31.03.2011

Səhər saat dörddə Vidadi Bərdəlini dinləmək işgəncəsi

Mirmehdi Ağaoğlu               Azad Yazarlar Ocağı

 Bu xalq hara gedir bilmirəm. Mən isə həmən gün səhər saat dörddə qazellə Bakıya gedirdim. İşimlə əlaqədar hər həftə sonu belə edirəm. Səhər saat dörddə yuxudan qalxıb bizim rayondan Bakıya çıxan ilk qazellə yollanıram şəhərə.
 Bu dəfə qazel həmişəkindən də soyuq idi. Arxa oturacaqda yumaq kimi büzüşüb oturmuşdum. Bir yandan sümüyə işləyən soyuq, digər yandan isə salonu başına götürmüş muğam səsləri, zəngulələr, qışqırıqlar, hıçqırtılar, gəyirmələr, bağırmalar, nəriltilər, zingiltilər...
 Müğənni iki zəngulə arasında fasilə verərkən fürsətdir deyib şoferdən maqnitofonun səsini qısmasını xahiş etsəm də o məni qoluna da almadı. Deyəsən heç salonda məndən başqa rahatsız olan da yox idi. Bakıdan mal almağa gedən alverçilər, neft sektorunda çalışan işçilər, tikintidə fəhlə işləyənlər– bir sözlə bütün sərnişinlər öz kefində idi, kimi yuxulayır, kimi də əsnəyirdi.
 ABŞ həbsxanalarında məhbuslara işgəncə vermək üçün onları 24 saat yüksək səsli musiqi dinləməyə məcbur edirlər. Bu üsulu isə amerikalılar ilk dəfə iraqlı əsirləri cəzalandırmaq üçün tətbiq edirmişlər. 24 saat ağır janr musiqi (nəzərə almaq lazımdır ki, əksər iraqlılar İraq folklor musiqisindən başqasını heç dinləməyiblər) dinləyən məhbusda diskomfort, şüur pozğunluğu yaranır. Bu cür işgəncə görən məhbuslarda intihara meyl əmələ gəlir.
 İntihar həddində olmasam da şüur pozğunluğum qarantili idi. Cəld qulaqlıqları taxıb B. Manconun “Kara Sevda”sını təkrar-təkrar dinləyərək bu pozğunluğu birtəhər aradan qaldırdım. Mahnının oynaq ritmləri isinməmə da kömək edirdi.
 Şoferin bir dəqiqəlik maşını saxlayıb şaxtadan don vurmuş faraları təmizləməsindən istifadə edərək böyründəki oturacağa keçdim. Həm qızınmağa başladım, həm də xahiş minnətlə bir təhər maqnitofonu söndürtdürdüm. Bu şoferlə aramızda keçən dialoq:
-Dayday, kimdi bu oxuyan?
-Vidadi Bərdəli.
-O “Toylar kralı”nda oxuyan?
-Hə.
-Səhər saat dörddə də Vidadi Bərdəliyə qulaq asarlar? Səhərdən başımı aparıb.
-Eh, sən bilməzsən o necə oxuyur, oğlanlar var deyir ki, pulum olsun aparım verim Vidadi Bərdəliyə mənimçün azan oxusun.
 Bəli! Oğlanlar var ki, pulu olsaydı aparıb basardılar Vidadi Bərdəlinin cibinə ki, o azan oxusun. Bu oğlanların pulu isə ona görə yoxdur ki, pullarına kontor alıb Vidadi Bərdəliyə sms göndəriblər ki, “toylar kralı” olsun.
 Vidadi Bərdəli özünün bar-bar bağırmasıyla kiminsə sevimlisi ola bilər. Amma bu o demək deyil ki, sərnişinlərin elementar haqları pozulmalıdır.
 Bakıda əksər marşrut şoferləri əyalətdən gəlmələrdir. Onların zövqü də açıq aşkar ortada. “Amma anan bilməsin”i dinləyən birinin intellektual səviyyəsi bəllidir. Şoferə etiraz edəndə isə deyir düş başqa marşruta min. Guya başqa marşrutun şoferi bu birinin tayı deyil.
 Məlum atalar sözünü bir az dəyişsək belə alınar: “Hansı musiqini dinlədiyini de, deyim sən kimsən”.
 Azlıqda qalıb lümpenləşən çoxluqla mübarizə aparmaq isə hədsiz çətindir. Bütün təsisatlar onların əlindədir. Oyunun qaydalarını da özləri müəyyənləşdirilər. Və istədikləri an səni oyundan kənar vəziyyətə sala bilərlər. Cəmiyyətdən təcrid edilmiş sən binəva isə evində dinməzcə oturub televizorda onlarına özlərinə “toylar kralı” seçmələrinə tamaşa etməyə məcbursan. Ruh halın isə ABŞ-da yüksək səsli musiqi dinləməyə məcbur edilməklə işgəncə görən məhbusların halından heç də yaxşı deyil.

Arxivə düşmək


Yaşlı qohumlarımın evlərinə gedərkən onların on illərin zəhməti bahasına yığdıqları kitabxanalarına baş çəkmək ilk işim olur. Universitetdə oxuyarkən yaşlı bir müəllim qohumumgilə tez-tez gedərdim. Müəllim olduğu üçün kitabxanası daha zəngin idi. Birinci mərtəbədə qaldıqları üçün evin içindəki kitabxanadan əlavə onlara məxsus padvalda əlavə bir kitab şkafı vardı. Uzun illərdir kitablar ora yığıldığı üçün üzərini toz basmış, müxtəlif gözəgörünməz həşəratlar yuva qurmuş, nəmişlikdəki öz yerində.

Buna baxmayaraq, hətta tozdan, həşəratdan allergiya tutsam da, pulsuz olan bu kitabları evə daşıyaraq oxuyardım. Bütün bunlar ona görə yadıma düşdü ki, bu yaxınlarda bir dostum öz arxivindən bir hissəni atarkən, təcili orada zühur etdim və maraqlı nəsə tapa biləcəyim ümidi ilə axtarışa çıxdım. Maraqlı bir çox şeylər tapdım. Amma mənim üçün ən dəyərli olan “Hürriyyət” qəzetinin 24-25 avqust 2000-ci il sayısı N39 (590) oldu. Qəzet “Elçibəyin ölümü də gözəldir” manşeti ilə nəşr olunmuşdu. Qəzet tamamilə Elçibəyin vəfatına həsr olunmuşdu və çox qəmgin notlu yazılar özündə yer almışdı. Necə deyərlər, hər şey axar, insan, tarix, fikir. Hər şey axmış və arxivə gömülmüşdü. İnanıram ki, çoxunuzun arxivində Elçibəyə aid nəsə var. Bu bir məqalə, kitab da ola bilər. Bir şəkil də ola bilər. Yazıları oxuduqca düşündüm. Zamanı gəlindiyində kiminsə arxivinə düşə biləcəyikmi? Kimsə bizə aid nəyisə saxlayacaqmı? Çətindir. Bunu haqq etmək lazımdır….

Dilqəm Əhməd

30.03.2011

Dinə iki baxış

İbrahim  Sel              Professional Oxucu Liqası

Görən Yaradanı varmı Yaradan?
Yoxsa Yaradanı bizik yaradan?

