08.06.2015

Azər Bandoj - Söz

Söz, mülkü-Xudadır ora kim oldusa daxil,
Kəsb etdi mərifət, oluban hikmətə nail.

Qoy ərz eləyim mən, sizə söz incəliyindən,
Həm batini, həm zahiri, həm sadəliyindən.

Söz var ki, onu məclisi-ürfadə deyərlər,
Söz var onu məhrəm, həmi də yadə deyərlər.

Söz var ki, onu söyləsən əsla xətər olmaz,
Söz var, dağıdar aləmi, kim bəxtəvər olmaz.

Söz var ki, tapır qəlbə yol, insanı ucaldır,
Söz gəlsə boğazdan yuxarı, qanı qaraldır.

Söz var ki, həqiqətdi, heyif e'lan olunmur,
Söz var ki, yalandi ona heç üsyan olunmur.


Sözdür edən aləmləri bu dəhrdə mail,
Söz sirrdü, nadan ola bilməz ona qail.

Sözdür tanıdan Turi-təcəlladə Musanı.
Sözdür aparan göylərə xəlvətdə İsanı.

Sözdür ki, edən Əhmədi aləmlərə sultan.
Söz ilə Əli qoydu bütün qəlbləri heyran.

Məzlumdu bu gün söz, elıyiblər onu bica,
Aqil, narahat olmaginən bir belə bunca.

Bir gün tutacaq söz yerini, sahibi gəlsin,
Bandoj, denən amin ki, o imdadə yetişsin.

Комментариев нет:

Отправить комментарий