Показаны сообщения с ярлыком "Yeni xəbər" qəzeti. Показать все сообщения
Показаны сообщения с ярлыком "Yeni xəbər" qəzeti. Показать все сообщения

20.04.2012

Firəngiz Ulutürk: “Xəlil Rza gecənin bir aləmi məni durğuzurdu ki...”

İstiqlal şairnin iş otağında olarkən...


Modern.az saytı bu dəfə yeni layihə- tanınmış və dünyadan köçmüş yaradıcı insanların iş otağından reportaj təqdim edir. Bu rubrikada siz onların iş otağı, yaradıcılıqla bağlı vərdişləri və digər maraqlı məqamlar barədə biləcəksiniz. Rubrikamızın ilk sayı isə tanınmış şair, ruhu və canı ilə milli duyğuları şeirlərə çevirən, öz alovlu çıxışları ilə könülləri fəth edən Xəlil Rza Ulutürkün iş otağından hazırlanıb.
Qapını döyəndən bir neçə dəqiqə sonra  içəridən açar səsi eşidildi. “Mənlə danışan müxbir sənsən?” – gülərüzlə soruşan Firəngiz Ulutürk  başımı tərpədib “bəli”  deyincə məni içəri dəvət etdi.


BDU-dan qovulan tələbə daş kitabənin sirrini açdı


BDU-dan siyasi baxışlarına görə qovulan, mühacirətdə yaşayan tələbə Güney Azərbaycanda tapılan daş kitabəni oxuyub

BDU-nun tarix fakültəsində təhsil almış keçmiş tələbə, KXCP üzvü Cavid Mehrəliyev keçən həftə güneydən tapılan bir daş kitabəni oxuyub. Bununla bağlı yazdığı məqaləni şəxsi bloqunda yayımlayan Cavid Mehrəliyevlə əlaqə saxlayıb, məsələ ilə bağlı fikrini öyrəndik.

“Qafqaz əsiri” Bakıya gəlir

Natalya Varleyin iştirakı ilə Dövlət Rus Dram teatrında “Yaddaş itirənədək məhəbbət” komediya tamaşası oynanılacaq

Bakıya tezliklə məşhur aktrisa, Rusiyanın xalq artisti Natalya Varleyin qastrol səfəri gözlənilir. Onun iştirakı ilə “Yaddaş itirənədək məhəbbət” komediya tamaşası 17 və 18 mayda Azərbaycan Dövlət Rus Dram teatrında göstəriləcək.
Tamaşanın sujeti: yaddaşını itirən kişi həkimə gedir. Həkim xəstəliyin simptom və səbəblərini aydınlaşdırmağa çalışır, lakin xəstənin cavabları o qədər ziddiyyətlidir ki, heç bir nəticə əldə etmək olmur. Xoşbəxtlikdən xəstənin arvadını çağırmaq mümkün olur.

“Bizim söz” qəzeti fəaliyyətini bərpa elədi


Bir ildən artıqdır nəşrini dayandırmış “Bizim söz” qəzeti yenidən nəşrə başladı. Ələmdar Cabbarlının baş redaktorluğu, Nofəl Ədalətin redaktorluğu ilə nəş edilən qəzet BDU-nun  Kitabxanaçılıq-İnformasiya fakültəsinin nəzdindəki Tələbələrin Yaradıcılıq Klubunun təşkilati dəstəyi ilə nəşrə başlayıb. Əvvəlki xəttinə sadiq qalmaqla yanaşı qəzet, həmçinin BDU-da təhsil alan gənclərin yaradıcılığına da xususi yer ayracaq. Yeni nömrədə professor Elçin Əfəndiyevin tənqidçi, filologiya elmləri doktoru Şirindil Alişanlının elmi fəaliyətinə həsr edilmiş “Muasir humanitar təfəkkür”,  şair, fəlsəfə doktoru Knyaz Aslanın “Kitabxanaçılıq-İnformasiya fakültəsi yeni inkişaf yollarında” adlı məqaləsi və.s ədəbi mövzulara həsr edilmiş məqalələr, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalının, Azərbaycan radiosunun əməkdaşı, şairə Günay Novruzun (Dağlı), tarix elmləri doktoru, professor Abuzər Xələfovun, Türkel-TV nin Baş direktor muavini Hikmət Əsgərovun müsahibələrini, Fikrət Sadığın, Elnur Bayramın, Əvəz Qurbanlının, Elşən Əzmin şeirlərini, Sabir Alimin “Nazzı” hekayəsini və digər maraqlı yazıları oxuya bilərsiniz.
“Bizim söz” bütün qələm adamlarını əməkdaşlığa dəvət edir. İstənilən mövzuda olan yazılarınızı elektron ünvanımıza (bizimsozqezeti@mail.ru) göndərməyinizi xahiş edirik. 