                                               Firuz Mustafa

 KOLLEKTİV NEVROZ. Freydə görə din- insanın təbiət qüvvələri qarşısındakı zəifliyindən doğan instinktlərin təzahürüdür. Din insan cəmiyyətinin ilkin inkişaf mərhələlərində meydana çıxan psixoloji dərketmə prosesidir. O mərhələ ki insan təbiət qüvvələrini dərk etməyə, onları başa düşməyə, bu və ya digər formada özünü təbiət qüvvələrinə və ya bu qüvvələri özünə yönəltməyə gücü çatmır, bu zəiflikdən doğan instinktlə ağlın dərk edə bilmədiyi şeylərə ancaq başqa bir qüvvənin özü üzərindəki hökmdarlığı kimi baxır.
 Freydə görə insan bu ilkin mərhələdə özü üçün müəyyən bir illüziya yaradır ki, bu illüziyaya sərf olunan dərketmə insanın fərdi uşaqlıq təcrübələrinə əsaslanır. Öz daxilində, eləcə də onu əhatə edən xarici mühitdə, təhlükəli, gücçatmaz, dərkolunmaz bir qüvvə qarşısında aciz qalan insan, bu qüvvələrə kiçik yaşlı uşağın öz valideynlərinə qarşı göstərdiyi hisslərlə cavab verir.
 İnsan təbiəti bu cür dərketmə prosesində sanki öz uşaqlığına qayıdır. O dövrə ki uşaq atasını himayəsi altında olur, ata gücünü, ata hökmünü hiss edir, öz hərəkətləri ilə onun məhəbbətini qazanmağa çalışır. Beləliklə, Freydə görə din- uşaqlıq təcrübələrinin şüursuz şəkildə təkrar olunmasıdır. İnsan onun üçün təhlükəli olan qüvvələrdən uşaqlıqda atasından qorunduğu kimi qorunmağa can atır. Yəni uşaq atasından qorxur, onun gücü ilə fəxr edir, onu hamıdan qüvvəli sayır və özünü onun himayəsi altında tamamilə təhlükəsiz hiss edir. Əgər bu uşaqlıq hisslərini nevroz adlandırsaq, deməli Freydə görə, din kollektiv nevrozdur. Ətraf mühitin təsiri altında meydana çıxan uşaq nevrozlarının təkrar təzahürüdür.
 Dinin psixoloji köklərini açmağa çalışan Freyd, Allah ideyasının hansı arzu və istəklərdən əmələ gəldiyini analiz edərək, sübut edir ki teizm konsepsiyası məhz illüziyadır. İnsanın fərdi arzularından doğan bir illüziya. Ancaq Freyd təkcə bu konsepsiya ilə kifayətlənmir. O, göstərməyə çalışır ki dinə belə münasibət təhlükəli və qorxuludur, çünki insan bütün ömrü boyu bu illüziyalarla yaşayaraq ona inanır. Öz ağıl və dlüşüncəsini ancaq yaratdığı illüziyalara qurban verir. Freyd göstərir ki dinə belə münasibət, yəni bütün dərketmənin müəyyən bir qüvvə qarşısındakı zəifliyi ağlın və idrakın bütün qüvvələrindən istifadə edilməsini ləngidir.
 Freydin dinə qarşı üçüncü inkarı isə əxlaqla bağlıdır. Freydə görə din, əxlaq üçün o qədər də etibarlı deyil. Əgər əxlaqi normalar, tanrının vəsiyyətləri ilə bilavasitə bağlıdırsa, onda gələcək etikanın taleyi bir növ Allahla və ona qarşı inamla bağlı olur. Dinə olan inam itib getmək qorxusu qarşısında qalanda əxlaqı dinlə birləşdirən bağlılıq da pozulur. Nəticə etibarı ilə bu pozulma etik keyfiyyətlərin dağılmasına gətirib çıxarır.
 Bu tənqidi fikirləri ilə birgə, Freyd dində hansı keyfiyyətləri qiymətləndirdiyini də göstərir- qardaşlıq məhəbbəti, həqiqət və azadlıq.
 Ağıl və Azadlıq bir-birilə sıx bağlıdır. Əgər insan illüziyalar əsaslanıb Allah yaradırsa, əgər insan özünü torpaqda tənha atılmış, heçlik hesab edirsə, onda o öz ata öcağından qovulmuş uşağa bənzəyir. İnsan məhz bu infantil bağlılığı aradan qaldırmaqla öz üzərinə düşən vəzifəni yerinə yetirmiş olur. Yerdə yaşayan insan reallığa əsaslanmalıdır. İnsan dərk edəndə ki öz qüvvəsindən başqa heç bir qüvvə yoxdur, o zaman güclü bir atlanta çevrilir. Öz taleyini yalnız özü həll edir. Ancaq azad insan öz ağıl və təcrübəsi ilə dünyanı dərketmə qüvvəsinə malikdir. Heç bir illüziya, heç bir qüvvə ona dünyadərkində kömək etmir.
 PSİXOANALİZ BAXIMINDAN DİN. “Analitik psixologiya”nın banisi, İsveçrə psixoloqu Karl Yunq isə dinləri maraqlı bir konsepsiyada araşdırırdı: 1) Avtoritar dinlər; 2) Humanitar dinlər.
 O, bu dinlərin arasındakı fərqləri necə görürdü?
 Avtoritar din nədir? Oksford lüğəti dinə tərif verərkən elə bil, avtoritar din haqqında anlayış verir: Din- insan tərəfindən ali qüvvələrin etirafı olub, onun taleyini təyin edən, bununla da onun hörmət və məhəbbətini qazanan bir qüvvədir.
 Avtoritar dini humanits dindən fərqləndirən əsas məsələ məhz insanın başqa bir qüvvə tərəfindən idarə olunmasını iddia edən fikirdir. Bundan başqa mən diqqəti belə bir fikrə yönəltmək istəyirəm ki, məhəbbət, əməletmə və inam ilahinin əxlaqi keyfiyyətlərindən irəli gəlmir. Əslinə qalanda bu, tanrının ağalıq və diktatorluq hisslərindən başqa bir şey deyildir. Bundan başqa ali qüvvə (Allah) bizi ondan asılı olmağa məcbur (!) edir. Bunun əksinə getməksə günahdır. Beləliklə, avtoritar dinin əsas elementi insanın Allah qarşısında bütünlüklə təslim olmasıdır. Allah nə qədər qüdrətli və güclü, insan nə qədər mənasız və gücsüz sayılsa, bu tanrıya daha xoş gələr və onun mərhəmətinə layiq olar. Avtoritar dində Allah hökmranlıq və qüdrət, insan isə zəiflik və köməksizliyin simvoludur.
 Humanist din isə əksinə, özünə mərkəz olaraq insan və onun qüvvəsini seçir. Bütün inam, güc, qüvvə insanın üzərinə düşür. Humanist dinə görə, insan özünü dərk etmək üçün öz ağlını inkişaf etdirməlidir. Yalnız öz imkanları daxilində həqiqətə çatmalıdır. Humanist dində insanın məqsədi özünün böyük gücə malik olmasını, özünü idarə etməsini, öz ağlı, düşüncəsi ilə ən yüksək mərtəbələrə çata bilmək bacarığını sübut etməkdir. Humanist dində insan əhval-ruhiyyəsi sevinc-şadlıqdan ibarətdir, avtoritar dindən fərqli olaraq, əzab-əziyyətdən yox. Bəzi hallarda humanist din teizmlə bağlı olsa da, Allah burada insan gücünün simvolu kimi görülür, zorakılıq, diktatorluq simvolu kimi yox. Humanist dinlərə misal olaraq buddizmin ilk mərhələsini, daosizmi, İsanın təbliğ etdiyi dini, Sokratın, Spinozanın fikirlərini göstərmək olar.
 Elə dinlər də var ki onlar həm avtoritar, həm də humanist dini konsepsiyaları özündə birləşdirir. Kiçik bir misala baxaq. Əhdi-Ətiqin başlanğıcı avtoritar din ruhunda yazılmışdır. Buradan belə çıxır ki Allah insanı öz arzusuna görə yaradıb və özü istədiyi vaxt da məhv edə bilər. Allah insana həyat ağacının (xeyir və şər ağacı) meyvəsini dadmağa qadağan edir və əks təqdirdə onu ölümlə hədələyir. Ancaq ilan- heyvanların içində ən bic varlıq- Həvvaya deyir: Qorxmayın, ölməyəcəksiz. Allah bilir ki siz o meyvələri yesəniz, gözləriniz açılacaq, siz Allah kimi xeyir və şəri başa düşəcəcəksiz.
 Və növbəti hərəkəti ilə Allah ilanın sözlərini təsdiq edir. Adəmlə Həvva günah işlədəndən sonra Allah onlar cəzalandırır (əlbəttə, ölümlə yox). İnsanla təbiət arasında, qadınla kişi arasında düşmənçilik başlayır. Düzdür, insan ölmür. Ancaq işlətdiyi günahlarına görə əbədi yaşamaqdan məhrum olur. Cənnətdən qovulub yerə göndərilir.
 Göründüyü kimi, Adəmlə Həvvanın bu hərəkəti günah yox, cadəcə olaraq Allahın əmrinə qarşı etirazdır. Aydın görünür ki, Allahın motivləri qorxu motivləridir. İnsanla bir bərabərdə durmaqdan, onunla bir səviyyədə olmaqdan irəli gələn qorxu hissləri.
 Allahla insan arasındakı təkrar ziddiyyət dünyəvi daşqınla əlaqədardır. Allah gördü ki, yerdə yaşayan insanlar artıq həddi keçiblər. Heç bir qayda-qanuna tabe olmurlar. Onda Allah insanı yaratdığına peşman oldu. Öz ürəyində onları lənətlədi və dedi: Yer üzündəki yaratdığım insanları, heyvanları, quşları- hamısını məhv edəcəyəm.
 Burada belə bir sual meydana çıxır ki, Allah öz yaratdığını məhv etməkdə haqlıdır, ya yox?
 Göründüyü kimi, insanların günahları cinayətkarlıq kimi qələmə verilir. Ancaq təkcə günah işlədən yox, heyvanlar və bitkilər də Allahın qəzəbinə düçar olurlar. Təkcə Nuh öz hərəkətləri ilə Allahın etimadını qazanır və öz ailəsi ilə birlikdə xilas olur. Deməli, Allah qəbilə başçısı kimi, nə istəsə onu da edə bilir. Ancaq daşqından sonra insanla Allah arasında bir növ saziş yaranır. Onların arasındakı radikal münasibət dəyişir. Allah söz verir ki, bir daha daşqın olmayacaqdır. Əvəzində isə insana yeni bir vəsiyyət əta edir: Öldürmə! Bu dəqiqədən Allahla insan arasında münasibət bir daha dərindən dəyişir. Artıq Allah absalyut diktator deyil, o necə deyərlər, konstitusiya qanunlarına uyğun olaraq hərəkət edir. Allah insanı bu konstitusiyanı pozduğuna görə cəzalandıra bilər. Ancaq insan da Allahı günahlandıra bilər,- əgər Allah qoyulmuş qanunları pozsa.
 Allahla insan arasındakı yeni bir münasibət isə, İbrahim peyğəmbərin Sadom və Homorra şəhərlərini insanların günahı üzündən məhv etmək istəyəndə meydana çıxır. İbrahim peyğəmbər Allahı konstitusiya qanunlarını pozduğuna görə ittiham edir. İnsanın ilk günaha batması ilə bu arqument arasında böyük fərq var. Birinci halda (cənnətdən qovulma) insana xeyir və şəri başa düşmək qadağan olunur, ikinci halda isə insan xeyir və şər qanunları ilə çıxış edərək Allahı ədalətə çağırır. Və Allah güzəştə getməyə məcbur olur.
 Bu kiçik analiz onu göstərir ki, iudaxristian dinində həm avtoritar, həm də humanist dinlərin prinsipləri özünü göstərir.
 Beləliklə, yuxarıdakı mülahizərlə psixoanaliz baxımından dinin necə göründüyünü izah etməyə çalışdıq.
 Psixoanaliz göstərir ki, insan müxtəlif dini aspektlər arxasında gizlənə bilsə də, əslində bu aspektlərin nəticələri eynidir. Məsələn, insan həyatı, onun reallığı Buddanın, Xristosun, Sokrat və Spinozanın ideyaları arxasında gizlənsə də, axır nəticə bir nöqtəyə gəlib çıxır. Bunların hamısında məhəbbətə, həqiqətə, ədalətə can atmaqdan söhbət gedir.
 Deyilənlərdən belə nəticə çıxarmaq olar ki, əgər dini yol, dini vəsiyyətlər insan gücünü, azadlığını, xoşbəxtliyini etiraf edirsə- bu dinlərdə məhəbbət toxumları, humanistlik, əgər insanın bədbəxtliyini, qul psixologiyasını, öz qüvvəsinə inamsızlığı təlqin edirsə, burada avtoritar hakimiyyətin diktatorluq toxumları görünür.

Yarpaqlarına «ALLAH» yazılmış yeganə bitki

             Cənnətotu (kəndir, çətənə)

Yer üzərində yeganə bitkidir ki, onun yarpaqlarında ərəb əlifbası ilə «ALLAH» kəlməsi həkk olunmuşdur. Bu bitki təbiət anasıdır. Bu bitkidən istifadə edənlər qədimdə cənnət əhli adlandırılmışdır. Qiymətli dərman, boyaq, kəndir və iri və xırda buynuzlu mal-qara, donuz, ev quşları qidalanması üçün ən keyfiyyətli yem bitkisidir. Cənnət otunun bitkisi ot halında narkotik maddə deyildir. İnsanlıq sağalmaz xəstəliklərlə üzləşəndə ALLAH dan kömək istədikdə ULU TANRI bu bitkini göndərmişdir. Bu keyfiyət-lərinə görə mən çətənə bitkisinin cənnət otu olduğunu anladim və bu bitkiyə «cənnət otu» adı verdim. Təbiətin və təbiət canlılarının hər bir bitkiyə ehtiyacı vardır. Gicitkən, kəndir, yovşan, tərxun, üzərlik eyni qəbilədən olan bitkilərdir. Bu bitki uyuşdurucu deyildir, təbiətə və təbiət canlılarına xeyri var, ziyanı yoxdur. ALLAH canlı təbiətə zərər vuran bitki yaratmamışdır. ALLAH ın yaratdıqlarına məhv etmək ən böyük təhlükə və günahdır. ALLAH ın səbri nə qədər çox olsa da, insanlığın ağıllı olması vacibdir. Dünyada insan kimi bir qiymətli varlıq yoxdur. İnsanlar bu dünyada Cənnətotundan düzgün istifadə etməklə sonsuzluğa qədər sərbəst yaşaya bilərlər. Bu dünya necə vəfalıdır. İnsanlar hətta onun boynunu zəncir də salırlar, yenə də vəfasından dönmür. İnsanlar satsalar da dünyanın səbri çatır. Amma bu dünyanı satanın axırda özü satılır. İnsan sevərkən ayrılmaz və zərər verməz.



