06.02.2011

Aynur İsgəndərli

Bakı mədəniyyətinin daşıyıcıları

İsgəndərli Aynur Akif qızı- Azərbaycan müğənnisi Mədəniyyət və İncəsənət Universitetinin məzunu, Bakı Musiqi Akademiyasinin tələbəsi

Aynur İsgəndərli 20 avqust 1987-ci ildə Bakı şəhərində musiqiçilər ailəsində dünyaya göz açmışdır. İlk müəllimləri valideynləri olmuşdur. Atası və anası ali savadli musiqiçilərdir. Atası Akif İsgəndərli Azərbaycanın tanınmış piano ifaçılarındandır. Hal Hazırda Əhməd Bakıxanov adına xalq calğı alətləri ansamblının üzvüdür. Anasi İradə İsgəndərli vokal və piano üzrə ali savadlı musiqiçidir. Ana babası Mirzəaga Məmmədov Azərbaycanın tanınmiş klarnet ifaçılarından olubdur. Ata babası Kamal İsgəndərov 40-il Opera və Balet teatrında rejissor işləmişdir. Atasının babası Azərbaycanın əməkdar artisti Qulam İsgəndərov Opera və Balet Teatrının məşhur solistlərindən olmuşdur. Ulu babası Kazım İsgəndərov xanəndə olmuşdur. Hacı Zeynalabdin Tağıyev adına teatrda (indiki Musiqili Komediya Teatrı) 1902-ci ildə Bakıda keçirilən 2-ci şərq konsertində Cabbar Qaryağdı, Mirseyid Mirbabayevlə yanaşı Aynurun ulu babası xanəndə Məşədi Kazım İsgəndərov da iştirak etmişdir. Aynur 2005-ci ildə 5 saylı ümumtəhsil məktəbini bitirmişdir.Həmcinin məktəbin bütün tədbirlərində fəal iştirak etmiş, fəxri diplomlarla təltif olunmuşdur.Paralel olaraq 16 saylı Yeddi illik musiqi məktəbində musiqi təhsili almiş,fortepiano sinfini bitirmişdir. 5 yaşında "Hər birimiz bir çiçək" (Ələkbər əmi) televiziya verilişinin solisti olmuşdur. Hələ məktəb yaşlarında ikən Vaqif Gərayzadənin "Şərq ulduzları" uşaq vokal ansamblının tərkibində böyük səhnələrdə konsertlərdə çıxış etmişdir. 2004-cü ildə "Azəri star" tele-layihəsində ugurla iştirak edərək 3-cü yeri tutmuşdur."Musiqili Qədəmər" adlı albomu telelahiyədən sonra işıq üzü görmüşdür.2005-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin estrada, solo-oxu fakültəsində Vaqif Gərayzadənin sinfində təhsil almiş və Jazz musiqisinin sirlərinə yiyələnmişdir.Həmcinin Mugam ustadi Qəzənfər Abbasovdan mugam dərsləri almişdır.Həmin il Şanxayda kecirilən 8-ci Beynəlxalq Asiya Festevalına dəvət almış və "Gələcəyin ən perspektivli müğənnisi" nominasiyasını qazanmışdır.2008-ci ildə Bakida kecirilen Eurovision secim turlarina qatilaraq ilk 3 namizedden biri olmuşdur. 2010 -cu ilde Latvianin paytaxti Riqada kecirilen "Atlantic breeze" yarışmasında iştirak etmiş "Best Vocal" ve "Aziyanin səsi" nominasiyalarını qazanmış ve laureat olmuşdur.Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. Vaqif Gərayzadənin rəhbərlik etdiyi "Aypara" ansamblının solistidir.2010-cu ildə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasına qəbul olmuş, vokal şöbəsində ikinci Ali təhsilini davam etdirir. Geniş diapazona malik olan,gənc müğənninin səs tembri kloratur sopranodur.

                                                                                     wikipedia.org

Комментариев нет:

Отправить комментарий