Tanınmış Azərbaycan şairi Əlisəmid Kur vaxtilə həbsxana yoldaşı Rovşən Canıyevə bu misraları həsr etmişdi: "Daşdı uzənginin altı,/ Uzaq səfərə cıxıram..."
Lənkəranlı Rövşən və ya Rövşən Lənkəranski. Onun haqqında ilk yazım 20 il əvvəl "Avrasiya" qəzetinin 18.07.1996-cı il sayında işıq üzü görmüşdü. Məqalə "Məni ədalətlə mühakimə edin!" adlanırdı. Az sonra "Lənkəran" qəzeti də həmin yazımı olduğu kimi dərc etdi. Kim bilərdi ki, o vaxt 21 yaşlı o cavan oğlanı çox çəkməyəcək ki, az qala bütün dünya tanıyacaq, Rusiyada, Ukraynada, İtaliyada və başqa dövlətlərin kriminal aləmində ad cıxaracaq, haqqında Rusiyanın NTV telekanalının “İstintaqı aparır...” proqramında sənədli film nümayiş olunacaq və s.
Bir neçə il əvvəl onunla Masallı Mamedin 40, sonra il mərasimində görüşdük. Amma nə onun haqqında ilk dəfə yazan jurnalist olduğumu bildi, nə də əlində tutuduğu Masallı Mamed haqqında kitabın müəllifi olduğumu... Kitabı ona Masallı Mamedin dayısı Kamal təqdim etmişdi. Dörd il əvvəl nəşr olunan “Cənub şikəstəsi” kitabımın bininci bölümü də Rövşənə həsr olunmuşdu. Həmin bölüm “Taleyim, qismətim beləymiş mənim...” adlanırdı.
Tale elə gətirmişdi ki, mən Masallı Mamedlə dəfələrlə həmsöhbət olmuşdum. Bakıda həbsxanada olarkan ziyarətinə getmişdim, Moskvada görüşmüşdük. Amma Rövşənlə belə ünsüyyətim olmamışdı, dayısını tanıyırdım, qardaşı ilə bir dəfə Lənkəranda görüşmüşdüm. Haqqında KİV-də yazılanların çoxunu oxumuşdum. Rövşənin ölüm xəbərini kardioloji sanatoriyada eşitdim. Hətta, müalicəsini yarımçıq qoyub dəfn mərasiminə gedənlər də oldu... Gənc şəfqət bacısının isə bu bəd xəbərdən necə sarsıldığının, hətta ağladığının öz gözlərimlə şahidi oldum...
KİV-də yaydığı məlumatlardan aydın olur ki, yas mərasimində Azərbaycanda, Türkiyədə, MDB məkanında, o cümlədən Rusiyada tanınmış adamlar, eləcə də kriminal aləmin nüfuzlu şəxsləri iştirak ediblər.
Rövşənin məzarını bu gün də ziyarət edənlərin ardı-arası kəsilmir...
Lakin sağlığında olduğu kimi, ölmündən sonra da haqqında müxtəlif fikirlər səslənməkdədir. Bəzilərinə bəlkə də qəribə gəlir ki, görəsən, ömrünün 42-ci pilləsində həyatına son qoyulan bu şəxsin dəfn mərasimində 50 min adamın iştirak etməsinə səbəb nədir?! Və ya cənazəsi niyə eynən vətən uğrunda şəhid olmuş əsgərin tabutu kimi çiyinlərdə son mənzilə yollandı? Rövşənin ruhuna hörmət və ehtiram, onun şəxsiyyətinə daxili və açıq rəğbət hissi hardan qaynaqlanır?
Əvvala onu qeyd edim ki, təbiətin hadisələrinə mudaxilə etmək mumkun olmadığı kimi, kriminal dunyanın da ehkamlaşan qanunlarına da ictimai rəylə təsir etmək qeyri-mumkündür.
Rus filosofu Nikolay Berdyayevin isə belə bir kəlamı var: “İnsan həyatının boyuk sirləri bundadır ki, onun quvvəsinin tam acılması ucun təkcə xeyir kifayət deyil, şər də vacibdir”.
20 il öncə Rövşən vur-tut eni-uzunu 8-10 metrlik məhkəmə zalında təkcə atasın qətlə yetirən Sovetdən qisas almamışdı, o həm də 90-cı illərin əvvəllərində Respublikada reket və soyğunçuluğla məşğul olan qrupların tüğyan elədiyi vaxtlarda öz həmkəndliləri üçün təhlükəli olan cinayətkar qrupun başçısını hədəf seçmişdi. Müttəhimlər kürsüsündə oturmuş qəddar Sovet Quliyev özü sanki bilərəkdən gənc Rövşənı qıcıqlandırmışdı, ona kobud şəkildə “sən bayıra çıx!” deyə ağayana əmr etmişdi... Və öz ölüm hökmünü özü “vermişdi”.