                                                                                               Elşən Əliyev

Çağdaş Türkiyədə masonluq


Sayı sürətlə artan və bu gün sıralarında 14 min nəfərdən artıq adamı birləşdirən massonlar Türkiyə iqtisadiyyatının 60 faizindən çoxunu əllərində saxlayaraq, ölkənin daxili və xarici siyasət kursunun müəyyənləşdirilməsində önəmli rol oynayırlar. Bəzi məlumatlara görə, iqtidardakı AKP üzvləri arasında da masonçular var. Son bir neçə ildə dünyanın tanınmış KİV-də İsmət İnönü, Süleyman Dəmirəl, Turqut Özal, Dəniz Baykal və indiki prezident Əhməd Necdət Sezərin də masonçu olduğu iddia edilir.
Bir neçə il əvvəl dekabr ayının 19-da qəribə bir hadisə baş verdi. Türkiyə masonları Böyük Lojanın toplantısında rüşvətalma və quruma məxsus paranın mənimsənilməsi məsələsi müzakirə edildi. Rüşvətalma və para mənimsəməkdə suçlanan isə Türkiyə Böyük Lojasının rəhbəri Qaya Paşakay idi. Uzun müzakirə və debatlardan sonra masonlar səsçoxluğu ilə rüşvətalma və quruma aid 7 milyon dollar pul mənimsənildiyi üçün Paşakay və üç müavini qurumdan çıxarıldı. Hadisə bütün dünyanın diqqətini cəlb etdi: doğrudanmı, sirlərini həmişə qoruyan masonlar ləkəli bir hadisədən mətbuatın xəbər tutmasına imkan veriblər? İzah etmək çətindir. Ancaq mason tədqiqatçılarının fikrincə, Paşakayın rüşvət alması və 7 milyon dollar pul mənimsəməsi ağlabatan deyil və belə fakt olsaydı da, gizli saxlanacaqdı.
Ehtimal ki, Türkiyədə tanınan və sevilən Paşakayın Böyük Lojanın rəhbəri vəzifəsi və üç müavinilə birlikdə masonluqdan çıxarılmasının daha ciddi səbəbi var. Səbəblərdən biri Paşakayın Türkiyənin milli mənafeyinə hədsiz bağlılığı ola bilər. 2003-cü ildə səsçoxluğu ilə Türkiyə Böyük Lojasının rəhbəri seçilən Paşakay, nəinki Türkiyədə, həm də dünya masonları arasında nüfuzlu bir şəxsdi. Onun dünya masonlarının fəaliyyətinin güclənməsində xüsusi rolu olub. Bundan əlavə, Paşakay masonlar arasında islahatçı şəxs kimi tanınırdı. O, masonların gizli fəaliyyətdən yarımqapalı iş şəraitinə keçməsinin tərəfdarı idİ. Təsadüfi deyil ki, Paşakay Türkiyə Böyük Lojasının rəhbəri seçilən kimi mətbuat və dövlət qurumları ilə isti münasibətlər qurdu. Bu, Türkiyə və dünyadakı bəzi masonlar tərəfindən narazılıqla qarşılandı. Masonlarla türk dövlət qurumlarının əlaqəsi xüsusi tədqiqatın predmetidir. Yeri gəlmişkən, tədqiqatçıların bir çoxu latın əlifbasına keçid, ibadətlərin ərəbcə deyil, türkcə edilməsi, məscidlərin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı XX əsrin 30-cu illərində türk hökumətinin verdiyi qərarlarda masonların təsiri olduğunu iddia edirlər. Masonların öz sirlərini o dövrdə kifayət qədər qoruyub saxlaya bilməsinə baxmayaraq, haradansa yenə də mətbuata bəzi məlumatlar sızdı. Məsələn, 1965-ci ildə Ədalət Partiyasının rəhbəri Süleyman Dəmirəlin mason olması barədə məlumat yayıldı. Hakimiyyətə can atan Dəmirəlin siyasi karyerasına bununla da son qoyula bilərdi. Dəmirəl təcili şəkildə Türkiyə Böyük Lojasına müraciət edərək mason təşkilatının üzvü olmaması barədə arayış aldı. Bununla da, Dəmirəli gözləyən təhlükə sovuşdu. Amma o dövrdə Türkiyənin siyasi xadimlərinin çoxu masonların arayışına şübhə ilə yanaşaraq məsələnin araşdırılmasını tələb etsələr də, onları eşidən olmadı. Qeyd edək ki, ötən əsrin 50—80-ci illərində mason qurumlarının Türkiyədə neqativ fəaliyyəti və ölkənin siyasi, iqtisadi inkişafına mane olmaq cəhdləri yüksək səviyyəyə çatmışdı. Onlar xaricdən aldıqları göstərişlə Türkiyəni həmişə xəstə halda saxlamaq və inkişafına mane olmağa çalışırdılar. Hadisələrin gedişi göstərdi ki, onlar həmin dövrdə buna nail oldular. Türkiyədə masonların hədəfə götürdükləri digər bir sahə islam diniydi. Masonların islama qarşı barışmazlığı və ona əsl müharibə elan etdiklərini digər bir fakt sübut edir. Ötən əsrin 50-ci illərində ölkədəki böhrandan istifadə edərək hakimiyyətə gələn və Türkiyəni xilas etmək istəyən baş nazir Adnan Menderes masonların güclü müqavimətilə üzləşdi. Yeni baş nazir qısa müddətdə iqtisadi islahat apardı və ölkə sürətli inkişafa başladı. Menderesin  həm  də  məscidlərin  fəaliyyətinə  Atatürkün qoyduğu bəzi qadağaları ləğv etməsi masonları lap əsəbiləşdirmişdi. Onlar xaricdəki mason qurumlarının maliyyə yardımı ilə yeni baş naziri devirmək üçün ordudakı bəzi adamları ələ alaraq ölkədə hərbi çevriliş etdilər. Nəticədə baş nazir Adnan Menderes həbs edildi. Bununla kifayətlənməyən masonlar orduda yüksək vəzifələr tutan adamları vasitəsi ilə baş nazirin edamına (dar ağacından asılma) nail oldular. Əgər o vaxt masonlar olmasaydı, Menderes Türkiyəni Avropanın qabaqcıl dövlətinə çevirəcəkdi. Masonlar hazırda da islam dininə qarşı mübarizələrini davam etdirirlər. Bunu Böyük Lojanın 2003-cü ildə keçirilmiş toplantısında səslənən fikirlər de sübut edir. Toplantıda professor Nur Sərtər AKP-ni hədəf alaraq «Türkiyədə inqilabçılar hakimiyyətdədirlər. Bununla barışmaq olmaz» deyib.
Türkiyə Yazarlar Birliyinin sədri Nail Gureli də hakimiyyətə qarşı kəskin çıxış edib. Tanınmış mason İlhan Səlcuk: «Türkiyədə başqa bir siyasi iqtidarın hakimiyyətə gəlməsi üçün bütün imkanlardan istifadə etməliyik» deyib.
Paşakay da Türkiyədə hicabın qadağan edilməsinin qızğın tərəfdarı olub. O, mətbuata verdiyi müsahibəsində: «Siz bir nəfər də olsun sıralarımızda xanımı hicablı adam görə bilməzsiniz», — demişdi. Bununla belə, ötən əsrin 80-ci illərindən başlayaraq Türkiyə masonları öz fəaliyyətlərində tədricən milli dəyərləri önə çəkməyə başladılar. Buna səbəb Yunanıstanda fəaliyyət göstərən mason qurumlarının Kipr məsələsində radikal davranması oldu. Yunan mason lojası 1978-ci ildə «Psigoras» adlı mətbu orqanında Kiprin xəritəsini dərc etdirmiş və altından «Deksehnuma», yəni «Unutmayacağıq» yazmışdı. Bununla kifayətlənməyərək, yunan masonları Kipr yunanlarına maliyyə yardımı göstərmək üçün xüsusi kampaniya təşkil etdilər. Bu, Türkiyə masonlarını hərəkətə gətirdi. Onlar bu məsələnin mason prinsiplərinə zidd olması və bununla bağlı dünya masonlarının Şotlandiyada yerləşən Ritinə (Ali Mərkəzinə) şikayət edilməsini öz rəhbərlərindən xahiş etdilər. O dövrdə Türkiyə Böyük Lojasının rəhbəri olan Can Arpac buna qarşı çıxdı, nəticədə masonlar arasında böyük narazılıq yarandı. Narazılardan biri — 1976-cı ildən mason qurumunun üzvü olan və bir müddət Türkiyənin Afinadakı səfirliyində mətbuat xidmətinin rəhbəri işləmiş Öndər Aktac Arpaçı masonları türk millətinin mənafelərini yunanlara ayaqlatmaqda günahlandırdı. 1993-cü il oktyabr ayının 29-da Atatürkün uyuduğu Anıtı ziyarət edən Aktac xatirə dəftərində bu sözləri yazdı: «Rahat uyu, ulu öndər. Biz sənin haqq yolunu davam etdirəcək, Türkiyənin haqlarının tapdanmasına, ölkəmizin müstəqilliyinə xələl gətirilməsinə imkan verməyəcəyik. Biz əlimizdən zorla alınan Mosulu, Kərkükü, 12 adalarımızı unutmayacağıq». Bunun ardınca, Arpaca tənqidi bir məktubla müraciət edən Aktac mason sıralarını tərk etdiyini bildirdi və səbəbini masonların pozuculuq fəaliyyəti və ölkənin gələcəyini təhlükə altına qoymalarıyla izah etdi. Aktacın mason sıralarından istefası quruma üzv digər adamlara da güclü təsir göstərdi. Onlar rəhbərlikdən Türkiyənin milli maraqlarının tapdalanmasına son qoyulmasını tələb etdilər. Bundan sonra Türkiyə masonlarına rəhbərlik edənlər milli dəyərlərə üstünlük verməyə məcbur oldular. 1999-cu ildə Türkiyədə mason təşkilatlarının qurulmasının 90 illiyi ilk dəfə açıq şəkildə qeyd edildi. Bayram ərəfəsi KİV nümayəndələri üçün mətbuat konfransı keçirən Türkiyə masonlarının rəhbəri Tələt Akev: «Biz çox dəyişmişik və bu gün öz milli mənafelərimiz üçün çalışırıq. Bizim sayımız kifayət qədər çoxdur. İçərinizdə düşündüyünüzdən dəfələrlə çox üzvümüz var», — dedi.
2003-cü ildə masonların böyük ustadı seçilən Paşakay isə onların milli ruhda köklənməsində böyük rol oynadı. O, 2004-cü il oktyabr ayının 28-də İstanbuldakı Böyük Lojada Cümhuriyyətin qurulmasının 81-ci ildönümü münasibəti ilə keçirilən təntənəli gecəyə 10-cu il marşı ilə başlanması barədə göstəriş verdi. Toplantıya gələn masonlar əllərində Türkiyənin bayrağı ayaqüstə bu marşı oxudular. Bundan sonra bu marş bütün tədbirlərdə yerli masonların milli marşı kimi səslənməyə başlandı. Masonların milli fəaliyyəti hökumət tərəfindən yüksək qiymətləndirildi. Türkiyə prezidenti Əhməd Necdət Sezər 2005-ci il yanvar ayının 11-də Canqaya köşkündə Paşakayın başçılığı ilə masonların nümayəndə heyətini qəbul edərək onlarla 45 dəqiqə söhbət etdi. Sezər mason liderinə müraciətlə demişdi: «Sizi ölkəmizdə Atatürkün davamçıları kimi görməkdən çox şad oldum». Amma hadisələrin sonrakı gedişi və Paşakayın vəzifəsindən götürülməsi göstərdi ki, beynəlxalq mason təşkilatı milli mənafelərlə barışmır. Hər halda, şübhə yoxdur ki, Paşakayın vəzifəsindən çıxarılması onun milli fəaliyyətilə bağlıdır. Türkiyədəki masonların hansı yolu seçəcəyini isə tarix göstərəcək.


Mənbə Mirzə Ənsərli Türkiyədə masonların və sionistlərin fəaliyyəti kitabı
Müəllif MUSTAFA ƏZİZ «Geopolitika» qəzeti, 26.08.2006, N«32(94)

Həmişə təmizlikdə!








29.03.2011

İsveçlilərin ataları Türkdür?!


