"Martın 8 dən Gürcüstanda yaşanan hadisələr Cənubi Qafqaz regionu uğrunda Qərb və Rusiya arasında gedən geosiyasi mübarizənin mahiyyət etibarilə yeni mərhələyə keçəcəyindən xəbər verir. Gürcüstan parlamentinin iqtidar partiyası sayılan "Gürcü Arzusu"nun təşəbbüsu ilə "Xarici agentura" ilə bağlı müzakirəyə çıxardığı və birinci oxunuşu baş tutmuş qanun layihəsi gürcü müxalifətinin kəskin narazılığına səbəb olub".
Bunu faktmedia az-a politoloq Elşən Manafov deyib. O bildirib ki, müxalifətin fikrincə qanun layihəsinin müzakirəyə çıxarılması Rusiyanın lobbisi sayəsində baş verib, Gürcüstanın AB-yə inteqrasiyası prosseslərində əyləc mexanizminə çevrilə bilər:
"Müxalifət qanun layihəsinin məzmun etibarilə 2012-ci ildə Rusiyada qəbul olunmuş qanuna oxşadığını bəyan edir və bu qanundan hakim partiyanın siyasi opponentlərinə qarşı mübarizədə təzyiq vasitəsi kimi istifadə ediləcəyini bildirir. Qanun Gürcüstanda KİV, habelə qeyri-hökumət təşkilatlarının maliyyə büdcəsinin 20 faizinin Qərbdən daxil olan qrantlardan ibarət olacağı halda, onların təkrarən qeydiyyatdan keçməsini ehtiva edir. Hazırda Gürcüstanda Qərbdəki bəlli dairələr, Açıq Cəmiyyət institutları tərəfindən qrant dəstəyi alan QHT-lər, habelə KİV-lər fəaliyyət göstərdikləri nəzərə alınarsa, istər onların, istərsə də bu demokratiya carçılarının Qərbdəki havadarlarının narazılıqları anlaşılandır. Belə ki, Qərbdəki bəlli fondlardan Gürcüstandakı QHT və KİV-lərə demokratiyaya dəstək, insan haqlarınin müdafiəsi adı altında daxil olan milyonlarla dollar vəsait gürcü cəmiyyətində antirusiya ovqatının qızışdırılmasına, Qərb dəyərlərinin elə Qərbsayağı təbliğatına, Qərb yönümlü gürcü müxalifətinin maliyyə imkanlarının artırılmasına, onun Gürcüstanda elektoral məkana təsir imkanlarınin gücləndirilməsinə yönəldilib. Artıq Qərb, müxalifətin aksiyalarına dəstək olaraq qanunun qeyri-demokratik olduğunu və Gürcüstanın AB-yə inteqrasiyası ilə bağlı maraqları ilə ziddiyyət təşkil etdiyini bəyan edib. Nyu-Yorkda Azadlıq abidəsinin önündə SNN-nə müsahibə verən gürcü prezidenti Zurabaşvili də qanunun qəbul olunacağı halda ona veto tətbiq ediləcəyini bəyan edib. Müxalifətin zorakılıqla müşahidə olunan hərəkətlərindən fərqli olaraq iqtidar, onun huquq mühafizə orqanları özlərini kifayət qədər təmkinli aparır, konstruktiv mövqe sərgiləyirlər. Bunun nəticəsi olaraq iqtidar qanun layihəsinin növbəti müzakirəsinə getməyəcəyini bəyan edib və müxalifəti cəmiyyəti qarşıdurmaya sürukləməməyə çağırıb, bunun müqabilində isə Tbilisidəki ABŞ səfirindən təlimatlar alan müxalifətin radikal qanadı görünür. Müxalifətin qanun layihəsinin Rusiyadakı qanunun analoqu olması barədə fikirlər heç bir ciddi dəlillərə söykənmir, bundan əlavə bu məzmundakı ABŞ qanunu əslində daha radikaldır. Belə bir qanun Böyük Britaniyada, Hindistanda, Misirdə, Əlcəzairdə və digər ölkələrdə də mövcuddur və əslində xarici agentura şəbəkəsinin fəaliyyətini, xüsusilə onların maliyyə təminatı ilə bağlı məsələləri qanunvericilik konteksində izləməyə imkan verir. Gürcüstanda MDB məkanında Rusiyaya qarşı qərbpərəst gürcü müxalifətinin dəstəyi ilə ikinci cəbhəni açmağı planlaşdıran Qərbdəki bəlli dairələrin hazırda bu ölkədə yaşananlarla bağlı hay-küy kampaniyasi həm də Rusiyaya qarşı aparılan informasiya müharibəsinin tərkib hissəsidir. Digər tərəfdən istisna deyil ki, Qərb 2008-ci ildə yaşananlarla bağlı revanş götürmək fikrindədir. Ermənistandakı təmsilçisi Paşinyanın vasitəsilə iki il əvvəl bölgədəki geosiyasi reallıqları birmənalı şəkildə öz xeyrinə dəyişmək üçün məlum müharibəni törətmişdir".
Комментариев нет:
Отправить комментарий