13.02.2023

DƏNİZ SİVİLİZASİYASI QURU SİVİLİZASİYASINA QARŞI MÜBARİZƏ APARIR


Valeri Korovin

Amerikanlar öz fəaliyyətlərində həmişə sırf geopolitika qanunlarından çıxış edirlər. Geopolitikanın əsas ölçüsü isə quru sivilizasiyası ilə dəniz sivilizasiyasının qarşıdurmasıdır. Quru sivilizasiyasını bu gün Rusiya təmsil edir, dəniz sivilizasiyasının isə qalası və dominantı ABŞ-dır. Geopolitika ABŞ üçün qaçılmazdır; ABŞ daim geopolitik prinsiplərdən çıxış edir, bu səbəbdən geopolitik konstanta onun hər addımında və hər konkret hərəkətində özünü göstərir. Şəbəkə müharibələri – bu o texnologiyadır ki, məntiqli olaraq geopolitikadan ortalığa çıxır. Geopolitik məntiqdən yanaşanda ABŞ üçün əsas təhlükə Rusiyadır. Rusiya – böyük məkan kimi təhdiddir və təbii ki ABŞ-ın əsas məqsədi bu böyük məkanı əraziləri öz xeyrinə qoparmaq və hissələrə parçalamaq yolu ilə qısaltmaqdır.
Geopolitikada məkan – geopolitik kütlə kimi bəzən hətta faydalı qazıntılara və münbit torpaqlara malik olmadan da xüsusi əhəmiyyət daşıyır, baxmayaraq ki geopolitikadan əvvəl meydana çıxmış “sakral coğrafiya” nöqteyi-nəzərindən məkanın keyfiyyəti də böyük rol oynayır. Rusiya nəhəng geopolitik subyektdir, geopolitik terminlərlə desək, böyük məkandır, deməli o Amerikanın təkbaşına dominasiyası üçün təhlükə törədir. Amerikan “İmperiyasının” məqsədi bu böyük məkanı hissələrə parçalamaq, mümkün qədər xırda franqmentlərə bölməkdir. Və burda bütün vasitələr işə yarayır: ideoloji diversiyalardan, mənəvi çökdürmədən, soyuq müharibədən, iqtisadi blokadadan tutmuş birbaşa hərbi zərbələrə kimi. Şəbəkə müharibələri də bu məsələdə hardasa ortalıqda yerləşir.
Quru və dəniz sivilizasiyalarının qarşıdurmasına əsaslanan klassik geopolitika özünün tellurokratiya (“tellos” – torpaq, “kratos” – hakimiyyət) anlayışı ilə qurunun hakimiyyətini, talassokratiya (“talassı” – dəniz) anlayışı ilə isə dənizin hakimiyyətini bildirir. Sözügedən sivilizasiya tipləri əsrlər boyunca formalaşmışdır: dənizdən quruya nəzər, dəniz adamının qurunu qavraması, qurudan dənizə baxış, “dəniz quldurları” və “quru köçəriləri” – bütün bunlar həmin 2 tip sivilizasiyanın sosioloji modelinin özülündə durur. Dəniz divilizasiyası müəyyən sosial mobilizasiyası ilə fərqləndiyi halda quru sivilizasiyasına daha çox mühafizəkar prinsiplər xasdır.
Geopolitikanın ata-yaradıcılarının təklif etdiyi baxışlar və modellər məcmuəsindən Xelford Makinderin əsərləri üzərində ayrıca dayanacayıq. Makinder indi də istifadə olunan model ortalığa qoymuş vacib geopolitik müəllifdir. O dünya məkanını 3 zonaya ayırmışdır. Bunlardan biri dünyanın mərkəzi olan hartlənddir (ingiliscə heartland) ki, Avrasiya kontinentinin mərkəzində yerləşir, tarixən Rusiya İmperiyasının, Sovet Blokunun, eləcə də indiki MDB-nin sərhədləri ilə üst-üstə düşür. İkincisi dünya adası məkanıdır ki, burda altantik talassokratiya sivilizasiyası, okeanik məkan dominantdır. Üçüncüsü isə quru sivilizasiyası ilə dəniz sivilizasiyasının toqquşduğu zonadır ki, rimlənd (ingiliscə rimland) adlanır – bu hartləndin ətrafındakı sahil zonası, Avrasiya qitəsinin ətrafını əhatə edən zolaqdır. Qərbdə rimlənd zonasına Avropa, ardınca Avropanın cənubu daxildir, cənubda isə bura Yaxın Şərq (Bjezinskinin təbirincə Avrasiya Balkanları adlanır), Çin və Yaponiya aiddir. Yəni geopolitikada rimlənd quru və dəniz sivilizasiyalarının toqquşduğu zona sayılır.