İsveç tarixinin yaradıcılarından olan Prof. Sven Laqerbring 250 il öncə yazdığı kiatbda İsveçlilerin atalarının Türk olduğunu göstərib


Prof. Sven Laqerbring, 250 il öncə yazdığı kitabda, Türk dili ilə İsveç dili arasındakı oxşarlıqlardan, mifoloji bənzərlikdən hərəkət edərək, İsveçlilərin atalarının Türklər olduğunu bildirir. İsveç nağıllarında da tanrı Odinin "Türkland"dan yarandığı göstərilir.
İSVEÇ tarixinin yaradıcılarından hesab olunan Prof. Sven Laqerbring 1764-cü ildə yazdığı 58 səhifəlik kitabda, İcveçlilərin Türk soylu olduğunu və İsveç dilində olan Türk sözlərinin da bunu açıqca göstərdiyini qeyd edib. Bu kitabı ilk dəfə Türk ictimaiyyətinə təqdim edən amma heç bir qarşılıq görməyən Əli Nuri Dilməç olub. Əli Nuri Dilməç kimdir? Əsil adı Qustav Nurinq. 1861 –ci ildə İsveçin Malmö şəhərində doğulub və 17 yaşında İstanbula gəlib, Türk və Müsəlman olaraq Əli Nuru adını götürtüb.

Fərqli Osmanlı Vikingi

Siyonizmin yaradıcısı Teodor Hertzlin sözü ilə, "Fərqli Osmanlı Vikinqi!" Əli Nuri bəy bu kitabı bir sərgidən alır, sonra dostuna verir, dostu ilə təxminən 20 ildən sonra görüşür. Sonra da, "Dəyərli bir kitabın qəribə tarixçəsi " adlı bir yazı yazır. Beləcə, Prof. Sven Laqerbringin Türkçə ilə İsveçcə arasında qurduğu paralellər və İsveçlilərin Türk soylu olmaqları barədə iddialar gündəmə gəlir. Amma təssüf ki, bu dövr Türk Tarix Araşdırmaları dövrü olduğu halda heç kim buna maraq göstərmir. Eyni zamnda bu kitabda, İsveçin ən önəmli tanrılarından olan “Odin”in də türk əsilli olduğu da açıq şəkildə göstərilir və "Bizim atalarımız Odinin yoldaşları Türklərdir. Bu barədə yetərli sayda sənəd var " deyilir. “Odin”in iki qurdla (canavar) birlikdə gəzdiyi faktını nəzərinizə çatdırım sonrasını özünüz fikirləşin artıq. 

Türk dili ilə oxşar sözlər

Oxşar sözlər arasında isə aş / asch, bürc / borg, əmək / omak, göl / gidl, yurd / jord, qab / kabbe, pusqu / puss, krigpuss, su / siö, sulu / sölig sözləri diqqəti cəlb edir. Kitabı neçə ildən sonra çox çətinliklə türk dilinə tərcümə edən jurnalist Abdullah Gürgün, nəyə görə bu qədər əziyyətə qatlandığını belə ifadə edir: "Açığı məni kimin nə olduğu maraqlandırmır. Məqsədim, fərqliliklərimzi deyil oxşarlıqlarımızı ortaya çıxarmaq, göz önünə gətirməkdir. Aralarına nifaq salınmış, birbirinə qırdırılmış, bölünüb parçalanıb idarə olunan insanlar arasında körpü qurmaq cəhdlərinə dəstək verməkdir."

Ataman və ədalətli kral 

İsveç Tanrısı Odin, Hervarar nağılında Tirkiar (Türklər) ve Asiemaen (Asiyalılar, Asiyalı adamlar) olarak göstərilən böyük bir kütlənin lideri idi. Təsvirlərdə qurdlarla birlikdə göstərilən Odinin mülkünün çox hissəsinin yerləşdiyi “Türkland”dan (Türkiye) İsveçə etdiyi səfər nağılda dəqiqliklə göstərilir və onun atamanlığından bəhs edilir. Qurduğu krallıqların rəhbərliyinə oğullarını təyin etdiyi bildirilir. 

1707-ci ildə dünyaya gələn Sven Laqerbring, 35 yaşında tarix professoru oldu. Lund Universitetinin rektoru seçilir və 1769-cu ilə qədər bu vəzifədə qalır. 1764-cü ildə bir çox elmi əsərləri ilə yanaşı, Türklərlə qohumluq araşdırma işini da yazır. Bu Çalışmalarına görə 1769-cu ildə “əsalət” titulu il’ t’ltif olunur. Lund Universitetinin loqosunda Laqerbringin şəkli var. İsveçin müsair tarix elminin yaradıcısı olaraq göstərilən Laqerbringin ən məşhur əsəri dörd cildlik “İsveç İmperatorluğu Tarixi” əsəridir

Abdullah Gürgün /Hürriyet/ Azərbaycan Türkçəsinə çevirən Elvin Rəsul/ANS PRESS/

İB­Lİ­SİN BUY­RU­ĞUN­DA

Fi­ruz Haşımov


Unut­maq la­zım de­yil­dir ki, in­di­ki Ame­ri­ka mil­lə­ti on mil­yon­lar­la məhv edil­miş yer­li hindli­lə­rin sü­mük­lə­ri üzə­rin­də ya­ran­mış­dır. Müs­təm­lə­kə­çi ide­o­loq­la­rın yaz­dıq­la­rı­na rəğ­mən yır­tı­cı Av­ro­pa ko­lo­nistlə­ri bu öl­kə­yə qə­dəm qoy­ma­mış­dan əv­vəl hindli­lər tor­paq­la­rın be­cə­ril­mə­sin­də yük­sək na­i­liy­yət­lər əl­də et­miş­di­lər. Av­ro­pa­nın bü­tün öl­kə­lə­rin­dən sel ki­mi axıb gə­lən­lə­rin için­də əl­bət­tə ki, kü­bar, əsl-nə­ca­bə­ti olan adam­la­rı bar­maq­la say­maq olar­dı. Öz doğ­ma və­tən­lə­rin­də ya­şa­yar­kən mü­əy­yən qay­da-qa­nun­la­ra, əx­laq nor­ma­la­rı­na ri­a­yət edən­lər Ame­ri­ka­ya ayaq qo­yan ki­mi əsl yır­tı­cı­ya dön­dü­lər. Qı­sa müd­dət­də var­lan­maq im­ka­nı qa­zan­mış av­ro­pa­lı­lar elə ilk sa­at­dan yer­li sa­kin­lə­ri - hindli­lə­ri qır­ma­ğa baş­la­dı­lar. Si­lah gü­cü­nə məhv edil­mə­yən qə­bi­lə­lə­ri isə son­ra­lar zə­hər­li spirtli iç­ki­lər, sa­ğal­maz xəs­tə­lik­lə­rin mik­rob­la­rı ilə yo­lux­du­rul­muş əd­yal­la­rın kö­mə­yi ilə ölü­mə məh­kum edir­di­lər. Əl­bət­tə ki, yer­li sa­kin­lər mü­qa­vi­mət gös­tə­rir­di­lər, am­ma adi yay-ox, ba­la­ca to­mo­qavk ilə top-tü­fən­gin qar­şı­sı­na çıx­maq müş­kül mə­sə­lə idi. Ümu­mi he­sab­la­ma­la­ra gö­rə, XX əs­rin əv­vəl­lə­ri­nə ki­mi Ame­ri­ka­da məhv edil­miş hin­du­la­rın ümu­mi sa­yı yüz mil­yo­na ça­tır. Bu rə­qə­mə fi­kir ve­rin! 1774-cü ilə ki­mi isə ABŞ-a Af­ri­ka­dan bir mil­yo­na qə­dər qu­la dön­də­ril­miş zən­ci da­şın­mış­dı. XVIII əs­rin ikin­ci ya­rı­sın­da ABŞ-ın şərq ştat­la­rın­da hər al­tın­cı sa­kin qa­ra­də­ri­li qul idi. İn­di bu ib­lis im­pe­ri­ya­sı­nın qar­şı­sın­da quy­ruq bu­la­yan­lar ni­yə de­mir­lər ki, 1924-cü ilə qə­dər qüv­və­də olan qa­nun­la­ra gö­rə yer­li əha­li - hin­du­lar öl­kə­nin və­tən­da­şı he­sab edil­mir­di­lər! Rə­za­lə­tə fi­kir ve­rir­si­niz­mi, sə­lib dün­ya­sı­nın tör-tö­kün­tü­lə­ri gə­lib bü­töv bir qi­tə­yə sa­hib çı­xır­lar və onun yi­yə­lə­ri­ni də və­tən­daş­lıq­dan məh­rum edir­lər.

İş­ğa­la mə­ruz əra­zi­lər­də qı­rı­lan gü­nah­sız kör­pə­lə­rin sa­yı giz­lə­di­lir

İn­di bu baş­kə­sən­lə­rin, qul­dur­la­rın tö­rə­mə­lə­ri kür­re­yi-ər­zə ağa­lıq et­mək is­tə­yir­lər. Hindli­lə­rin ye­tim qal­mış uşaq­la­rı­nı re­zer­va­si­ya­lar­da az qa­la iki ayaq­lı, dil­siz-ağız­sız qoş­qu hey­va­nı­na dön­də­rən­lə­rin xə­ləf­lə­ri Vyet­nam­da dinc əha­li­ni, kör­pə­lə­ri, qo­ca­la­rı na­palm ilə yan­dı­ran­da mən tə­əc­cüb­lən­mə­dim. Cə­nub-şər­qi Asi­ya­nın əf­sa­nə­vi me­şə­lə­ri­nə min­lər­lə ton zə­hər­li mad­də sə­pə­lə­nən­də bey­nəl­xalq təş­ki­lat­lar nə qə­dər eti­raz et­di­lər­sə də xey­ri ol­ma­dı ki, ol­ma­dı. Da­mar­la­rın­da qul­dar plan­ta­tor­la­rın qa­nı­nı gəz­di­rən­lə­rin nə ve­ci­nə ki, Vyet­nam xal­qı­nın ikin­ci nəs­li han­sı dəh­şət­li xəs­tə­lik­lə­rə dü­çar ola­caq. Mən bu söz­lər­lə bü­tün ame­ri­ka­lı­la­ra qar­şı nif­rət oyat­maq fik­rin­dən uza­ğam. Am­ma Əf­qa­nıs­tan əra­zi­sin­də müd­hiş bom­bardman­lar za­ma­nı qəsddən məhv edil­miş qə­dim Ku­şan, Baktri­ya abi­də­lə­ri­ni göz qa­ba­ğı­na gə­ti­rən­də sus­maq qey­ri-müm­kün­dür. Və­ha­bi-ma­son si­o­nist al­yan­sı­nın nə­za­rə­ti al­tın­da olan müx­tə­lif çap­lı bey­nəl­xalq təş­ki­lat­lar, say­sız-he­sab­sız qə­zet­lər in­di­yə qə­dər İraq­da, Əf­qa­nıs­tan­da ABŞ hərbçi­lə­ri­nin qət­lə ye­tir­dik­lə­ri gü­nah­sız kör­pə­lə­rin sa­yı­nı dün­ya ic­ti­ma­iy­yə­tin­dən cid­di-cəhdlə giz­lə­dir­lər. Hal­bu­ki, iki əs­gə­ri­nin üs­tün­də İs­ra­il hər­bi üs­tün­lü­yün­dən sui-is­ti­fa­də edə­rək Li­va­nı xa­ra­ba­za­ra dön­də­rən­də bü­tün sə­lib dün­ya­sın­dan təq­dir ni­da­la­rı qalxdı. Bə­li, in­di "dün­ya bir­li­yi" de­yən­də ABŞ-ın qlo­bal im­pe­ri­ya­sı nə­zər­də tu­tu­lur. Tək­qütblü dün­ya­nın ya­ran­ma­sı ilə bə­şə­riy­yət san­ki iki min il bun­dan əv­vəl­ki du­ru­mu­na ya­xın­la­şır. İki min il bun­dan əv­vəl qə­dim Ro­ma ta­ri­xə mə­lum olan bü­tün əra­zi­lər­də ha­ki­mi-müt­ləq idi. Bü­tün zəbt edil­miş nə­həng əra­zi­lər­dən sər­və­ti-sa­man, var-döv­lət, is­teh­sal olu­nan məh­sul­lar sel ki­mi Ro­ma­ya axır­dı. Qə­dim Ro­ma da zə­li, vam­pir ki­mi öl­kə­lə­rin, xalqla­rın qa­nı­nı so­rur­du. Zir­və­də, yu­xa­rı tə­bə­qə­də məs­kun­la­şan­lar ağ­la­sığ­maz cah-cə­lal için­də eyş-iş­rət­lə ömür sü­rür, lap alt mər­tə­bə­də olan­lar isə cə­hən­nəm əza­bı çə­kir­di­lər.