18.04.2012

"Doyunca kef çəkmədim oralarda..."

Rüfət Əhmədzadə “TEZ-BAZAR”da

- Özünüzü 2 sözlə təqdim edin.
- Yazmaqla yaşayan.

- Sizi necə təqdim edəndə razı qalırsınız?
- Rüfət Əhmədzadə.

- “Mən kiməm?” sualına necə cavab verirsiniz?
- Özümə hələ cavab verə bilməmişəm, amma başqalarına “yazar” deyə cavab verirəm.

- Dost…
- İstədiyim oğlanlar…

- İlk sevginiz?
- İlk şeir...

Arıqlamağın asan yolu


Gülnarə RƏFİQ

Üzü yaya getdikcə, istilər canımızı aldıqca adam əyin-başını yüngülləşdirmək istəyir. Artıq kilo, üstəlik amansız sellülit bəzilərinin ikrahla «dar-düdük» adlandırdığı paltarları geyməyə imkan verməyəcək. Onlara həsrətlə baxmaqdansa arıqlamaq haqqında inqilabi fikirlərə qulaq asmaq yaxşı olar. Heç narahat olmayın, yeməklə vidalaşmalı olmayacaqsız. Təklif elədiyim bu pəhriz növündə hər şeyi yemək olar, hətta yağlı qazanın dibini siyirmək də yasaq deyil.
Adətən, insan bütün pəhriz növlərində kiloları çox çətin itirir, ləzzətlə birgə topladığın piy qatı qram-qram, əzab-əziyyətlə canından çıxır. Bizim pəhriz növündə ətini parça-parça tökürsən. Yəni başqasının əvəzinə utanmaqdan, qızarmaqdan, həyəcandan, həya-abrını basmaqdan tikə-tikə ət töküb qısa müddətdə arıqlayırsan. Bircə şərtlə – Azərbaycan televiziyasının yayımladığı verilişlərə fasiləsiz tamaşa eləməklə…

ABŞ qəzeti: "Nyu-Yorka xoş gəlmisən, kraliça Zeynəb!"

"Xalqlarımız arasında nifaq salan qüvvələrə lənət olsun"

Hələ bir ay bundan əvvəl Nyu-Yorkda yaşayan Qafqaz və Mərkəzi Asiya mənşəli mühacir icmalar arasında belə bir xəbər yayılmışdı: Bahar fəslinin ən gözəl hədiyyəsi martın sonunda baş verəcək: Keçmiş SSSR-nin və Azərbaycanın Xalq Artisti, dünya şöhrətli müğənni, milyonlarla insanın sevimlisi Zeynəb Xanlarova ABŞ-a qastrol səfərinə gələcək.
Martın 27-də Zeynəb Xanlarovanı qarşılamaq üçün onlarla pərəstişkarından ibarət beynəlmiləl nümayəndə heyəti Nyu-Yorkun Con Kennedi adına hava limanına gəlib. Əllərində Azərbaycanın və ABŞ-ın dövlət bayraqları, qucaq dolu gül-çiçək dəstələri ilə azərbaycanlı, tacik, özbək, rus, türkmən və qazax icmalarının üzvləri, yerli KİV nümayəndələri səbirsizliklə onu gözləyirdilər. 