Bir fakta aydınlıq gətirim ki, Rövşənin Məmmədağa adlı bir dayısı Masallıda, Boradigahda, Astarada və başqa yerlərdə milisdə işləyib, ancaq atası Rafiq Eynəli oğlu Canıyev Lənkəran şəhər çörək kombinatının direktoru olub. Nədənsə bizim KİV-lər, xüsusi ilə elektron media yalnış olaraq onun atasının milis işçısı olduğunu dönə-dönə vurğulayır.
...Həbsxanadan sonra tale yolları onu da qurbətə apardı. Rovşən də uzun müddət doğma Lənkərana həsrət qaldı. Şuşada doğulan soydaşlarımızın bu günəcən Şuşaya həsrət qaldığı kimi! Əlbəttə, sözün həqiqi mənasında cibgirlər, hərbi canilər, dovləti talayanlar, xalqı fəlakətə surukləyənər, kasıbın haqqını yeyənlər, gömrükdən və sərhəddən qaçaq yolla narkotik maddələr keçirənlər qanun qarşısında cavab verməlidirlər. İstər nazir olsun, istər biznesmen, istər fəhlə... Amma atasını xüsusi amansızlıqla qətlə yetirən qatili, bölgədə silahlı cinayətkar dəstəyə başçılıq edən bir adamı əsəblərinə hakim olmayıb, mənəvi və ruhi sarsıntı keçirərək məhkəmə zalında güllələdiyinə görə cəzasını cəkmiş bir gəncin azadlığa çıxandan sonra Azərbaycandan- oz ata ocağından “didərgin” düşməsi bir az qəribədir. Bəlkə də mən hissə qapılıram?
“İnsanı məhkum etmək olar, lakin mərdliyi, vətənpərvərliyi, fədakarlığı və həqiqəti məhkum etmək olmaz!” Xosrov Ruzbehə aid bu sozləri təkrar-təkrar ağ vərəqlərin yaddaşına kocurəndə, bəlkə mən hələ də dunyanın ikiuzlu və ədalətsiz olduğuna şəkk edirəm?!
Amma tanınmış Azərbaycan şairi Əlisəmid Kur isə zamanı qabaqlamışdı. Həbsxana yoldaşı Rovşən Canıyevə bu misraları həsr edəndə: Daşdı uzənginin altı,/ Uzaq səfərə cıxıram...
Rovşən, doğrudan da gənc yaşlarından uzaq səfərə cıxan süvariyə bənzəyirdi. Nə vaxt geri donəcəyi hec kimə bəlli deyildi... Bəlkə qurbətdə gəzib-dolaşan o “daş uzəngili” süvari kiməsə səndən də, məndən də cox lazım idi? Biz hamımız bir-birimizə lazımıq, zalım dost! Yaxından tanıyanlar deyirlər ki, hətta Türkiyədə təhsil alan gənclərə də maddi yardım edirmiş Rövşən!
...Qətlinə fərman verən kim olur olsun, hansı millətdən olursa olsun, amma killerin azərbaycanlı olduğu adama çox yer edir.
Burda “Qurdlar vadisi” serialında Süleyman Çakırın (yeri gəlmişkən, Rövşənin yas mərasiminə bu rolun ifa edən aktyor Oktay Kaynarça da gəlmişdi- N.Ə.) həbsaxanaya yenicə gələn tanınmış azərbaycanlı “həmkarı” Fərmanla dialoqu yada düşür. Çakır xəbər alır ki: “Fərman kardeş, de görüm, dərdimə dərman kibi gəlmisən, ya katlimə fərman kibi?” Gerçəkdən də Fərman bayırdan “İçəri” onu aradan götürmək üçün xüsusi tapşırıqla- “fərmanla” göndərilmişdi...
Azərbaycanda bir məsəl var: Su çanağı suda sınar! Amma hərdən düşünürsən ki, görəsən niyə başqa millətlərdə Cavanşir, Bəxtiyar, Hikmət, Mamed, Rövşən kimi məşhurlar ömrünün ahıl çağınacan ömür sürürlər, 70-80 il yaşayırlar, amma bizdə belələri heç 50 yaşa da çatmırlar?
Bəlkə müasir çağda biznes dünyasının sərt qanunları “qanuni oğru” dünyasının qanunlarından da güclüdür?!
Dünya öz övladlarının- həm də cəsur ürək sahibi olan kişilərin başına nə oyunlar açmır ki!..
