Partiyanın ilk üzvlərindən və yaradıcılarından olan Qotfrid Federi Hitler aldadaraq öz tərəfinə çəkmişdi. Feder mühəndisliyi bitirmişdi, maliyyə və iqtisadiyyatla maraqlanırdı. Bolqarıstandakı dövlət binalarının bir çoxu Federin tikinti şirkəti tərəfindən tikilmişdi. Partiya yığıncaqlarında Feder bank sələminə qarşı çıxır, bankların milliləşdirilməsi tələbini qoyurdu. O NSDAP-ın kapitalist qanadına qarşı mübarizə aparırdı. O Hitlerə partiyanı ələ keçirməkdə əsaslı dəstək vermişdi. Feder partiyada iqtisadiyyat üzrə əsas mütəxəssis sayılırdı, Hitlerin hakimiyyətə gəlməsindən sonra onun iqtisadiyyat naziri təyin ediləcəyi gözlənilirdi. Lakin Hitler hakimiyyətə oturandan sonra antikapitalist ideyalardan imtina etdi. O iqtisadiyyat naziri postuna Federi yox, bankir Yalmar Şaxtı qoydu. Federə isə iqtisadiyyat nazirliyində stats-sekretar postu verildi, yəni o Şaxtın müavini sayılırdı. Bir neçə ay sonra Şaxt Federi iqtisadiyyatdan başı çıxmayan axmaq adlandırdı və onu bu vəzifədən də qovdu. Feder Berlin Ali Texniki Məktəbində müəllim işləməklə kifayətlənməli oldu. O 24 sentyabr 1941-ci ildə Bavariyada vəfat etdi. Feder həyatının sonuna kimi Üçüncü Reyxin yaradılmasını inqilaba xəyanət kimi səciyyələndirdi.
Комментариев нет:
Отправить комментарий