Mən Sayman Aruz (Həsənzadə) Dünya Azərbaycanli Yazarlar Qurumunun rəhbəri, eyni zamanda AYB-nin Güney şöbəsində çalışıram.
2. Səhv etmirəmsə, siz Təbrizdən Azərbaycana gələndə öz ad və soyadınızla gəlmişdiniz. İndi isə hamı sizi “Sayman Aruz” kimi tanıyır. Bu ləqəb düşərli oldumu?
Umumiyyətdə ədəbi mühütdə adətən yazarınç şairin onu eks etdirən bir ad olur. Məndə də təbii olaraq bu cür alındı. Biz o, tayda olan milli yazarlar tarizimizə bir qayıdış hissi deyərdim daha güclüdürç yəqin bununda təsiri var bu adımda. Güneydə gedən milli hərəkatın nə dərəcədə güclü olmasından xəbərlisiz. Həmin hərəkatın amacı, milli varlıqlar və milli kimliklərə əl çatmaq və inkişaf elətdirməkdir. Biz də milli hərəkatın önündə olan insanlar kimi, ilk öncə Fars və Ərəb adlarından imtina eləməyi özümüzə borc bilirik. Hər adın arxasında həmin millətin keçmişi və gələcəyi gizlənir. Bizim kimliyimizi və zəngin tariximizi, fars və ərəb adlarının arxasında gizlətməyə çalışırlar. Məncə, Azərbaycan türklərinin hər biri bu işi görməlidir.
3. Sizi yaxından tanıdığıma görə deyə bilərəm ki, qısa zaman kəsiyində Azərbaycanda geniş ədəbi fəaliyyətinizə görə siz indi Azərbaycan Yazıçılar Birliyində çalışırsınız. Bəlkə bu yolu necə keçdiyinizi anladasınız?
Insan zəhmətsiz heç nəyi əldə edə bilməz. Mənim əldə elədiyim uğurlar da öz əməyimin sayəsindədir. Məncə, səbr və istedada söykənən hər bir insan özünə layıq olan yeri tuta bilər. Yazıçılar Birliynə getməyimin əsas səbəbi isə, orada Güney Azərbaycan şöbəsinin çagdaş ədəbi əlaqələrin daha aktiv formaya gəlməsi istəyidir.Keçən iki il ərzində, Güney Azərbaycanda olan problemləri və ədəbi-siyasi prosessləri önəmə çəkib, onu bu tayli soydaşlarımıza şatdırılmasına çalışmışam. Müstəqil Azərbaycan, bizim də Vətənimizdi. Bizim də burda payımız var. Indiki durumda isə biz o taylı soydaşlarımızın bu taydan yardım payını dövlətimizdən istəyirik. Güney, Quzeyin Gücüdür. Qarabağın azad olunmasını tələb ediriksə, onda gərək bu həqiqəti də bilək ki, Qarabağın azadlıq yolu Güneydən keçir. Mənim ədəbi-ictimai zəhmətlərim nəticə etibarilə məni hələki AYB-yə gətirib çıxarıb. Orda da böyük həcmdə görüləcək işlərə maddi imkan hələki yoxdu. Amma AYB-də çalışmağımı, dövlətimizin mənlə marağlanması və mənə göstərdiyi qayğı kimi dəyərləndirirəm.
4. Dünya Azərbaycanlı Yazarlar Qurumu yaradılanda bəzi millət vəkilləri və yazarlar sizə birgə çalışmaq təklifi bulmuşdular. Ancaq siz təkbaşına çalışmaq qərarına gəldiniz və bəlkə də seçiminizdə yanılmadınız, çünki DAYAQ artıq Azərbaycanda tanınan bir quruma çevrilib və onun çoxsaylı kitab nəşrləri və saytı var...
Bir neçə millət vəkili mənə bu yolda yardım etmək istədilər. Amma doğrusu baxdım gördüm ki, onların bu məsələyə istəkləri olsa da, umumiyyətdə Güney məsləsinə məqsədyönlü şəkildə yanaşmırlar.Əlbəttə bu yaxşı haldır ki, hər bir vətəndaşımız və xüsusilə dövlət adamlarımız bu məsələy diqqət etsinlər. Amma bu diqqət, yalnız ümid verici sözlərdə bitməməlidir. Mənsə onlar kimi özümü reklam etmək yox, bəlkə iş görmək qərarındaydım. Ona görə də bu yolda ciddi şəkildə çalışanlarla birlikdə davam etməyi məsləhət gördüm. Bizim, Güneylilərin kitablarını çap etmək üçün vəsaitə ehtiyacımız var. Heç olmasa ayda bir yeni kitab çap etməliyik ki, Güney ədəbiyyatını, orada olan zəngin ədəbi irsi və istiqlal arzusunu dünyaya çatdıraq. Azərbaycan ədəbiyyatı o zaman kamil ola bilər ki, Güney və Quzey, birgə ədəbiyyatın yaranmasına əl atsınlar. Yalnız belə bir halda, işlək bir dil ortaya çıxar.
5. Həmişə şairlərə verilən bəsit sualı sizə vermək istəyirəm. İlk şeirinizi nə vaxt və nəyə həsr edibsiniz?
Ilk şeirimi bəlkə 7-8 yaşımda yazmışam. Həyətimizdə olan gilas ağacı isə onun səbəbkari olmuşdu. Yadıma gəlir ki, atam məndə ağac barədə öz fikirlərimi yazmağımı istədi. Mənsə bir səyfə şeir ilə onun təəccübləndirmişdim. O şeir hələ də durur.