“Mən mubarək bir gecənin səssizliyində sizi cağırdım ki, on dord gecəlik ayın gozəlliyinə, ulduzların dolğunluğuna baxasınız. Siz isə xof icində yatağınızdan sıcrayıb, hay-harayla qılınc qapdınız: “Hanı duşmən? Gedək, onu yerlə-yeksan edək”. Ancaq... haçan ki, duşmən qoşun cəkib başımızın ustunu kəsdirdi,- mən sizi harayladım, siz isə ayılmadınız, böyru ustə cevrilib yuxuya daldınız!” 85 il əvvəl qurbətdə (ABŞ-da) gozlərini əbədi yuman livanlı Cəbran Xəlil Cəbran bu sozləri təkcə oz vətən qardaşlarına deyil, butun musəlman dunyasına deyirdi. Bu dunyanın icində biz də varıq... Sən də, mən də, o da! Axı niyə biz özümüz-özümüzə bu qədər qənim kəsilirik...
Beləcə dünyada ən çox müsəlman xalqları ağla sığmayan, ruhlarını qara-qançır edən qəribə və yeknəsək həyat tərzi yaşayırlar. Anarxistlər dovlət qanunlarına tabe olmaq istəmirlər, monarxistlər mutləq hakim olmaqdan, “taxt-tacın” qudrətindən zovq alırlar, inhisarcılar, oliqarxlar xalqları koləyə dondərirlər. Kriminal qruplaşmaların bir qanadı dovlətin daxilində “oz dovlətini qurur”; cirkli pulları “yuyur”, ticarət obyektlərini nəzarətdə saxlayır, cavanları “ağ olum”un ağuşuna atır, başqa ozbaşınalıqlar edirlər, digər qanadı- “klassiklər” bu “bespeidelə”- dərbəyliyə qarşı vuruşurlar... Onlar da ilbəil “qəhətə” cıxırlar.
Bəzən dünya və hüquq qanunları narkobaronları- “olum tacirlərini”, korrupsioner oliqarxları, tender “oyuncuları”nı, bir-birinin hesablarına “cirkli” pul köcurən “maxinator”ları, vergidən yayınanları, dovlətin cibindən (budcəsindən) kulli miqdarda pul oğurlayanları, səhiyyə və təhsil sisteminə ziyan vuran ruşvətxor məmurları məsuliyyətdən kənarda saxlaya bilir, amma kasıb-küsübun tərəfini saxlayan, rəğbətini qazanan “qanuni oğruların” yox!.. Son on-on beş ildə Azərbaycanlı “qanuni oğru”lar hec biri siyasətə qarışmadan qurbətdə “fəaliyyət” gostəriblər, orada elə eynən “həmkarlar ittifaqının” funksiyasını yerinə yetiriblər. Həmvətənlərini başqa millətlərdən olan “oğru”ların əlində qazanc “alətinə” cevrilməkdən qoruyublar...
Bu gun dunyanın haqsızlıqla haqq duşərgəsinə bölunməsi özunu qabarıq şəkildə büruzə verir. Siyasi güc haqsızlığın, mənəvi güc haqqın tərəfindədir. Haqq və Ədalət dovləti yaratmaq isə əbədi problemdir. Ona gorə ki, siyasi güc mənəvi güc uzərində qabaqcadan təyin olunmuş “QƏLƏBƏ”dən savayı başqa bir şey deyil. Bəlkə buna gorə qərbdə də, şərqdə də insanlar xəyalən də olsa, yenə robinqudların, ağ atlı oğlanların, koroğluların, qaçaq nəbilərin sorağındadır? Bəlkə zamanın ildırımlı və ilğımlı yollarında müasir insanlar yanılırlar? Axı bu dunyada boşluğa acılmayan UMİD qapıları da var!..
Dunya isə hələlik insan qanı ilə “işləyən” kohnə Dəyirmana bənzəyir. Qurbətdə bəzən qurunun oduna yaş da yanır... Yad şəhərlərin kucələrində, bazarlarında ovladına halal yolla corək qazanan insanları hər an maskalı ölüm pusur. Hər axşam pəncərədən bir ölüm boylanır, qapıları tətikdə olan barmaqlar döyür...
...Bəli, bu gəlimli-gedimli, son ucu ölümlü dünyada Lənkəranlı Rövşən adlı əfsanəvi bir ŞƏXSİYYƏT vardı. Çoxu onun ölümü ilə barışmır, “sağdır, nə vaxtsa üzə çıxacaq” deyənlər də az deyil. Amma bizi onun ölümü ilə barışdıran bu vəfasız dünyanın, “gələn gedər, gedən gəlməz, əcəb sirr” düsturudur...
Rövşənin şəxsiyyətinə və ölməz ruhuna etiramla,
Nurəddin ƏDİLOĞLU. moderator.az
Şəkildə: Qoca, Masallı Mamed, Seymur, Eldar, Çingiz Axundov və Rövşən Lənkəranski
Комментариев нет:
Отправить комментарий