbər edilir və Cahangir Əsgərov aviasiya işçilərinin Həmkarlar İttifaqının sədri kimi böyük bir vəzifəylə mükafatlandırılır. Müəyyən çətinliklər və ara-sıra ortaya çıxan problemlər nəzərə alınmasa, Cahangir Əsgərovun iş həyatı bundan sonra davamlı şəkildə uğurlarla müşayiət olunur.
Onu həbsdən kim qurtarıb?
Həmkarlar İttifaqının sədri vəzifəsi onun qarşısında çox geniş üfüqlər və varlanmaq imkanları açmışdı. Ən kiçicik fürsəti belə əldən verməyən Cahangir Əsgərov üçün isə bu vəzifə göydəndüşmə idi. O, yeni vəzifədə həyata keçirdiyi maxanasiyalar nəticəsində qısa müddət ərzində kifayət qədər böyük kapitala sahiblənir və bu yöndəki fəallığını günbəgün artırırdı. O, 1990-cu illərin əvvəllərindən başlayaraq daha genişmiyaslı fırıldaqlar həyata keçirməyə başlayır və belə əməliyyatların birində yenidən "ilişir". Belə ki, "AZAL" rəhbərliyi onun fəaliyyətindən şübhələnir, yoxlamalara başlanılır və məlum olur ki, Cahangir Əsgərov Həmkarlar İttifaqının gəlirlərindən küllü miqdarda pul mənimsəyərək, həmin vəsaiti şəriki olduğu bank vasitəsilə ölkədən çıxarmışdır. Əleyhinə olan təkzibolunmaz faktlar ortadaydı və Cahangir Əsgərovun başı üzərini qara buludlar almışdı. Amma bu dəfə də bəxt onun üzünə gülür. Ölkə prezidentinin oğlu İlham Əliyevlə olan isti münasibəti onu həbsxana həyatı yaşamaqdan qurtarır.
"AZAL" prezidentliyinə gedən yol
"AZAL" rəhbərliyinə Ədalət Əliyevin gəlişi Cahangir üçün yeni problemlər və sıxıntılar yaradır. Ədalət Əliyev "iki ayağını bir başmağa" dirəyərək şirkətdən oğurluq etmiş Cahangir Əsgərovun qanunun tələbləri çərçivəsində cəzalandırılmasını istəyir. Belədə hakimiyyətdəki dostlarının köməkliyi ilə Cahangir Azərbaycandan kənarlaşdırılır və "AZAL"-ın İstambuldakı təmsilçisi kimi fəaliyyətə başlayır. Burada da "boş dayanmayan" Cahangir bu dəfə türk polisi tərəfindən həbsə atılır. Səbəb onun "Türk hava yolları" ilə saxta konraktlar əsasında 380 min dolları mənimsəməsiydi. Amma bəxti üzdə olan "diribaş oğlan" bu dəfə də canını həbsdən qurtarmaqla yanaşı, üstündən bir qədər keçdikdən sonra "AZAL"ın prezidenti təyin olunur. "AZAL"ın o vaxtkı rəhbəri Ədalət Əliyevin həbs olunması onun yolu üzərindəki əsas məneənin götürülməsi demək idi. 1996-cı ildə karyerasının ən yüksək zirvəsini fəth edən Cahangir Əsgərov Türkiyə təmsilçiliyindən birbaşa şirkətin prezidentliyinə gətirilir. Bu günə qədər həmin postda çalışan Cahangir Əsgərovun sonrakı həyatı da "məcaralar"la doludur. Adının çeçen terrorçuları ilə yanaşı hallandırılması isə buna bir nümunə sayıla bilər.
"Nələr çəkmiş başın sənin..."
Cahangir Əsgərovun adı Rusiya hüquq-mühafizə orqanları tərəfindən araşdırılan "Beslan terroru" ilə bağlı isntintaq materiallarında hallandırılıb. Materiallarda "AZAL" prezidentinin bir sıra terror aktlarını maliyyələşdirdiyi bildirilir. Sızan informasiyalara görə o zaman Cahangir Əsgərov Rusiyanın hüquq-mühafizə orqanlarına verdiyi izahatda etiraf edib ki, onun həyat yoldaşını girovluqdan azad edən çeçenlər sonradan onu əməkdaşlığa təhrik etməyə çalışıblar. Təsdiqlənməmiş məlumatlara görə, isntintaq materiallarında Cahangir Əsgərovun bəzi terror aktlarına maliyyə dəstəyi verməsi faktı təkzibonlunmaz faktlarla təsdiqlənib. Amma güman edilir ki, Cahagir Əsgərov çeçenlərə verdiyi pulların konkret olaraq hansı məqsədə yönəldiləcəyini bilməyib.