Sovet vaxtı və indi

SOVET vaxtı balığın kiloqramı cəmi 50 QƏPİK, bu gün isə 4-5 MANAT, SOVET vaxtı qara kürünü qanlı-qanlı cappayla su kimi icərdin, indi kilosu 3,5 MİN DOLLAR, NECƏDİ?!!

Liberallar kapitalizmin bərpasından doğan sosial-iqtisadi tənəzzülü ört-bastır etmək ücün iddia edirlərki, guya bu kapitalizmin törətdiyi fəsad yox, guya sırf sabiq İttifaq Respublikalarıyla iqtisadi tellərin qırılmasının nəticəsidir.Onda sual olunur, bəs nə ücün Yeyinti sənayesi tənəzzül etdi, axı bu gündəlik tələbat mallarına ölkədaxilində kifayət qədər ehtiyac var və ən azından bu daxili tələbata hesablanmış istrehsalı tamamı ilə qoruyub saxlamaq ki, olardı?..

17.04.2012

Corc Buşun ən məşhur deyimləri



Umberto Eko

Bütün yer üzündə savaş küləkləri əsir və bizim hamımızın taleyi, yer kürəsinin ən hökmlü adamı olan Corc V. Buşun (George W. Bush) əlindədir. Bu gün əlbəttə ki, heç kim dövlətlərimizin, Platonun arzuladığı kimi filosoflar tərəfindən idarə edilməsini istəməz, ancaq ən azından o adamların yerinə başında parlaq fikirləri olan adamların keçməsi heç də pis olmazdı.
Buşun bütün məşhur fikirlərinin toplandığı www.bushisms.com saytına girmək məsləhətdir. Həmin fikirlər arasından, mənə maraqlı görünən aşağıdakıları (deyilmə yeri və tarixi göstərilmədən) tapa bildim:

16.04.2012

Roza Əliqızının yeni şeirlər kitabı çap olundu

OBAMANI YAXALAYAN ZƏNGİN OLACAQ

OBAMANI YAXALAYAN ZƏNGİN OLACAQ
İNGİLİS DEPUTAT ABŞ PREZİDENTİNİN BAŞINA PUL QOYDU

Böyük Britaniya parlamentinin üzvü Nazir Əhməd ABŞ-ın hazırkı prezidenti Barak Obama və sabiq prezidenti Corc Buşun yaxalanması üçün mükafat elan edib.
Məlumata görə, Leyborist Partiyasının Kəşmir əsilli üzvü Nazir Əhməd aprelin 13-də Pakistanın Xaripur şəhərində olarkən belə bəyanat səsləndirib.

Dilənənlər

Pərviz Sadıqov


Bu insanlar adətən xırıltılı səslə danışırlar. Səbəbini bilmirəm, sadəcə küçədə insanın qarşısıma çıxaraq çox vaxt bu səs tonuyla müraciət edirlər. Eyni zamanda gözlərində, üzlərində bir qədər yazıq ifadəylə yanaşı, diqqət etsəniz, hiyləgərliyi də sezmək mümkündür. “Qədeş”sayağı təsbeh fırladanlar da, tərk edilmiş ismətli qadın rolunu oynayanlar da var. Adi dilənçilərdən fərqli olaraq onlar çox səliqəli geyinirlər, hərdən eynək də taxırlar, ya da əllərində diplomat olur. Bu surətlə kiməsə yaxınlaşanda onların dilənçi ya da fırıldaqçı olduqlarını zənn etmək olmur. Bəzən yaxınlaşıb uzun uzadı söhbət edir, anadan olmasından tutmuş bugün burda necə olmağına kimi danışır, sonra da bir manat istəyib uzaqlaşır.

