Blogdakı publisistik materialları plagiat edərək öz adınızdan II və III dərəcəli qəzetlərdə dərc edə bilərsiniz
Показаны сообщения с ярлыком Alatoran jurnalı. Показать все сообщения
Показаны сообщения с ярлыком Alatoran jurnalı. Показать все сообщения
10.12.2012
20.04.2012
İLAHİYYATÇININ YUXUSUNU QARIŞDIRMAĞI
Araz Gündüzün tərcümələri
BERTRAN RASSEL
Günlərin bir günü, necə oldusa, ilahiyyat üzrə adlı-sanlı elmlər doktoru Taddeus özünün yuxuda öldüyünü gördü, ona görə də üz tutub, göyə sarı yollandı. İlahiyyat üzrə çalışmalarından göyü yaxşı tanıdığı üçün, azıb eləmədən, birbaşa gəlib uğrağına çatdı. Ancaq gəlib çıxandan sonra göyün qapısını döyəndə, qarşısına çıxan qapıçının davranışı ona çox anlaşılmaz göründü.
–Buyurun, məni içəri buraxın,- o qapıçıya üz tutub dedi.- Mən buraya Yer planetindən, yamanlıqlardan arınıb gəlmişəm, özüm də bütün ömrümü yaradanın ad-sanını ucaltmaq yolunda qoymuş bir insanam.
–İnsan? – qapıçı çaşqınlıq içində, gözlərini döyərək soruşdu.- O nədir elə? Bir də sözün düzü, mən anlaya bilmirəm, sizin təki cılız, lap deyərdim gülməli bir varlıq, necə olur, tanrının ad-sanını ucalda bilir?
QIFILBƏND, QƏZƏL, BİR DƏ SEVGİ ŞEİRİ
Bəxtiyar Hidayət
Bir hikmət görmüşəm, yıxdığı dinməz
Özü yıxdığının dinər yerinə
Üç ayağı üstə bir atı vardır
Ömründə minmədi yəhər yerinə
Şair deyil, sətir-sətir yolu var
Ayağının altda düşən dili var
Üzükdən keçəsi incə beli var
Di gəl xamud taxar kəmər yerinə
Bir zərbəyə neçə baş-bədən üzür
Səhrada dalğalar düzəldib üzür
Mələkdi, gəzəndə çiyində gəzir
Hayıfdı, düşməsin şəhər yerinə
BEŞ
Aftandil Adeişvili
(Gürcüstan)
Müəllim sinfi nəzərdən keçirərək:
-Bu gün yoxılama yazı işimiz var, - dedi. –“Bizim qonaq” mövzusunda inşa yazacağıq.
Çox düşünmədən yazmağa başladım: “Qonaq – Allah adamıdır!” Bunu mənim babam deyir. Nən pionerəm. Allaha inanmıram. Qonağa isə inanıram. Evimizə qonaq gələndə bizdə toy-bayram olur. Qapısını qonaq açmayan evi qonaqsevməz adlandırırlar. Mənim valideynlərimə bu adı vermək olmaz. Ona görə ki, evimiz həmişə qonaqlı-qaralı olur. Özü də həmişə çoxlu pay gətirirlər: hinduşka, toyuq, çoşka, qoyun.
18.04.2012
17.04.2012
Mehdi Əzimi. Dördlüklər.
gözünü hayata açdığın zaman
yaşam geri dönüb gedirdi hara
hər nəden xəbersiz kəhliklər kimi
insanlar başların soxmuşdu qara
açdılar üzünə yaşam qapısın
düşünə bilmirdin heç nə anda
zorla qutladılar doğum gününü
çarəsizdir anan səni doğanda
qaranlıq dünyanın hakimi olmuş
sanki öldürüblər göyün alahın
sönübdür günəşin isti nəfəsi
yandırır şəhəri tək sənin ahın
16.04.2012
QOLTUQ
Zaur Qəriboğlu
Yaxşı yadımdadı, o vaxt Parisin mərkəzindəki mağazaların birindəydim. Nə üstümə oturanım, nə də dərd-sərim vardı.
Xoşbəxt günlərimi yaşayırdım. Arada eşidirdim ki, qiymətim çox baha olduğundan yaxın duranım yoxdu.
