18.02.2011

HƏR NƏ YOL OLSUN İSTƏRƏM

Azərbaycan şeir antologiyası



Əziz Səlami
                                    

                                                    (Rasim Qaracaya)



Hər nə yol olsun istərəm            

Yolumun üstündə duran

Bir ağac

Bir qaya

Yol olsun istərəm

Gələn uzaqlardan

Gedən uzaqlara



Hər nə yol olsun istərəm

Hər gecə yatdığım bu yataq

Yol olsun istərəm

Açılsın yumulmasından göz qapaqlarımın

Uzansın

O qərib dünyalara            



Hər nə yol olsun istərəm

Cəsədim belə yol olsun istərəm

Keçsin böcəklərdən

Çiçəklərdən

Keçsin ana torpağın ürəyindən

Qovuşsun

Sonsuzlara


Hər nə yol olsun istərəm.

Комментариев нет:

Отправить комментарий