Qocaman yazıçı Sərxan Əhmədovdan bir esse
5 yaşımda bildim ki, hər şeyi hamıdan yaxşı atalar bilir, bəzən də analar.
10 yaşımda anladım ki, əyri işin faydası yoxdur, lap ustalıqla yerinə yetirilsə belə.
15 yaşımda öyrəndim ki, çağa ananı səkkiz saatlıq gündüzdən, atanı da səkkiz saatlıq gecədən məhrum edirmiş.
20 yaşımda başa düşdüm ki, kişinin cazibəsi gücündə, qadının gücü isə cazibəsindədir.
25 yaşımda anladım ki, gələcək- insana irsən ötürülən bir şey deyil, özünün yaratdığı bir şeydir.
30 yaşımda öyrəndim ki, xoşbəxt yaşamağın sirri sevdiyin işlə məşğul olmaqda deyil, məşğul olduğun işi sevməkdədir.
35 yaşımda anladım ki, insan həyatının 10 faizi başına gələnlərdən, 90 faizi isə onlara verdiyi reaksiyalardan ibarətdir.
40 yaşımda bildim ki, kitab- insanın ən yaxşı dostu, kor-koranə təqlid isə ən pis düşmənidir.
45 yaşımda anladım ki, kiçik qərarları beyinlə qəbul etmək lazımdır, böyük qərarları isə ürəklə.
50 yaşımda başa düşdüm ki, sevgisiz fədakarlıq etmək olar, amma fədakarlıqsız sevmək əsla mümkün deyil.
55 yaşımda öyrəndim ki, həyatda əsas məsələ əlində yaxşı kartların olması deyil, pis kartlarla yaxşı oynamağı bacarmaqdır.
60 yaşımda bildim ki, insan özünü yetkin saymadıqca kamilləşməkdə davam edir, özünü yetkin zənn edən anda isə bəlaya düçar olur.
65 yaşımda anladım ki, sevmək və sevilmək dünyada ən böyük ləzzət imiş.
70 yaşımda başa düşdüm ki, həyat doğrudan da, gözəldir.
Комментариев нет:
Отправить комментарий