Rem olmasaydı, Hitler siyasi pyedestala qalxa bilməzdi. Amma Hitler hakimiyyətə oturandan sonra onun ilk qurbanlarından biri elə Rem oldu. Hitler SA-nın bütün rəhbərliyini qırdı və təşkilatı sıradan çıxardı. SA-çılar Hitlerin gəlişi ilə Almaniyanın ictimai-siyasi həyatında kardinal dəyişikliklər olacağını və xidmətlərinə görə onlara imtiyazlar veriləcəyini gözləyirdilər. Onların ağıllarına da gəlmirdi ki, daha Hitlerə lazım olmayacaqlar; fürer onların məhvi üçün çoxdan planlar cızırdı. Hitler ilk əvvəl SA-nın təsir imkanlarını azaltmaq və hakimiyyət rıçaqlarından uzaqlaşdırmaq üçün bir sıra addımlar atdı. SA-nın tərkibindən ayıraraq özünə sadiq dəstələr yaratdı ki, yaxın silahdaşı Himmlerin tabeliyinə verdiyi bu dəstələr SS (Schutzstaffel - mühafizə dəstələri) adını aldı. Hər 100 SA-çının içindən 10-15 nəfər seçilərək Hitler və ətrafını qoruyacaq SS qrupları, bir növ partiyanın cangüdənlər xidməti yaradıldı. Beləliklə, Hitler arilərin öz içindən yığaraq partiyanın iudey rəhbərliyini qoruyacaq sanballı ordu yaratdı. Bu ordunun funksiyası əslində partiyanın kriptoiud rəhbərliyini əsl arilərdən qorumaq idi, odur ki SS ordusuna Şabesqoylar ordusu da demək olar. Reyxskansler təyin olunandan sonra Hitler həmin SS-çilərin içindən seçərək silahlı “Leibstandarte-SS” hərbi qruplaşması yaratdı. Bu qruplaşmanın üzvlərinə dövlət pul verməsə də, Hitler xaricdən aldığı maliyyə hesabına onlara maaş verir və hərtərəfli təmin edirdi. Özünə tam sadiq olan bu adamları Hitler sonradan aparıcı dövlət vəzifələrinə təyin etməyə başladı və ölkədə idarəetməni tam ələ keçirdi. SS maşını dövlət institutlarının nəzarətçisinə çevrildi.
Комментариев нет:
Отправить комментарий