02.07.2021

AVRASİYA HƏRƏKATININ PROQRAMINDAN:

Neoslavyanofillik tezisi Şərq xalqlarının Qərb xalqlarına qarşı qoyulması fonunda dəqiqləşdirilir; qərb slavyanlarından fərqli olaraq velikoruslar xüsusi müsbət vurğu altında nəzərə çarpdırılır. Bu, klassik avrasiyaçıların fikirlərinə zidd deyil, ancaq onların intuisiyalarını inkişaf etdirərək itiləşdirir (bunu artıq Qumilyovda görmüşük). Qərbin müasir xalqları Şərq (və Üçüncü dünya) xalqlarının “sakral” strukturundan fərqli olaraq “profan” başlanğıcın daşıyıcıları kimi kvalifikasiya olunurlar. Slavyanlara, daha dəqiqi Rusiya-Avrasiyanın avtoxton xalqlarına təkcə Avropanın digər xalqları ilə yanaşı “bərabər hüquq” deyil (ilkin slavyanofillər belə hesab edirdilər), Qərb qloballaşmasına qarşı çıxmağa səy göstərən bütün dünya xalqlarının avanqardında getmək üçün mərkəzi yer tələb olunur. Yeni postsovet terminologiyasında bu, milli messianlığın universallaşdırılmasının ifrat həddidir. Neoavrasiyaçılıqda slavyanofillikdən təkcə rus xalqının milli köklərinə sevgi, staroobryadlığa qarşı yüksək duyğular, Pyotr reformalarına tənqidi münasibət qalır. Bununla yanaşı slavyanlar arasındakı irqi yaxınlığın qeyd olunması nəinki alqışlanır, hətta rədd olunur, belə ki slavyanlar mədəni, konfessional, geopolitik və sivil cəhətdən çox fərqlidirlər. Neoavrasiyaçılar K. Leontyevin ardınca qeyd edirlər: “Slavyanlar var, slavizm (inteqrasiya layihəsinin əsası kimi dərk olunan irqi birlik mənasında) yoxdur”. “Slavyanofil” təyinatı bəzən “avrasiyaçı” təyinatının antitezası kimi çıxış edə bilər, bu isə etno-irqi (ksenofob-şovinist) təmayüllü patriotun öz identikliyini geopolitik və sivil baxımdan anlayan patriota qarşı qoyulması deməkdir.

Комментариев нет:

Отправить комментарий