Mə­nən cır­la­şan­la­rın sər­və­ti­nə də, tor­pa­ğı­na da sa­hib­lən­mək asan­dır

İn­di transmil­li kor­po­ra­si­ya­lar tə­rə­fin­dən tə­bii sər­vət­lə­ri ta­rac edi­lən Af­ri­ka, Asi­ya öl­kə­lə­ri­nin xalqla­rı­nın ya­şa­yış sə­viy­yə­si­ni ABŞ-ın əha­li­si ilə bir et­mək olar­mı? Qə­dim Ro­ma ram edil­miş öl­kə­lə­ri, əra­zi­lə­ri mü­tə­şək­kil hər­bi qüv­və­lə­rin gü­cü he­sa­bı­na sax­la­yır­dı­sa, in­di­ki müs­təm­lə­kə­çi­lə­rin əl­lə­rin­də da­ha güc­lü, da­ha eti­bar­lı si­lah var. Nü­və bom­ba­la­rı da­şı­yan iri təy­ya­rə­lə­rin, ra­ket­lə­rin, bü­töv do­nan­ma­nın gö­rə bil­mə­di­yi­ni pri­mi­tiv mu­si­qi, şou-biz­nes, hey­va­ni instinktlər aşı­la­yan ax­maq te­le­se­ri­al­lar gö­rə bi­lir­lər. Türkçü­lük haq­qın­da boş, bi­vec laq­qır­tı­nı qı­ra­ğa qo­yub, çox yox, iki­cə gün vax­tı­nı te­le­vi­zor­da ge­dən ca­hi­la­nə türk se­ri­al­la­rı­na həsr et­sən, hər şey ay­dın olar. Ni­yə ki­şi ki­mi eti­raf et­mi­rik ki, o hör­mət­siz­lik, əx­laq­sız­lıq, o tər­bi­yə­siz­lik, ca­hil­lik ki, bu te­le­se­ri­al­lar­da nü­ma­yiş et­di­ri­lir, heç bir vaxt so­vet ki­no­re­jis­sor­la­rı­nın ağıl­la­rı­na da gəl­məz­di. İde­o­lo­ji tə­ca­vü­zü küt­lə uzun müd­dət se­zə bil­mir. Vay o gün­dən ki, düş­mən mil­li hisslə­ri qı­cıq­lan­dı­ra bi­lən bü­tün nəs­nə­lə­ri, fəndlə­ri iş­lə­də-iş­lə­də əsl ib­lis niy­yə­ti­ni ört-bas­dır edə bi­lir. Ele­men­tar vo­kal sə­nə­tin­dən, mu­si­qi el­min­dən uzaq, "ata­sı-ana­sı bi­lin­mə­yən" türk estra­da zir-zi­bi­li bi­zim efi­rə, səh­nə­lə­rə, hət­ta toy­la­ra da ha­kim kə­si­lib. Du­rub söz de­yən­də baş­la­yır­lar ki, sən türkçü­lü­yün əley­hi­nə­sən. Zöv­qü kor­lan­mış, bi­sa­vad sü­rü­nü ba­şa sa­la bil­mir­sən ki, Os­man­lı tür­kü­nün əsl ba­ki­rə mil­li mu­si­qi­si, nəğ­mə­lə­ri baş­qa aləm­dir, in­san din­lə­dik­cə bir də din­lə­mək is­tə­yir. Ru­si­ya­ya pa­to­lo­ji nif­rət bəs­lə­yən məş­hur si­ya­sət­çi Zbiq­nev Bje­zinski­nin dil­lə­rə düş­müş bir kə­la­mı var: "O gün ki, Qı­zıl Mey­dan­da cins şal­var ge­yin­miş ca­van gö­rü­nə­cək, elə o gün­dən də So­vet döv­lə­ti­nin çök­mə­si baş­la­ya­caq". Də­rin mə­na­lı, ol­duq­ca müd­rik söz­lər­dir! Söh­bət adi şal­var­dan get­mir, o, sa­də­cə ola­raq biz­lə­rə yad olan ta­mam baş­qa hə­yat tər­zi­nin nə­in­ki gös­tə­ri­ci­si, həm də at­ri­bu­tu­dur. Bey­nəl­xalq ma­son­çu­luq da bi­zim mə­nə­vi alə­mi­mi­zə Tür­ki­yə tə­ri­qi ilə zər­bə­ni vur­du. Biz unut­duq ki, dün­ya jan­dar­mı ro­lu­nu boy­nu­na gö­tür­müş ABŞ xü­su­si bağ­lı mək­təb­lər­də ye­tiş­dir­di­yi gə­lə­cə­yin ağa­la­rı­na baş­qa mə­də­niy­yət təl­qin edir. Unut­duq ki, sur­ro­qa­ta, dü­şük, zövqsüz mu­si­qi­yə, pri­mi­tiv ritmlə­rə uy­muş, klas­sik ədə­biy­ya­tın bir nü­mu­nə­si­ni və­rəq­lə­mə­miş, əc­da­dı­nın ir­sin­dən tam bi­xə­bər gəncli­yin ye­tiş­mə­si isə dün­ya­nı ida­rə edən ma­son­la­ra və on­la­rın əlal­tı­sı ABŞ-a la­zım­dır. Mə­nə­vi cır­laş­ma­ya uğ­ra­mış mil­lə­tin sər­vət­lə­ri­nə də, tor­pa­ğı­na da sa­hib çıx­maq asan­dır. Gənclik şi­kəst edi­lib sı­ra­dan çı­xa­rı­lan­da, mil­lə­tin mü­qa­vi­mə­ti də qı­rı­lar. İn­di bə­zi­lə­ri de­yə­cək ki, mən bu möv­zu­da on il­dən çox­dur ki, ya­zı­ram. Bə­li, ya­zı­ram, am­ma çi­fay­da, və­ziy­yət gün­dün-gü­nə pis­lə­şir. Ma­şa­al­lah, şə­hə­ri­mi­zin mər­kəz his­sə­si ol­duq­ca gö­zəl­lə­şib, xa­ri­ci mi­nik ma­şın­la­rı­nın sa­yı-he­sa­bı yox­dur, o adam yox­dur ki, gü­nün ikin­ci ya­rı­sı zən­bil­li, çan­ta­sı do­lu evə qa­yıt­ma­sın, şı­dır­ğı al­ver ge­dir... Ax­şam­lar isə o kü­çə yox­dur ki, ora­da bir-iki əx­laq­sız­lıq oca­ğı tam "anşlaq­la" iş­lə­mə­sin, mən hə­lə ço­xu­na mə­lum olun bə­zi mə­kan­la­rı de­mi­rəm. ABŞ-ın si­ya­sət dəl­lal­la­rı qə­dim Ro­ma im­pe­ri­ya­sı­nın də­fə­lər­lə sı­naq­dan çıx­mış bir təx­ri­bat me­to­du­nu da mü­a­sir dövrdə uğur­la hə­ya­ta ke­çi­rir­lər. Hər han­sı bir öl­kə­də mil­li mü­qa­vi­mə­ti təş­kil edə bi­lə­cək şəxslər, qu­rum­lar ət­ra­fın­da qa­baq­ca­dan xü­su­si əmə­liy­yat­lar ke­çi­ri­lir, müx­tə­lif de­di-qo­du­lar, şa­yi­ə­lər ya­yı­lır, cə­miy­yət­də inam­sız­lı­ğın ya­ran­ma­sı, zid­diy­yət­lə­rin baş­lan­ma­sı üçün hər şey edi­lir. Mil­lə­ti mo­no­lit qüv­və­yə dön­də­rə bi­lə­cək mə­nə­vi nəs­nə­lə­rə ib­li­sa­nə məkrlə rəx­nə vu­ru­lur. Mə­sə­lən, Azər­bay­can­da bö­yük us­ta­lıq­la apa­rıl­mış təx­ri­ba­ta ana­loq tap­maq çə­tin mə­sə­lə­dir. Də­də-ba­ba di­ni­ni, ima­nı­nı, ül­vi, mü­qəd­dəs nə var­sa, xü­la­sə, min il­dən çox ta­ri­xi olan mə­nə­vi sər­ma­yə­ni qo­ru­maq is­tə­yən­lə­rə əv­vəl­cə iran­pə­rəst, bir az son­ra tə­məl­çi, da­ha son­ra az qa­la ekstre­mist ter­ror­çu dam­ğa­sı vur­du­lar. Şər­qə qə­nim kə­sil­miş müx­tə­lif fondlar­dan astro­no­mik məb­ləğ­lər alan, sə­hər ye­mə­yi­ni Pra­qa­da, şam tə­am­la­rı­nı Pa­ris­də həzm-ra­be­dən ke­çir­dən, doğ­ma­la­rın­dan ora-bu­ra "do­nos" ya­zan­lar isə və­tən­pər­vər ki­mi xal­qa sı­rın­dı­lar. Ma­raq­lı­sı da bu idi ki, öz­lə­ri­ni qey­rət mü­cəs­sə­mə­si sa­yan mü­xa­li­fət qə­zet­lə­ri­nin bə­zi mü­hər­rir­lə­ri də bu tə­lə­yə düş­dü­lər. Bur­da hər ad­dım­da "pri­ton" açı­lır­dı, bun­lar isə öz­lə­ri­nə əl qat­mış­dı­lar ki, "ay ha­ray, qoy­ma­yın, Ər­də­bil­də fi­lan qə­ze­ti bağ­la­yıb­lar". Bur­da te­le­ka­nal­lar mil­lə­tin olan-qa­la­nı­nı is­teh­za hə­də­fi­nə dön­də­rib əsl mə­nə­viy­yat­sız­lıq təb­liğ edir­di­lər, bu gül­mə­şə­kər­lər isə İran­da han­sı­sa ha­va­lan­mı­şın tə­sa­dü­fən ağ­zın­dan qa­çır­dı­ğı sö­zə sə­hi­fə­lər­lə şərhlər ve­rir­di­lər. Bur­da yer­li rüş­vət­xor və ha­rın mə­mur­la­rın, ic­ra baş­çı­la­rı­nın gü­na­hı üzün­dən mad­di mə­də­niy­yət abi­də­lə­ri bir­də­fə­lik yer üzün­dən si­li­nir­di, bu ba­şa­bə­la və­tən­pər­vər­lər Təb­ri­zin Ərk qa­la­sın­dan da­nı­şır­dı­lar. Şu­şa, Xo­ca­lı, Kəl­bə­cər, Ağ­dam, qan-na­mus qi­sa­sı isə unu­du­lur. Bu də­qi­qə han­sı ti­nə çıx­san, han­sı ma­ğa­za­ya gir­sən ha­mı Rö­ya­nın to­yu­nun kas­set­lə­ri­ni ax­ta­rır. Bi­lir­si­niz də ki­mi de­yi­rəm? Bəs har­da­sı­nız ay qey­rət da­ğar­cıq­la­rı, ni­yə qə­zəb­nak ol­mur­su­nuz?

«Masallı Mamed» öldü, yoxsa öldürüldü?!