Əsgərovun kölgə iqtisadiyyatında payı nə qədərdir
Azərbaycan iqtisadiyyatında kölgə iqtisadiyyatınım payının beynəlxalq ekspertlər 40-60 faiz olduğunu iddia edirlər. «AZAL» prezidenti Cahangir Əsgərov da kölgə iqtisadiyyatının nümayəndələrindən sayılır. 2004-cü ilin yanvarında mətbuatda iddia edilirdi ki, İsveçrə öz hava məkanında uçuşuna qadağa qoyduğu aviaşirkətlərdən biri də Azərbaycan-Belçika şirkəti olan «Silk Way»dır. Ukraynanın vergi strukturları bu ölkənin Müdafiə Nazirliyinə məxsus 4 köhnə təyyarənin silinərək Azərbaycana satılması faktını aşkarlamışdı.
Bu işdə Ukrayna parlamentinin deputatı Anatoli Levinin adı keçirdi. Əslində, bu adam «AZAL» prezidenti Cahangir Əsgərovun Ukraynadakı ortaq biznes tərəfdaşı da sayılırdı. Məhz onların əlaqələri sayəsində Ukraynaya məxsus köhnə təyyarələr yararsız kimi silinərək, Azərbaycana gətirilmiş və ölkənin hava nəqliyyatı üzrə dövlət reyestrinə salınmışdı.
Araşdırmalar nəticəsində məlum olmuşdu ki, 2005-ci ildə «AZAL» prezidentinin Ukraynadakı tərəfdaşından aldığı və dövlət reyestrinə saldığı həmin İl-76-lar əvvəldə adını çəkdiyimiz «Silk Way»da və digər özəl şirkət olan «Skywind»də peyda olub. Həmin təyyarələrdən biri sonradan Çində qəzaya uğradı. Bundan sonra Çin «AZAL»a məxsus təyyarələri öz hava məkanına buraxmadı. Konsernin mətbuat xidməti «Silk Way»ın «AZAL»-a dəxli olmadığını iddia etsə də, sonra məlum oldu ki, həmin şirkətin rəhbəri Kamran Qasımov Cahangir Əsgərovun baldızı oğludur. Digər bir iddiaya görə, bu şirkəti «AZAL» prezidenti özü yaradıb və çirkli pulların yuyulmasında əməlli-başlı «Silk Way»-dan istifadə edir. Qeyd edək ki, «Silk Way»-ın təsisçisi «İnternational Holding Company» adlı şirkətdir.
Cahangir Əsgərovun digər baldızı oğlu Nurid Əliyev 2005-ci ilin mart ayından istifadəyə verilən Beynəlxalq Hava Limanında Yük Terminalının direktorudur.
Atlı, taksili və «Şöhrət»li Əsgərov
Cahangir Əsgərov təkcə Azərbaycanın hava məkanına ağalıq etmir, şahidlərin sözlərinə görə, Binə-Şüvəlan zonası da çoxdandır «AZAL» şefinin tam nəzarətinə keçib. O, vaxtilə bakılı aristokrat Hacınskinin bağ evini alıb. Milli-mədəniyyət abidələrinin siyahısında olan bu bağ evinin sahəsi cəmi 20 sot olub. Cahangir Əsgərov isə hər biri 10 sot olan yaxınlıqdakı 24 sahəni də satın alaraq böyük torpaq mülkiyyətçisinə çevrilib. Deyilənə görə, Hacınski 12 atını cəmi bir tövlədə saxlayırmış. Cahangir Əsgərov isə atları üçün 3 tövlə tikdirib.
Binədən bir qədər uzaqda, 250 min kvadrat metrlik sahədə «AZAL» prezidentinə məxsus İppodrom da yerləşir. İppodrom bir ilxı at üçün nəzərdə tutulub və texnikanın ən yeni nailiyyətləri ilə təchiz edilib.
Cahangir Əsgərovun Mərdəkanda taksi parkı da var. Avtomobillərinin sayı-hesabı isə bilinmir. Şahidlərin fikrincə, parkın gözəlliyinə tamaşa etməkdən doymaq olmur.