Bir də xəbər tutdum ki, təyyarənin baqajındayam. Hansısa ölkənin məmurlarından biri məni alıb.
İlk dəfə azca da olsa, sevindim ki, nəhayət, məni də alan oldu.
Sevgi Nasıl Yüklenir?
Müşteri: Çok fazla teknik bilgim yok. SEVGİ yüklemek için ne yapmam gerekiyor?
Yetkili: İlk adım olarak KALBİM dosyanızı açmanız gerekiyor. Açtınız mı?
Müşteri: Evet. Ancak su anda GEÇMİŞ ACILAR.EXE, DÜŞÜNDÜKÇE.EXE, HASET.EXE ve GÜCENME.EXE isimli programlar da çalışıyor. Onlar çalışırken SEVGİ yükleyebilir miyim?
Yetkili: Problem değil. Yüklediğiniz anda SEVGİ otomatik olarak sisteminizden GEÇMİŞ ACILAR.EXE’yi silecektir. Bir süre daha geçici hafızanızda kalabilir ama artık diğer programları etkilemeyecektir. SEVGİ er geç DÜŞÜK GÜVEN.EXE’yi silerek YÜKSEK GÜVEN.EXE isimli bir modül yükleyecektir. Ancak, siz HASET.EXE ve GÜCENME.EXE’yi mutlaka kapatmalısınız. Bu programlar SEVGİ’nin yüklenmesine engel olur. Onları kapatabilir misiniz lütfen?
Kıskanılacak Sevgi
Hayatta tek dayanağı artık kocası Mark’tı.. Mark hava kuvvetlerinde subaydı. Susan’ı bütün kalbi ile seviyordu. Susan gözlerini kaybedince, Mark karısının içine düştüğü umutsuzluğu hemen farketmişti. Ona yeniden güç kazanması, kaybettiği kendine güvene yeniden sahip olması için yardim etmeliydi. Susan gene kendi kendine yeterli olduğuna inanmalı, kimseye bağımlı olmadan yasayabilmeliydi.
Sevgi, Zenginlik, Başarı
"Burada böyle oturduğunuza göre, üçünüz de kesinlikle acıkmış olmalısınız" dedi. "Lütfen içeri gelin, size yiyecek bir şeyler hazırlayayım."
Üç yaşlıdan biri, kadına, eşinin evde olup olmadığını sordu.
Kadın, eşinin biraz önce çıktığını, şu anda evde olmadığını söyledi. Yaşlı adam, başını iki yana salladı: "Eşiniz evde değilse, biz de davetinizi kabul edemeyiz" dedi.
15.04.2012
QADIN OLMAQ
Zümrüd Yağmur
Hər şeyi, bütün arzuları, istəyi, ehtirası, yaşamaq eşqi göydəki ulduzlar səhərin ağuşunda öldürdüyü kimi, sevdiklərinin yanındaca ölmüşdü. O nə xoşbəxt ola bilmişdi, nə də bədbəxt… Sadəcə zaman onu bu dünyaya mıxlamışdı, öz ağır zərbəsini bir dəfəlik endirmişdi və hər şey qurtarmamış bitib tükənmişdi.
Darıxa bilmək üçün darıxırdı, amma darıxmaq ondan çox uzaqda idi, daha heç də ola bilmirdi, heç olanda hər şey uğrunda vuruşub çarpışırdı, həyatla cırmaqlaşırdı, nifrət edirdi, sevirdi, kin bəsləməyi bacarırdı, arzulamaq qabiliyyəti də vardı. Amma indi hər şey keçmişdə idi...
İndisi, gələcəyi, olmayan keçmişdə...
Əslində onun xatırlanacaq keçmişi də yox idi, həmişə hər şey indisinə sığınıb qalmışdı və o qəlbinin dərinliklərində hiss edirdi ki, indisi də onunla birlikdə qeybə çəkilib.
“Yox, heç bir qeyb yoxdur, sadəcə mən indi də belə yaşamağı bacarmaq üçün bundan bərk-bərk yapışmaq istəyirəm. Başqa kim, nə var ki?! Mənim ömrüm?..
14.04.2012
Подписаться на:
Комментарии (Atom)