Penitensiar xidmətin rəisi Mədət Quliyev vurulur, yoxsa vurur?!
Azərbaycanlı qanuni oğru, kriminal aləmdə xüsusi nüfuza malik, “Masallı Mamed” kimi tanınan Məmməd İsgəndər oğlu Hüseynov cəza çəkdiyi 1 saylı müəssisədə dünyasını dəyişib. Bu barədə “Masallı Mamed”in yaxınları məlumat veriblər. Onların dediklərinə görə, “qanuni oğru”nun ölümünə səbəb beyninə qan sızmasıdır. Məşhur avtoritetin Masallıda keçirilən yas mərasimində yüzlərlə şəxs iştirak edib.
“Masallı Mamed” ləqəbi ilə tanınan “qanuni oğru” Məmməd Hüseynov ilk cinayətini 1978-ci ildə törədib. Şahidlərin dediyinə görə, Azərbaycan Xalq Təssərüfatı İnstitutuna imtahan verib Masallıya qayıdan Məmməd rayona getdiyi “İkarus” markalı avtobusda cavan bir qıza sataşan bir nəfərlə mübahisə edib. Qıza qarşı təhqirlərə yol verən həmin şəxsi bıçaqlayan Məmməd həbs edilib.

Azadlığın mənası


Hüsamə bin Sərxan                                  husamasarxan@mail.ru


 Çörək istəyənə azadlıq, azadlıq istəyənə çörək verirlər
Dünyada baş verən inqilabi proseslər sürətlə genişləndikcə, özünü ayrı-ayrı məmləkətlərin günəşi hesab edən firon və tiranlar sönür, bir yandan da Allahın istilik stansiyası hesab edilən Günəş gecə-gündüz ətrafında fırlanan Yer kürəsindəki nodərəmət olaylara dözməyərək partlayıb dağılır. Üstəlik, həm dünyəvi, həm ilahi elmlər qarşıdan gələn 2012-ci ili dünyanın sonu kimi dəyərləndirirlər. Bu üzdən hal-hazırkı zaman və məkan kəsiyində bəşəriyyətin bir hissəsi diskomfort, digər hissəsi isterik durumdadır və durumuna uyğun performanslar sərgiləyir. Bəs görəsən, məmləkətimizdə vəziyyət necədir? Birbaşa qeyd edim ki, dünyada və təbiətdə baş verən proseslərin məmləkətimizə və məmləkət sakinlərimizə zərrə qədər də aidiyyatı-fılanı yoxdur. Yəni köhnə pasportstol, köhnə sobez, köhnə vayenkom, köhnə müxalifət… və köhnə taslar. Bir az dərindən düşünsək anlayarıq ki, hətta itirəcəklərimiz də var. Məsələn, sosial problemlərə yönəli etirazlar zamanı daha fəal və radikal mövqe sərgiləyən qadınlarımız reputasiyalarını sürətlə itirməkdə, daha çox ailədə polemika üçün bəhanə yarada biləcək hərəkət və hərəkətsizliklər nümayiş etdirməkdədirlər. Lap bu yaxınların söhbətidir. Qonşuluqda yaşayan 20 ilin ər-arvadı arasında elə bir “Əli qırğını” düşmüşdü. Beləsin təsəvvür etmək, sadəcə mümkünsüzdür. Söz yox ki, onların arasında ara-sıra baş verən “serial çəkişmələri”ndən xəbərdardım. Hətta arvadın “Qurdlar vadisi”nə, kişinin “Fatmagülün suçu nə?” serialına baxdığını da bilirdim. Nə qədər qəribə görünsə də, qlobalizm adlı bəlanın fəsadları zövq və xarakterlərimizə dağıdıcı təsirini davam etdirir və bu üzdən millətlər və xalqlar “Vahid Dünya Hökumətinin” əsarətinə doğru daha sürətlə sürüklənir. Artıq sonun başlanğıcıdır. Ümid qalıb Allaha, bir də abır və həyanın son qalası – İran İslam Respublikasına. Hələ ki, bu ölkədə baldır və açıq sinə tərəfdarları ilə mühafizəkarların amansız mübarizəsi davam edir. Əslində, Misir və Tunis fironlarını çökdürən də bu amil idi. Liviyada baş verən proseslərsə tamam fərqlidir və dünyanı idarə edən güclərin inqilabçı Qəddafiyə qarşı antisimpatiyasının nəticəsidir. Təkcə Qəddafinin yox, bütün inqilabçıların sonu yetişmişdir. Azərbaycanda inqilabi şəraitin yetişdiyini iddia edən antimilli müxalifətimizsə inqilab ritorikasından qurtulsa məsləhətdir. Çünki millətimiz də, hakimiyyətimiz də köhnə ampluasındadı: yuxarılar dədə-baba qaydası ilə idarə edir, aşağılar nənə-bala qaydasına uyğun rəftar sərgiləyir. Ən əsası isə millətimizin baldır və açıq sinə problemi yoxdur. Kimsə razılaşmaya bilər. Lap gözəl. Onda gəlin fərz edək ki, müxalifət qalib gəlmişdir. Mənim üçün çox maraqlıdır, əgər belə olarsa görəsən, dövləti kimlər idarə edəcək? Baldırı və sinəsi açıq qadınlar, yoxsa şortikli, lopabığ kişilər? Bəlkə “Yeni ulduz”, yaxud “De gəlsin” qəhrəmanlarından hansısa? Bəlkə girdirmə yeməkləri ilə televiziya ekranlarını doldurmuş aşpazlar və ya “Toy olsun”dan arvad almağa gəlmiş Səməndər abi?.. Bütün mənalarda anormal və zor durumdayıq. Adamın hansısa girdirmə demokratiya oyununa, yaxud kiminsə hakimiyyət hərisliyinə xatir qətiyyən döyüşmək həvəsi gəlmir. Məncə Xalq daha ağıllı və uzaqgörəndir. Demək, inqilabı sifariş etmək də onluqdur. İndilik isə inqilab istəyən, qisas hissi ilə alışıb-yanan müxalifətimizdir.
Bir də nə istədiyini anlamayan gəncliyin daha səmimi kəsimidir ki, onlar macəraçıdırlar. Mən və həmyaşıdlarım da 20 il öncə beləydik. Bizi tankın-topun qabağına, idarə-müəssisə qapılarını mismarlatmağa göndərib, ardınca bazarlığı özləri yapardılar. Hələ demək istəmirəm ki, başı-gözü əzilən, dırnağı çıxarılan… da bizlər idik. Əlqərəz, bu gün dünyada baş verən proseslərin mahiyyətini anlamadan yabançı və düşmən qüvvələrin əlində dəyənəyə çevrilmək olmaz. Birmənalıdır ki, imperializm dünyanı yenidən bölüşdürür.Artıq nəticələr də var. Necə ki, Liviya dövlətini Fransa prezidenti Nikola Sarkoziyə hədiyyə etdilər.
…Çalışıb Yaradanın bizlərə bəxş etdiyi ömür payını yaşayaq. Onsuz da azəri-türk insanı ömrü boyu iki seçim arasında avara-girincdi: ya azadlıq, ya çörək. Quru çörəyə də şükür, qardaşlar!
Yazının “DABAN”I:
…Əbdürrəhman Vəzirovun zamanında çörək vardı, azadlıq yox. Ayaz Mütəllibovun dövründə nə azadlıq vardı, nə çörək. Əbülfəz Elçibəyin vaxtında azadlıq qıcqırdı, çörək atın belinə qalxdı. İndi isə həm azadlıq var, həm də çörək. Amma çörək istəyənə azadlıq, azadlıq istəyənə çörək verirlər.
Deyirəm ay brat, ünvansız “ünvanlı sosial yardım”ın əvəzinə araq versəydilər, lap aləm olardı. Çünki eşşək kimi ağnamayan insan azadlığın mənasını anlaya bilməz. Azadlıq arzuların çin, arağın bol, təndirin isti və tüstülü olsun, Millət!!!

Unudulmuş qəbiristanlıq


Elşən İmaməliyev     eimamaliyev@yahoo.com

Hamıya məlumdu ki, "Xəzər Lənkəran"ın uğurlarında azərkeşlərinin böyük payı var. Elə klubun dünyaya tanıdılmasında da fanatların rolu çox böyükdü. Çoxları lənkəranlı azarkeşləri Azərbaycanın ən çılğın fanat ordusu olaraq tanıyır. Onların sıralarında yüksək intellektə sahib olan insanlar da az deyil. "Xəzər Lənkəran"ın nəyinki ev oyunlarına, hətta səfər matçlarınada çox sayda azarkeş yollanır. Bununla yanaşı, ölkə xaricində yaşayan, amma qəlbi "Xəzər Lənkəran"la döyünənlərin də sayı az deyil. Təbii ki, televiziya kanallarımızın yarıtmaz siyasəti nəticəsində ölkə xaricində yaşayan azarkeşlər sevimli komandalarının bütün oyunlarını izləyə bilmirlər və bacardıqları qədər oyunların nəticələrini internet saytlarından öyrənməyə çalışırlar. Amma bu saytlarda oyunlar haqqında bütün məlumatları tam dəqiqliyi ilə əldə etmək heə də asan olmur. Bu günkü mövzumuz elə bu haqda olacaq.
"Xəzər Lənkəran" futbol klubunun rəsmi veb səhifəsi ölkəmizin futbol tarixində istifadəyə verilmiş ilk saytlardan biridi. Bu sayt yarandığı gündən azərkeşlər tərəfindən çox sevilir və istifadə edilirdi. Amma son zamanlar sayt unudulmuş qəbirstanlığı xatırladır. Əvvəlcə elə bildim bu yalnız mənim fikirimdi, yəqin mən sayta azarkeş yox, dizayner gözü ilə baxıram. Amma apardığım sorğu nəticəsində fikrimin əksər azarkeşlərlə üst-üstə düşməsinin şahidi oldum. Buna görə də azarkeşlərin "Xəzər Lənkəran"ın rəsmi saytı haqqında dediklərinin bir neçəsini diqqətinizə çatdırıram:
- Heç bir operativlik yoxdu. Yerləşdirilən məlumatların əksəriyyəti statistika xarakterlidi. Saytın ingilis və rus versiyası demək olar ki, hazır deyil.
- Keçirilən sorğular yenilənmir. Ən yaralı yerimiz olan forum işləmir. Yəqin ki, forumun işləməsi kimlərəsə sərf etmir.
- Evdə internetim zəifdi. Saytda isə flaşdan çox istifadə edildiyinə görə aça bilmirəm. 
- Sayğaclar geydirmədi. Səhifəni hər yeniliyəndə bir nəfər artır. Bu düzgün deyil. Uşaq başı aldadırlar?
- Video bölməsində yalnız "Xəzər Lənkəran"ın qalib gəldiyi oyunlardan fraqmentlər var. Bəs məğlub olduğu  oyunlara necə baxaq? "Xəzər Lənkəran"ın qapısına vurulan qolları niyə sayta yerləşdirmirlər? Bu haqsızlıqdı. Ağacı acıdı, dambulu şirin?
- Oyunlar zamanı canlı yayım yoxdu. 
- Saytdan "Xəzər Lənkəran"ın şərəfinə açılmış digər saytlara keçid verilməlidi.
- Oyunçulardan müsahibə alınmır.
Düşünürəm ki, Azərbaycanın ən imkanlı klubunun ən bahalı saytında belə kiçik texniki səhvlərin mövcud olması yaxşı hal deyil. Tutaq ki, bu iradlar təkcə "Xəzər Lənkəran"ın saytına deyil, digər klubların saytlarına da aiddi. Amma... Sadəcə "qızım sənə deyirəm, gəlnim sən də eşit" misalı...