Makinder rimləndin vacibliyini belə vurğulayırdı: “Kim ki Şərqi Avropaya nəzarət edir, rimləndə nəzarət edur, kim rimləndə nəzarət edir, Avrasiya qitəsinə nəzarət edir və hartlənd üzərində üstünlüyə malikdir, kim də hartlənd üzərində üstünlüyə malikdir, dünyaya nəzarət edir”. Təbiidir ki, altantik sivilizasiya və yaxud talassokratiya bu zonanı genişləndirmək, onun ölçülərini böyükmək istəyir. “Dəniz quldurları” sahili məhz sahilyanının içlərinə doğru uzanan geniş zolaq kimi görürlər, “quru köçəriləri” isə quru ilə dənizin sərhədini liniya görünüşündə görürlər. Bu geopolitik yanaşmalarda belə əks olunmuşdur ki, talassokratik sivilizasiya həmişə sərhədi geniş zolaq kimi təsəvvür etməyə çalışır, eyni zamanda quru sivilizasiyasına xas olaraq quru geopolitika isə sərhədi liniyanın üstünə gətirməyə cəhd edir. Hüdudlarda tellurokratiya öz təsir və nəzarət sərhədlərini düz Avrasiya kontinentinin sərhədlərinə gətirib çıxarmaq istəyir, belə ki Avrasiyanın sahil liniyası elə quru sivilizasiyası üçün təbii sərhəddir.
Beləlliklə rimlənd məkanında sivilizasiyaların əsas toqquşması baş verir. Dəniz sivilizasiyası qitənin içlərinə hücum edir, öz təsir zolağını genişləndirməyə çalışır. Quru sivilizasiyası isə mərkəzdən hərəkətə keçir, qitənin daxilində irəliləyir, zolağı daraltmağa və onu sahil zonasının liniyasına çevirməyə çalışır. Makinderin bu vacib baza anlayışları klassik geopolitikanı başa düşməkdə açar rolunu oynayır. 
Sivilizasiyaların 2 tipinin qarşıdurmasını tarixən Roma və Karfagen, sonralar isə Böyük Britaniya və Rusiya İmperiyası qarşıdurmaları timsallarında görmək olar. Müasir dövrdə Böyük Britaniyanın varisi ABŞ-dır və təbii ki talassokratik geopolitikanın mərkəzi bu gün orda yerləşir. Böyük Britaniya və Rusiya İmperiyası qarşıdurması ilə təməli qoyulmuş strategiya bu gün də realizasiya olunmaqda davam edir. Britaniya İmperiyasının tarixən əsas vəzifəsi Rusiyanı Hind okeanına buraxmamaq, Bosfor və Dardanel üzərində nəzarət, hartləndə isti dənizlərə çıxmağa imkan verməmək cəhdləri olmuşdur. 19-cu əsrin ortaları 20-ci əsrin əvvəllərinin bütün qarşıdurmaları ABŞ-ın öz üzərinə talassokratik mərkəz funksiyasını tam götürməsi anına kimi məhz bu məntiq üzrə baş vermişdir. Və biz görürük ki, bu gün həmin qarşıdurma heç yerə yox olmamışdır: talassokratik sivilizasiya ABŞ-ın rəhbərliyi altında Avrasiya kontinentinin mərkəzinə doğru soxulmaqda davam edir və rimləndin sahil zonasını genişləndirməyə çalışır.

Valeri Korovin, “Şəbəkə müharibəsi”

Комментариев нет:

Отправить комментарий