05.08.2016

Şah İsmayıl Xətai - Sultan olmuşuz

Həmdlillah, irişib cananəyə can olmuşuz,
Sər verüb, meydani-eşqə girib, üryan olmuşuz!

Qətreyi-naçizikən dəryayi-ümman olmuşuz!
Fəxr edib dərvişliyi aləmdə sultan olmuşuz!

Təkyəyi-fanidə bir qaç gün ki, mehman olmuşuz!
Dəviyi-xam etməzik, rahi, təəyyün bulmuşuz!

Ey bəradər, eşqi-əsrarilə heyran olmuşuz!
Dersən kim, dəhri-pirindən nəsihət almışuz!

Irişib feyzi-ilahi bizə, təslim olmuşuz,
Canü dil tərkin urub, meydani-eşqə gəlmişüz.

Müftiyi eşq böylə vermişdir bunun fitvasini:
Ya çək əl sərdən, ya gəl cınlatma eşqin tasini!

Комментариев нет:

Отправить комментарий