21.02.2011

AMERİKA DA ETİRAZ DALĞASI İLƏ SİLKƏLƏNDİ

                  On minlərlə insan artıq bir həftədir ki, etiraz aksiyaları keçirir 

FaktXeber.com-un ABC News-a istinadən verdiyi məlumata görə, Amerikanın Viskonsin ştatında büdcə təşkilatı işçilərinin nümayişləri davam edir. Ştatın yeni qubernatoru Skott Uoker isə etirazlara baxmayaraq dövlət qulluqçularına verilən əlavə müavinətlərin kəsilməsində israrlıdır. Viskonsin ştatının yeni qubernatoru Skott Uoker əlavə müavinətlərin kəsilməsi ilə ştatın büdcə kəsirlərini azaltmaq niyyətindədir. Buna etiraz edən on minlərlə insan artıq bir həftədir ki, etiraz aksiyaları keçirir. Nümayişçilər artıq qubernatorun istefasını da tələb edir. Qubernatorun büdcə kəsirləri ilə mübarizə qaydasına etiraz edənlər Viskonsin ştatının mərkəzi sayılan Medison şəhərində bir neçə inzibati binanı tutublar. Yeni qubernator isə büdcə kəsirlərini azaltmaq yolunu dövlət qulluqçularına verilən maliyyə yardımlarını kəsməkdə görür. Bu isə tibbi sığorta və büdcə təşkilatında işləmiş şəxslərin təqaüdləri üçün təhlükə yaradır.

Qeyd edək ki, Viskonsin və digər bir neçə ştatın büdcəsində isə ciddi kəsirlər var. 2011-2013-cü illər üçün bəzi ştatların büdcələrində 3,5 milyard dollar kəsir var. Skott Uoker isə büdcə kəsirlərinin azaldılmasında başqa çıxış yolunun olmadığı qənaətindədir. Belə kütləvi aksiyalar Viskonsində ilk dəfə olaraq keçirilir. Ştat sakinlərinə on minlərlə insan internet vasitəsilə dəstək verir.

Xatırladaq ki, Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama da büdcə kəsirlərini azaltmaq üçün dövlət qulluqçularının əmək haqlarının dondurulmasını təklif edib. Ağ ev bu üsulla il ərzində 2 milyard dollar qənaət ediləcəyini düşünür. Baxmayaraq ki, 1,5 trilyon dollar büdcə kəsirinin qarşısında iki milyard dollar çox cüzi rəqəmdir.

Комментариев нет:

Отправить комментарий