                                                                                                   fanat.az

27.03.2011

“Mənə dedilər ki, bu indi SSRİ-nin deyil, Azərbaycanın sirridir"

Yazıçılar Birliyinin katibi, xalq yazıçısı, dedektiv əsərləri ilə dünyada şöhrət qazanmış Çingiz Abdullayevin müsahibəsi
 
- 150-dək roman və povestin, 400-ə qədər publisistik məqalənin, 50-dən artıq ssenarinin müəllifi bütün bu işləri cəmi 18 ilə görüb. Bu cür gərgin iş rejimi sağlamlığınıza mənfi təsir etməyib ki?

- Doğrudan da, mənim çox gərgin iş rejimim var. Hətta bir çox insanlar bu qədər işin öhdəsindən tək gələ bildiyimə inanmırlar. Düşünürlər ki, buna nə fiziki, nə də mənəvi güc yetməz. Bir neçə il öncə «Oqonyok» jurnalında yazılmışdı ki, «Çingiz Abdullayev adlı yazıçı yoxdur. Bu ad uydurmadır. Dörd nəfərdən ibarət yazıçı, jurnalist, müstəntiq qrupu birlikdə «Çingiz Abdullayev» adı altında detektiv əsərlər yazır. Axı, ola bilməz ki, bir insan tək bu qədər yazsın». Mən də onlara məktub göndərdim və orada qeyd etdim ki, əgər müəllifi olduğum kitablardan birində mənim yazmadığım bir sətir tapsanız, sizə 10 min dollar verəcəyəm. Əgər tapmasanız, mənə bir rubl verin və üzr istəyin. Düzdür, onlar sonradan üzr istədilər, ancaq bir rublu vermədilər.
Gərgin fəaliyyətin səhhətimə təsirinə gəlincə isə, deyə bilərəm ki, əvvəllər bu heç bir narahatlıq yaratmasa da, artıq müəyyən problemlər hiss edirəm. Həkim məsləhətinə ehtiyacım olur. Ayaqlarımda ağrılar var. Mən həm çox otururam, həm də çox gəzirəm. Bəlkə də səbəb budur. Ancaq irsi problem də ola bilər. Mənim atamda, babamda da ayaq ağrıları olub. Bütün hallarda düşünürəm ki, fasiləsiz işləmək doğru deyil.

- Gözləriniz niyə belə şişib?

- Mən əsasən gecələr yazıram. Gecə cəmi iki saat – 11-dən 1-ə qədər yatmışam. Saat 1-dən səhərə qədər yazmışam və sonra işə gəlmişəm. Burada da ki yenə çalışıram.

- Tibb mütəxəssisləri gecə yuxusunun sağlamlıq üçün çox vacib olduğunu söyləyirlər, ümumiyyətlə, yuxusuzluğun insan orqanizminə mənfi təsirləri ilə bağlı daim xəbərdarlıq edirlər. Bunun psixoloji problemlərə, yaddaş pozulmasına və s. səbəb ola biləcəyini deyirlər…

- Mən hər zaman gecələr yazmışam. Əlbəttə ki, müəyyən narahatlıq, yorğunluq olur. Ancaq nə qədər yorulsam da, ürəyim istəyən kimi işləyə bilirəmsə, yazıramsa, özümü çox xoşbəxt hiss edirəm. Bu elə gözəl duyğu, elə bir həzzdir ki, onu ifadə etmək mümkün deyil. Yaddaşsızlıqdan və ya psixoloji problemlərdən şikayətim yoxdur və heç vaxt olmayıb. Mən bilmirəm istirahət nədir. Oturub heç nə etməsə, insan dəli olar. Əsl psixoloji problemlər o vaxt ortaya çıxar.

- Siz həm də Sosiologiya və sosial psixologiya fakültəsini bitirmisiniz. Yaxşı psixoloqsunuz?

- Düzü, bu haqda özümün nəsə deməyim doğru olmazdı. Ancaq dostlarımın və yaxınlarımın fikrincə, insan psixologiyasından yaxşı anlayıram. Əslində, yazıçı insan psixologiyasını yaxşı bilməlidir ki, onun yazdıqlarını oxusunlar. Əsərlərim dünyanın 27 dilinə tərcümə edilib, kitablarım Azərbaycanda, eləcə də dünyanın müxtəlif ölkələrində – Türkiyədə, Amerikada, Fransada, Bolqarıstanda, Rumıniyada, Ukraynada 25 milyondan artıq tirajla nəşr olunub. Norveçdə olarkən əsərlərimi insanların baha qiymətə – 32 avroya həvəslə aldığını görəndə istəyirdim onlara deyim ki, ay balam, almayın bu kitabları belə qiymətə. Mən o qədər də ağıllı adam deyiləm.
Hər halda, onlar mənim gözlərimə vurulmamışdılar. Mənə deyirlər ki, sən insanları yaxşı başa düşürsən. Deməli, insan psixologiyasından anlayıram.

- «Alçağın üslubu»əsərində Balzakın «Vəkillər, həkimlər və keşişlər həmişə bir qədər abırsız olurlar, belə ki, onlar həmişə insan nöqsanları haqqında daha çox şey bilirlər» fikrindən istifadə etmisiniz. Balzakla həmfikirsiniz?

- Mən bir daha vurğulamaq istəyirəm ki, bunu mən yox, Balzak deyib. Amma etiraf etmək lazımdır ki, bu bir həqiqətdir.

- Deyirlər ki, Çingiz Abdullayev hüquqşünas olmasaydı, belə məşhur detektiv yazarı ola bilməzdi. Digər tərəfdən isə, bizə məlumdur ki, məşhur detektiv əsərlərin müəllifi, ingilis yazıçısı Konan Doyl ixtisasca hüquqşünas yox, həkim olub. Maraqlıdır, siz həkim olsaydınız, qarşımızda bugünkü Çingiz Abdullayevi görə bilərdikmi?

- Belə fikirləri mən də eşidirəm. Hətta bəziləri deyirlər ki, Çingiz Abdullayev hüquq-mühafizə orqanlarının məxfi sənədlərinin saxlanıldığı arxivlərə girmək imkanına malik olmasaydı, belə əsərlər yaza bilməzdi. Arxivlərdə arxiv işçiləri də çalışırlar, tək hüquqşünas da mən deyiləm. Hər şey yazıçının istedadından asılıdır. Yazıçı yaza bilmirsə, heç bir ixtisas, arxiv ona kömək edə bilməz. Amma bu peşənin yaradıcılığıma təsirini də istisna etmirəm. Həkimliklə yazıçılığı əlaqələndirməyinizə gəlincə isə deyə bilərəm ki, mən heç vaxt həkim olmazdım.

- Nə üçün?

- Əslində, mənim həkimlərə də, həkimlik peşəsinə də böyük hörmətim var. Ancaq mən uşaqlıqdan bilirdim ki, hüquqşünas olacağam. Mənim ulu babam, babam, atam hüquqşünas olub. Qardaşlarım, əmilərim də…
Yəni bizdə beş nəsil boyunca hamı hüquqşünasdır. Sovet vaxtı uşaq bağçasında soruşanda uşaqların hamısı kosmonavt olmaq istədiyini deyirdi, amma mən hüquqşünas. 10-cu sinfi qurtaran kimi hüquq fakültəsinə daxil oldum. Uşaqlarım da hüquqşünasdır. Heç vaxt həkim olmaq haqqında düşünməmişəm. İnstitutda oxuduğum dövrlərdə məhkəmə tibb ekspertizası üzrə keçilən dərslərdə bizi morqa aparırdılar. Mən heç vaxt getmirdim. Əsərlərimdə ölüm faktları çox olsa da, ölülərə baxa bilmirəm.

- Əsərləriniz əsasında seriallar, bir çox filmlər çəkilib. Onlardan biri də «Məhkumların cənnəti» əsərinin motivləri əsasında çəkilmiş «Məhkumlar» filmidir. Necə oldu ki, belə bir əsər yazmaq qərarına gəldiniz? Və necə oldu ki, yüzlərlə əsərləriniz içərisindən film çəkmək üçün məhz bu seçildi?

- Mən bilirdim ki, əgər mən cüzam xəstəxanasına getməsəm, orada yaşayan xəstələrin dəhşətli həyatı ilə tanış olmasam və bu haqda yazmasam, oraya heç kim getməyəcək. Belə xəstələrlə heç kim ünsiyyət qurmaq istəmir. Mən əsərimdə onların yaşadıqları həyatı təsvir etməyə çalışmışam. Əsərdə bu xəstəliyə yoluxmuş insanların cəmiyyətə qaynayıb-qarışması üçün şərait yaradılmasının vacibliyi göstərilib. Hadisələr real həyatdan götürülüb və əlacsız xəstəliklərə məruz qalmış adamların xilası naminə onlarla insani münasibət qurmaq, bu insanlarla cəmiyyət arasındakı səddi sökmək, insanlarda onlara münasibətdə mərhəmət və qayğı oyatmaq məqsədi daşıyır. Bu film cəmiyyətdən təcrid olunan insanların sağ ikən cəmiyyət üçün ölü olmalarına qarşı üsyandır. Onlar elə bir bəlaya düçar olublar ki, hətta dustaqlara, əsirlərə həsəd aparırlar. Çünki onlar yaşadıqları halda, hətta yaxınları, əzizləri üçün artıq yoxdurlar. Cəmiyyət onlarla üzləşmək istəmir. Onlar öz dərdlərini özləri çəkməlidirlər. Dərdlərinin isə çarəsi yoxdur.
Bu əsərin ekranlaşdırılmasını rejissor Mehriban Ələkbərzadə təklif etdi. Mən razılaşdım və filmin ssenarisini yazdım. Filmdə Umbakı qəsəbəsində yerləşən cüzam xəstəxanasının sakinlərindən bəhs olunur. Düzdür, mən filmə baxanda ssenaridə müəyyən dəyişikliklərin edildiyini gördüm. O dəqiqə bilinir ki, qadın sentimentallığı öz işini görüb. Mənim ssenarimdə qəhrəmanların hər ikisi sonda vəfat edirdi. Filmdə isə onlar sağ qalırlar və qovuşurlar.

- Əsərlərinizdə sovet dövrü ilə bağlı nostalji hisslər geniş yer tutur. Sovet səhiyyəsi ilə bağlı da belə düşüncələriniz varmı?

- Əslində, sovet dövründə hər şey indi təsvir edildiyi kimi pis deyildi, axı. O dövrün yaxşı cəhətləri də çox idi. Həmin dövrdə səhiyyə xidməti də yaxşı səviyyədə idi. Deməzdim ki, bugünkü Azərbaycan səhiyyəsinin səviyyəsi məni qane etmir. Son dövrlər bu sahədə ciddi irəliləyişlər hiss olunur. Amma problemlər də çoxdur. Məncə, məbləğin çox və ya az olmasından asılı olmayaraq, müayinə və müalicə üçün lazım olan pulu kassaya ödəyib, qəbz almaq daha yaxşıdır. Pulsuz səhiyyə, yaxud başqa cür ödəmə mənə görə deyil.

- Həkimə ancaq ehtiyac olanda müraciət edirsiniz, yoxsa?..

- Əvvəllər ancaq ehtiyac olanda həkimə gedirdim. İndi həyat yoldaşımın təkidi ilə ildə bir və ya iki dəfə tam müayinədən keçirəm.

- Bilirik ki, xarici ölkələrə çox səfər edirsiniz. Azərbaycanda, yoxsa xarici ölkələrdə müayinə və ya müalicə olunmağa üstünlük verirsiniz? Ümumiyyətlə, bunun sizin üçün fərqi varmı?