İSRAİL ZABİTİ FƏLƏSTİNİN MÜDAFİƏSİNDƏ DURAN FƏALIN ÜZÜNDƏN TÜFƏNGLƏ VURDU





FaktXeber.com-un verdiyi məlumata görə, dünən internet şəbəkələrində yayılan bir görüntü böyük qalmaqal yaradıb.
Videda SAXAL-ın zabitinin tüfəngin qundağı ilə nümayişçilərdən birini möhkəm vurması aydın görünür.
"International Solidarity Movement" təşkilatının üzvü olan nümayişçini vuran hərbçinin kimliyi müəyyənləşib.
Məlum olub ki, o, «Bikəə» briqadasında komandir müavini  Şalom Ayznerdir.
Fəalın sözlərinə görə palkovnik-leytenantın bu aqressiv hərəkətinin səbəbini bilmir. Çünki videodan da göründüyü kimi nümayişçi həmin vaxt sakitcə kənara baxırdı...

Qızla söhbət elədiyimə görə 40 şallaq yedim

Sayman Aruz
AYB-nin Cənubi Azərbaycan şöbəsinin rəhbəri


İrandan yazmaq həmişə mənim üçün çətin və ağrılı bir iş olub. Həmin yazını yazıb bitirənə qədər ruhi baxımdan müxtəlif hallara düşürəm. Kədər, sevinc, nifrət və sevginin birləşməsindən yaranan bu dəqiqələrim məni ö üzdən bu üzə çevirir. Məni şairliyimdən alıb inqilabçıya, hətta Allahsevər bir insandan dinə nifrət eləyən bir insana çevirir. Bunun səbəbi isə oranın parakosəl mühitinin törətdiyi ruhi fəsadlardır. Türk doğulub amma fars kimi yaşamağa, qanunu və milliliyi sevə-sevə teokratik və tək partiyalı mühitdə şəriətin 21-ci əsrdə mənasız görünən qanunları ilə yaşamağa məcbur olmaq olduqca acıdır.


“GMO məhsullar”ın acı fəsadları... Körpələr arasında əlillik faizi artır

“Azərbaycanda 0-3 yaşlarında anadangəlmə əlil uşaqların sayının 2011-ci il üçün 37 faiz artmasında bir neçə faktor ola bilər”. Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bir il üçün statistik göstəricilərin bu qədər artmasının səbəblərini izah edərkən deyib.


Komitə sədri: “Səbəbi biz də axtarıb tapmaq istəyirik”


“Əvvəlki illərdə 600-800 qramlıq uşaqlar yaşamırdılar. Amma bu gün tibb elmi elə inkişaf edib ki, artıq bu cür uşaqlar da salamat qalır. Lakin belə uşaqlar sonradan qüsurlu ola bilərlər. Bundan əlavə, anadangəlmə hemofiliyalı, talassemiyalı insan nikaha girərkən, bu ögey faktor olduğu üçün onun da hesabına ola bilər”.

Habil Yaşarın "Yoxlugumun varlıgı" kitabının təqdimatı olacaq

Aprelin 22-i, saat 11.00-da gənc yazar Habil Yaşarın "Yoxlugumun varlıgı" adlı kitabın təqdimatı keçiriləcək. Tədbir Nizami,91 ünvanında yerləşən "Əli və Nino" kitab evində keçiriləcək. Hamı dəvətlidir!
“Yoxluğumun varlığı” - Bu, gənc yazar Habil YAŞARın yeni – sayca üçüncü kitabının adıdır.
Kitabda yazarın dünyaya baxışı, könül duyğuları, eyni zamanda f
əlsəfi düşüncələri öz əksini tapmışdır. Bundan öncə şairin 2001 və 2003-cü illərdə iki şeir kitabı oxuculara təqdim edilmişdi. 9 ildən sonra oxucuları ilə kitablı görüşə gələn Habil deyir: “Sevirəm – çünki sevməsəm yaza bilmərəm; Yazıram – çünki yazmasam yaşaya bilmərəm; Yaşayıram – çünki yaşamasam sevərək yaza bilmərəm”.
“Qanun”da çıxan kitabın “önsöz”ünü DGTYB başqanı
Ə.Qoşalı yazıb – “Üzü Sabaha” deyə
“Yoxluğumun varlığı”nı paytaxtın aparıcı kitab dükanlarından v
ə ya nəşriyyatla əlaqə saxlayaraq əldə etmək olar.