Digər ərazi 100 min kvadrat metrdir və ora hər oğul girə bilməz. Poladdan qapıları var və hündür hasarlarla əhatə olunub. Burada Cahangir Əsgərovun adminstrativ binası hesab olunan saray, oliqarxın şəxsi vertolyot meydançası, onun həyat yoldaşının parfümeriya istehsalı müəssisəsi, hazır mal anbarı və s. yerləşir. Burada tennis kortunun, üzən yay və qış hovuzlarının, futbol meydançasının, yüz nəfərlik qonaq evinin olduğu da bildirilir. Cahangir Əsgərov havadan yerə enəndə bu ərazini elektromobillə gəzir, bunun üçün bir neçə elektromobilə də sahibdir.
"Karqo əməliyyatı"
Ümumiyyətlə isə Cahangir Əsgərov ölkə məmurları arasında spesifik xüsusiyyətlərə malik oliqarxlardan hesab olunur. Böyük oyunlar qurmaqda çətinlik çəkən "AZAL" prezidentinin yeganə silahı puldur. Gəlirli sahələr üzərində nəzarət imkanlarını daim artırmağı qarşısına məqsəd qoyan bu şəxs məqsədinə çatmaq üçün ağlasığmaz "priyom"lardan belə istifadə edir. Məsələn, Cahangir Əsgərov Azərbaycana gələn və istənilən otelə yerləşən əcnəbi üçün "karqo" deyilən xidmət yaradıb ki, buradan da böyük məbləğdə gəlir götürür. Sözügedən daşıma xidmətini yüksək səviyyədə təşkil etmək üçün Cahangir Əsgərov hətta otellərdə "nümayəndəlik" də açıb. Eyni zamanda ona məxsus olduğu güman edilən bir neçə otel var ki, bunlar da məhz elitar əcnəbi qonaqlar üçün nəzərdə tutulub. Amma onun artan kapitalı deyəsən "yuxarılar"da məmnunluqla qarşılanmır. Hər halda son zamanlar "AZAL" prezidentinə qarşı rəqiblərinin açdığı savaş belə düşünməyə əsas verir.
"Qəza enişi”
AZAL Dövlət Konserninin prezidenti Cahangir Əsgərovun hakimiyyətdəki mövqeyi xeyli laxlayıb. Hakimiyyət resurslarının "səhm paketinə” sahib olan Naxçıvan klanı onu işdən kənarlaşdırmaq üçün hərəkətə keçib. Bu barədə "Yeni Cumhuriyyət”ə hakimiyyətdəki mənbələrdən xəbər daxil olub.
Mənbə bildirir ki, Naxçıvan klanını təmsil edən Vasif Talıbov və Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə C.Əsgərov arasında zaman-zaman problemlər yaşanıb. V.Talıbovla münaqişə Bakı-Naxçıvan və Naxçıvan-Bakı reyslərinin təşkili ilə bağlı olub. Münaqişənin kökündə uçuşlara nəzarət etmək uğrunda savaş dayanıb. Bu münaqişə C.Əsgərovun üstünlüyü ilə bitib. Rövnəq Abdullayevlə münaqişə isə torpaqla bağlı yaranıb. AZAL-ın iddia etdiyi torpaq sahələri Dövlət Neft Şirkətinin balansında olub. Torpaq mübahisələri ARDNŞ şefinin qələbəsi ilə bitsə də Naxçıvan klanı onunla məsələni birdəfəlik həll etmək qərarına gəliblər. Sözügedən klan onun yerinə Naxçıvan əsilli bir şəxsin gətirilməsinə çalışırlar.
Uzun müddətdir ki, "Azal"a rəhbərlik edən Cahangir Əsgərovun vəzifədən kənarlaşdırılması gündəmə gəlib. Bu barədə qəzetimizə məlumat verən mənbənin sözlərinə görə, artıq "yuxarılar” Cahangir Əsgərovun "vurulmasına" razılıq verib. Məsələ ilə bağlı "Azal" prezidenti bir neçə dəfə dövlət başçısının qəbuluna düşmək üçün cəhd göstərib. Lakin bu cəhdlər fayda verməyib. Başqa məlumatlarda isə deyilir ki, Cahangir Əsgərov "Boeing" tipli təyyarə maxinasiyalarında dövlətə külli miqdarda ziyan vurub. "Yuxarılar"da düşünürlər ki, Cahagir Əsgərov işi düzgün qura bilmədiyinə və "Azal" prezidenti Ziya Məmmədovla iş birliyi quraraq dövlət büdcəsini talayıblar. Bu gün isə Ziya Məmmədovun durumu kifayət qədər gərgindir və onun vəzifədən tək getməyəcəyi də şəkksizdir.
cumhuriyyet.tv

Комментариев нет:
Отправить комментарий