- Azərbaycanda da, xarici ölkələrdə də həkimə müraciət edirəm. Fərqə gəldikdə isə, «yoxdur» desəm, yalan olar. Çox fərqi var. Yeri gəlmişkən, sizə xarici ölkələrdən birində xəstəxanada müalicə olunmağımla bağlı hadisəni danışım. Portuqaliyadan Fransaya gedərkən qatarda özümü pis hiss etdim. Məni Fransada xəstəxanalardan birində xüsusi palataya yerləşdirdilər.
İlk dəfə idi ki, belə gözəl xəstəxana görürdüm. Mənə tərcüməçi verdilər, Azərbaycanın Fransadakı səfirliyinə xəstələnməyimlə bağlı məlumat çatdırdılar. Şəhərin meri ziyarətimə gəldi. Məni müayinə edən qadın həkim ciddi problemin olmadığını dedi. Gecə necə yatdığımı soruşdu. Dedim ki, Portuqaliyadan Fransaya gəlirdim, yatmamışam. «Bəs, dünən gecə?» – deyə soruşdu. «Afrikada, Seneqalda olmuşam» dedim. «Bəs, o biri gün?» Deyəndə ki, «Buenos-Ayresdə idim», bu cavabım palatadakı hər kəsin gülüşməsi ilə nəticələndi. Həkim narahatçılığın yorğunluqla əlaqədar olduğunu dedi. Mən bir gündən sonra xəstəxananı tərk etdim. Onu da qeyd edim ki, həmin o bircə gün bir neçə min dollara başa gəldi.
Mənim Afrikaya da, Amerikaya da tibbi sığortam var idi. Ancaq Fransada bir neçə saat qalacağımı düşündüyüm üçün sığortaya ehtiyac duymamışdım. Bu hadisədən sonra mən hansısa ölkəyə lap bir saatlıq da getsəm, mütləq sığorta alıram.

- Əsərlərinizdən hiss olunur ki, yeməyi çox sevirsiniz. Qorxmursunuz ki, çox yemək adamı az yeməkdən də qoyar?

- Doğrudan da, mən gözəl yeməklər yeməyi xoşlayıram. Dünya mətbəxlərini, ən çox isə Azərbaycan (Bakı) və italyan mətbəxlərini sevirəm. Dünyanın ən yaxşı 10 restoranından 8-də olmuşam və onların adlarını əsərlərimə də salmışam. Amma bu o demək deyil ki, mən çox yeyirəm. Xarici ölkələrdə yemək mədəniyyəti bir az fərqlidir.
Orada çox yemək deyil, ləzzətli yeməklərin dadına baxmaq önəmlidir. Bununla bağlı da bir xatirə danışım. Ad günlərimdən birini xarici ölkələrdən birində azərbaycanlı dostlarımla qeyd edirdim.
Restoranda bizə iri boşqabların ortasına çox az qoyulmuş yemək verdilər. Dostlarım bunu görəndə ilk reaksiyaları belə oldu: «Bu nədir, bu yeməkdir?» Əvvəllər mən də çox yeyirdim. 1990-cı ildə 114 kq idim. Onda hiss etdim ki, köklük yatanda, gəzəndə, işləyəndə, ümumiyyətlə, bütün hallarda mənim normal həyat tərzimə mane olur. Ondan sonra arıqlamağa qərar verdim və tədricən 17 kq arıqladım. Bunu isə sadəcə yeməyimi azaltmaqla bacardım.

- Zərərli sayılan qidalardan imtina edirsiniz?

- Heç vaxt seçmirəm ki, bunu yeyim, çünki zərərsizdir, ancaq onu yeməyim, çünki zərərlidir. Orqanizmə mənfi təsiri baxımından daha çox «fast fud»la bağlı xəbərdarlıq edirlər. Ancaq hesab edirəm ki, bunu əfsanəyə çeviriblər. Mən, əgər ürəyim istəyirsə, «fast fud»dan da imtina etmərəm, alıb yeyərəm.

- Həyat yoldaşınız oftalmoloqdur. Sizin isə yaxşı atıcı olduğunuzu bilirik. Gözlərinizin belə yaxşı görməsində Züleyxa xanımın xidmətini necə dəyərləndirirsiniz?

- Bax, indi mənə göz dəyəcək. Mənim gözlərim həqiqətən yaxşı görür. Qeyd etdiyiniz kimi, 150-ə qədər kitab yazmışam. Buna baxmayaraq, gözlərimlə bağlı heç bir problem yaşamamışam. Göz həkimləri gözlərimi nə vaxt yoxlasalar, belə yaxşı görməyimə təəccüblənirlər. Mən indiyə qədər eynək taxmamışam.
Düzdür, mənim həyat yoldaşım göz həkimidir, amma mən onun pasiyenti deyiləm. Mənim atam da 80 yaşına qədər eynəkdən istifadə etməyib. Görünür, bu keyfiyyət mənə atamdan keçib. Bəlkə də, atıcılıq idman növü ilə məşğul olmağım, ya da çox işləməyim onları zəifləməyə qoymur, bilmirəm, amma, maşallah, yaxşı görürəm.

- Həkim həyat yoldaşı ilə yaşamaq necədir?

- Çox yaxşıdır. Hər ailədə mütləq heç olmasa bir nəfər həkim olmalıdır. Bu, ailə üzvlərinin sağlamlığı baxımından çox vacibdir. Həkimlik çox çətin, məsuliyyətli, həm də çox vacib peşədir.

- Övladlarınız niyə anaları kimi həkim deyil, ataları kimi hüquqşünas olmaq istədilər? Onların seçimində sizin rolunuz oldumu?

- Yox, bu onların öz seçimidir. Ümumiyyətlə, mən valideynlərin övladlarının sənət seçiminə müdaxiləsini doğru hesab etmirəm. Bu onların bütün həyatlarını korlaya bilər.

- Çingiz müəllimin hansı zərərli vərdişləri var?

- Heç vaxt siqaret çəkməmişəm. Çox içən də deyiləm. Biz dostlarla oturanda Anar müəllim həmişə deyir ki, gəlin, Çingizin xanımını sevindirək. Həyat yoldaşım məni 25 ildə hələ sərxoş görməyib. Mən ancaq təyyarədə çox içirəm. Çünki təyyarədən çox qorxuram.

- 80-dən artıq ölkədə olmuş, uçuş saatlarını üst-üstə gəlsən, bəlkə də, göydə aylarla, illərlə vaxt keçirmiş Çingiz Abdullayev hələ də təyyarədən qorxur?

- Hələ də qorxuram. Niyə yalandan deyim ki, qorxmuram? Bəlkə, baş verən bəzi hadisələr buna səbəb olub. Bir dəfə mənim uçduğum təyyarə yerdəki benzin daşıyan maşına dəyib. Nə yaxşı ki, nə zavod, nə də təyyarə partlamadı.
Bir dəfə də təyyarədə tufana düşmüşük, pilot istiqaməti dəyişməli olub. 1996-cı ildə isə mənim içərisində olduğum Moskva – Bakı təyyarəsi yanıb. Təyyarəmizin necə qurtulduğunu bilmirəm. Bəlkə də, belə hadisələrdən sonra daha çox qorxmağa başlamışam. Amma qorxsam da, yenə də uçuram.

- Yaradıcılığın sizin sağlamlığınıza müsbət, yaxud mənfi təsiri varmı?

- Mən yazmasam, yaşaya bilmərəm. Atam mənə bir dəfə dedi ki, Çingiz, yazdıqlarının qarşılığında sənə pul verməsələr, yenə də yazarsan?
Dedim ki, yazaram. Hərçənd bilmirəm, necə yaşayardım onda? Yəqin ölərdim acından. Çünki məndən biznesmen çıxmaz. Yazmaq daxili ehtiyacdır. Mən əsərlərimin oxunduğunu biləndə çox sevinirəm. Mənim əsərlərimi dünyanın müxtəlif ölkələrində yaşayan yüz minlərlə insan oxuyur və mən ömür boyu fəxr edəcəyəm ki, onların arasında Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın baş naziri Vladimir Putin, Rusiya Prezidenti Dmitri Medvedev, Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze kimi insanlar var. Elə oxucularım var ki, onlar mənim bütün əsərlərimi oxuyublar.
Yaradıcılıq narkotikdən asılılıq kimidir. Tolstoy 82 yaşına, Qılman İlkin 94 yaşına, Sergey Mixalkov 97 yaşına qədər yaşayıb və yaradıb.
Bəlkə də, yazıçılar elə yazmaq üçün yaşayırlar, bəzən onlar yazmaq xatirinə xəstəliklərə də qalib gəlirlər.
Ümumiyyətlə, yaradıcılığın insan həyatına çox müsbət təsiri var. Əgər sən bu sahədə uğur qazanırsansa, bu, ikiqat müsbət təsir edir.

- Yaradıcılığı narkotiklərlə müqayisə edirsiniz. Amma bəzən oxumaq da asılılığa çevrilir, kitabı başa vurmadan əldən yerə qoymaq olmur. Əsərlərinizi gənclər üçün zərərli asılılıq hesab etmirsiz ki?

- Yox, zərərli deyil. Kitab, sənət, ədəbiyyat, incəsənət adama yaşamaq üçün kömək etməlidir. İnsanı inandırmalıdır ki, Allah var və hər şey yaxşı ola bilər. Bu baxımdan, hesab edirəm ki, əsərlərimlə insanlara kömək edə bilirəm.

- Əsərlərinizdə niyə dünyanın səhiyyə problemləri qaldırılmır? Saxta dərman biznesi, həkim cinayətləri…

- Həqiqətən də, bunlar çox vacib məsələlərdir. Azərbaycan da dünyanın bir hissəsidir və ölkəmizdə bir vaxtlar saxta dərmanlarla bağlı ciddi problem var idi. Düzdür, son zamanlar bu sahədə xeyli işlər görülüb. Ancaq yenə də apteklərimizdən dərman alanda adam bir az qorxur.
Bu mövzuda əsərlər yazmağa gəlincə isə, siz dediniz, mənim də marağımı cəlb etdi. Öncə bu sahədə maraqlı məlumatlar, faktlar toplamalıyam.

- Çingiz müəllim, yaralarınız necədir? Bildiyimizə görə, sovet dövründə işinizlə bağlı ezamiyyətdə olarkən iki dəfə yaralanmısınız…

- Yaralarım sağalıb, heç bir problem yoxdur. Bu haqda heç vaxt danışmırdım, çünki bu barədə söhbət düşəndə anam həyəcanlanırdı.
Mən həmişə deyirdim ki, belə hadisə olmayıb, onu yalandan yazıblar. Evdə uşaqlar da bilmirdilər.
Amma bir gün qızım ayağımda böyük bir çapıq izini gördü və artıq mən ona yalan demədim. Amma bu haqda yenə də geniş məlumat verməyəcəyəm. Bir dəfə söhbət əsnasında hadisənin təfərrüatları barədə danışırdım. Fikirləşirdim ki, SSRİ dağıldığına görə, bu hadisə də artıq sirr deyil. Onda mənə dedilər ki, bu indi SSRİ-nin deyil, Azərbaycanın sirridir.

- Söhbətimizin sonunda arzularınızı eşitmək istərdik.

- O insanlar xoşbəxtdir ki, onlar yaşayırlar və xəstələnmədən ölürlər. Bir yaxşı ifadə var: Əgər siqaret çəkmirsənsə, içki içmirsənsə, sağlam öləcəksən. Mənim atam da, anam da 80 ildən artıq yaşayıblar və yuxuda vəfat ediblər. Bu hesabla, mən də 95 il sağlam yaşamalıyam. Arzum odur ki, insanlar xəstələnməsinlər. Həkimlərə isə arzum odur ki, ən yüksək maaşı onlar alsınlar. Həkimlər ən yaxşı dolanışığa və ən böyük hörmətə layiqdirlər.


                                                                                  yenilik.az