Kamal Azər
26 fevral 1992 ci il... Soyuq sanki insanın iliyinə qədər işlədiyi bir havada 10 yaşlı bir uşaq ağlaya-ağlaya atasını axtarırdı. Həyatı yalnız qulaq asdığı nağıllarda başa düşən bu uşaq yaxşını-pisi, xeyiri-şəri, bildiyi bütün mübət və mənfi obrazları xəyalında canlandırdığı nağıl qəhramanlarına bənzədərdi. Ətrafdakı bütün insanların xeyirxah, xeyir işlərlə məşğul olduğunu sanan uşaq, şərin yalnız nağıldakı küpəgirən qarılar və ya hər dəfəsində nağıldakı qəhrəman tərəfindən öldürülən divlər olduğunu başa düşürdü. Amma onun qurduğu bütün bu xülyaların bir gün yalan olduğunu başa düşəcəyi heç vaxt ağlına belə gəlməzdi. Hardan biləydi ki, məsum fikirlərin yer aldığı ağlında ermənilər onun tanıdığı mənfi obrazların ən öndə gedəni olacaq və insanların iki yerə - yaxşı və pis təbəqələrə ayrılacaq...
Anası tərəfindən paltar şkafında gizlədilən Orxan həmin gün qapının arasından anasının necə vəhşiliklə qətlə yetirildiyinin şahidi oldu. Daha doğrusu insansızlığın, acımasılığın, heyvani instiklərin ermənilərdə necə formalaşdığını, həyatın yalnız xeyirxah insanlardan ibarət olmadığını dərk etməyə başlayırdı.
Orxan göz yaşlarını saxlaya bilmədiyi halda səsini boğmağa çalışırdı. Nəhayət 2 erməni əsgəri getdikdən sonra hönkür-hönkür ağlayaraq anasının cəsədini qucaqlayan Orxan şoka düşmüş halda evdən çıxdı. Hər tərəfdə insanların cəsədi, al-qana boyanmış bəyaz qar, yandırılmış evlər, öldürülümüş körpə uşaqlar, yerdə imdad diləyən insanlar nəzərə çarpırdı.
Orxanın timsalında heç bir uşaq insanların bu qədər qəddar ola biləcəyi ağlına belə gəlməzdi.
Orxan həmişə özünü simurq quşuna bənzədərdi. Bu quş əfsanəvi quş olsa da nağıllarda böyük rola malikdirlər. Bir gün Orxan babası ilə danışanda soruşmuşdu:
-Niyə çox insan kimi bizim də çox pulumuz yoxdu? Niyə dostlarımın atasında maşın var amma mənim atamda yoxdu?
Orxanın babası isə onun başını tumarlayaraq cavab vermişdi:
-İnsanlar arasında pula görə ayrı-seçkilik olmur. Insanı onun insanlığına görə tanıyarlar. Bu gün bir insanın pulu varsa bu o demək deyil ki, onun hər şeyi var. Iki cür insan var. Yaxşı və pis...
Orxan babasından səhv tapmış kimi yerindən səsləndi:
-Yox, baba. Pis insan yoxdur. Anam deyir ki, insanlar hamısı yaxşıdır. Yalnız əqidəsindən dönmüş insan var. Bütün insanlar yaxşıdır.
Orxanın babası gülümsəyərək “təki sən hər şeyi belə düş” dedi.
Orxan cəsədlərin arası ilə yeriyərək atasını axtarırdı. O, öz-özünə “Baba düz deyirdi. İnsanlar yaxşı və pis olur. Ana Simurqu aldatdı. Pis insanlar az deyil”.
O, atasını axtarır, hər keçən saniyə daha da ucadan hönkürürdü. O, öz nağıl dünyasının alt-üst olduğunu başa düşürdü. Orxanın uşaq olmasına baxmayaraq bu yaşda insanların acımasızlığını görmüşdü. Bu isə bir uşaq üçün ona vurulan ən böyük zərbədir...
Orxan bir az daha irəlilədikdən sonra qana boyanmış qarın üzərində uzanmış atasının cəsədini gördükdə özünü onun üsdünə atdı.
-Onlar atamı, da anamı da məndən aldı. Onlar vəhşidir. Onlar insan deyil.
Uzaqdan iki erməni əsgərinin gəldiyini görüb onların üsdünə qaçan Orxan heç nə fikirləşmədən, onların ayağı boyda olmasına baxmayaraq onları yumuruqlamağa başladı. Ermənilər isə bir birinin üzünə baxıb qəhqəhə ilə gülərək Orxanı təpik ilə vurub itələdilər. Həyatı alt üst olmuş Orxan onlara nifrətlə baxırdı və ermənilər bacardığı tək işi yerinə yetirdilər. Silahını Orxanın üzərinə tuşlayıb, azyaşlı uşağı güllələməklə onun nağıl dünyasını məhv etdilər. Orxan sonda- həyatının ən gənc anında “gün gələr qisasımızı alan olacaq” deyib gözlərini yumdu...

Комментариев нет:
Отправить комментарий