“SƏNİ RUHUMA YAZDIM”


Seni ruhuma yazdim
BU GƏNC ŞAİR, İLAHİYYATÇI TURAL İRFANIN YENİ – SAYCA İKİNCİ KİTABININ ADIDIR. DGTYB DƏNƏTİM KURULU ÜZVÜ OLAN ŞAİRİN “QANUN”DA ÇIXAN YENİ KİTABINA, DGTYB DƏNƏTİM KURULU BAŞQANI NAMİQ HACIHEYDƏRLİ “ÖNSÖZ” YAZIB. HƏMİN “ÖNSÖZ”Ü BizimYAZI OXUCULARINA TƏQDİM EDİRİK.
***
İrfan yolçusu
Bütün çağlarda olduğu kimi zamanımızda da ədəbiyyata gələn və ya gəlmək iddiasında olanlar bəlirsiz saydadır. Hər kəs ədəbiyyata öz qoxusu, öz rəngi ilə gəlir. Öz qoxusu və rəngi olmayanlar plagiatlıq etmək zorundadır. Kimi postmodernizm, kimi qərbçi düşüncə adıyla… Bunu da bacarmayanlar hay-küylə, kimlərəsə çirkab atmaqla və digər bu kimi “üsullar”la diqqəti cəlb etmək, gündəmə gəlmək istəyir.  Bəzən yaradıcı gənclərimiz sanki, ədəbiyyatın ədəb sözündən törədiyini, istər Batı, istərsə də Doğu dillərində gözəllik anlamında olduğunu unudurlar. 

DƏNİZİN SƏSİ GƏLİR

Nigar Rəfibəyli


Unutmaq istəyirəm xatirələri,
Dənizin səsi gəlir…
Unutmaq istəyirəm
Qəlbimin sınıq məhəbbətini,
İztirablı bir eşqin hekayətini.
Unutmaq istəyirəm
Acı-şirin xatirələri,
Dənizin səsi gəlir.
Dəniz, sevdalı dəniz,
Əfsanələr kimi şirin, xəyali dəniz,
Sevmişəm dalğalarında,
Günəşində yanmışam.
Qumlu sahillərini
Yalınayaq gəzib dolanmışam.
Məhəbbətim sənə bağlı, dəniz.
Sinəsi sinəm kimi
Hicran dağlı dəniz.
Unutmaq istəyirəm
Sahilində şirin yuxular kii keçən
Həzin axşamları,
Günəşli səhəri,
Unutmaq istəyirəm
Yandırıb-yaxan xatirələri,
Dənizin səsi gəlir…

15.04.2012

Şuşa daim qəlbimizdədir



Toğrul Allahverdili

On saatdan artıq davam edən döyüşlərdə 480 azərbaycanlı həlak olub, 1860 nəfər yaralanıb, 22 min nəfər öz yurdundan didərgin düşüb

1992-ci il mayın 8-i düz 20 il əvvəl Ermənistan ordusunun əsgərləri, Şuşanı işğal etdi.
Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin ermənilərin əlinə kecməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırıldı. Bununla ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail oldular. Lakin bu işğal ermənilərə o qədər də asan başa gəlməyib.

“Bütün rənglər gözəldir”

Xosrov Barışan “TEZ-BAZARda

Özünüzü 2 sözlə təqdim edin.
- Xosrov Barışan.

- Sizi necə təqdim edəndə razı qalırsınız?
- Adımla yox, eylədiklərimlə tanıtdırın.

- “Mən kiməm?” sualına necə cavab verirsiniz?
- Hələ özüm də özümü yaxşı tanıya bilməmişəm.

- Dost…
-Qardaşdan yaxın olmalı.

- İlk sevginiz?
- Şeirlərimdə gizli.