6. Ara-sıra hekayələriniz də çap olunur, deyəsən nasir olmaq fikrinə düşmüsünüz?
Hər bir yazar dövrünü hadisələrini müxtəlif formalarda xalqa çtdırır. Bu hərdən şer, hərdən isə nəsr əsərləri kimi özünü büruzə verir.Yəni yaradıcı insan üşün hadisələrə münasibət formasi onun özündən asılı olmadan yaranır. Bu baxımdan mənim də yaradıcılığımda da şer və nəsr varş Romana gəlincə isə bu mənim həyat təcrübəm və həyatda gordüyüm müxtəlig real hadisələrin tərrənümünün ifadəsidirş Romanım demək olar ki, yekunlıaşmaq üzrədir.
7. Təbii ki, Təbrizdən gələn şairə Təbrizdən sual verməsək, bizi oxucularımız anlamaz. Güney Azərbaycanın ədəbi aləmi haqqında bəlkə bir az bilgi verəsiniz.
Güney çağdaş durumu çox ümid vericidir. Əəbiyyatla məşqul olan böyük bir kütlə var. Hekayə yazanlar, şeir yazanlar, roman yazanlar və hətta tənqidçilərimiz bir gün belə dayanmadan yazıb-araşdırırlar. ədəbiyyat ən böyük siyasətdir. Bu prosess gücləndikcə biz istiqlalımıza yaxınlaşırıq. Güney ədəbiyyatına yardım etmək, Güney Azərbaycanın istiqlalına qayğı göstərməkdir. Nasir Mənzurilər, Eyvaz Tahalar, Rəsul Yunanlar, Cəfər Bozorgəminlər, Nadir Əzhərilər, Hadı Qaraçaylar, Kiyan Xiovlar, Nigar Xiyavilər, Duman Ərdəmlər, Atila İskəndanilər, Elvarl Qulivəndlər, Barazlar, Səid Muğanlılar, və s.
8. Deyirlər ki, yazarlar dünyanın ən xoşbəxt insanlarıdır. Siz özünüzü xoşbəxt hesab edirsinizmi?
Mən xoşbəxtəm. Yalnız yazıçı olmağıma görə yox, Azərbaycanlı olmağıma görə, milli yolda olmağıma görə, Sürgün taleini yaşamağa görə də xoşbəxtəm. Bu talei yaşamaq hər bir adama qismət olmur. Bu yolu bütün acılaryla, yalqızlıqlaryla, pulsuzluqlaryla sevirəm. Mən sevirəm, ona görə də xoşbəxtəm. Mən seçilmişəm! Ona görə də xoşbəxtəm.
9. Tarixən Quzey ədəbiyyatı ilə Güney ədəbiyyatı arasında həmişə fərqli detallar mövcud olub. Bu fərqi aradan qaldırmaq lazımdırmı? Bəlkə hər şey qoy öz axarıyla getsin...
Onsuzda hər şey öz axarında gedir. Məncə onun axarını dəyişmək yox, bəlkə kamilləşdirmək və bütövləşdirmək lazımdı. Bizim bütöv millət, bütöz ərazi və bütöz ədəbiyyata ehtiyacımız var. Işlək və bütöv dilə ehtiyacımız var. Bir millətin nə üçün dilinin və ədəbiyyatı fərqli olmalıdır. ədəbiyyat ləhcə deyil ki dili dəyişsin. Müxtəlif baxışlar və düşüncələrin olması və ya müxtəlif yazarlarım müxtəlif üslubları ola bilər, amma ədəbiyyat bir və bütöv olmalıdır.
10. Əlinə qələm alan hər bir yazar Nobel ödülü almaq fikrinə düşür. Sizcə, nə vaxtsa azərbaycanlı yazara Nobel verəcəklərmi? Yoxsa bu, siyasi bir oyundur...
Düşünrəm ciddi və güclü yaranan əsər məkanından asılı olmayaraq öz sözünü deyir. Həm siyası və hə də ədəbi durum o yerə çatmaqdadır ki, biz azərbaycdan türkləridə öz sözümüzü deyək və dəyərini alaq.. Nobel ödülü ədəbi-siyasi bir mükafatdı. Dirçəliş dövründə olan millətlər bu ödülün diqqət mərkəzində olublar həmişəm. Yaxın zamanda bu ödülün Azərbaycana verilməsinin şahidi olacayıq.
11. Ən yaxşı şeirinizdən bəlkə bir neçə bənd deyəsiniz...
Güney güllələnir şeirlərimdə
Saat qabağında yıxılır ölür
Səməd ehey deyir Imamiyyədən
Amandır qoymayın, Güney bölünür!
Aynalı qızarır utandığından
Göy Məçid hələdə ölməyindədir
Buraxın Arazda Səmədləşməyim
Buraxın Təbrizə getməyim gəlir!
Saat qabağı: Təbrizdə meydan adıdır
Səməd: Səməd behrəngi
İmamiyyə: Səmədin quylandığı qəbristan
Aynalı: Təbrizdə dağ adıdır
Göy Məçid: Təbrizdə tarıxı Məçid adıdır
12. Yenə də primitiv bir sual. Ədəbi aləmdə yaxın planlarınız necədir? Eşitdiyimə görə siz də roman yazmağa başlamısınız...
Hal hazırda şeir kitabım nəşr olunmaqdadır. Romanımı da çapa hazırlayıram. DAYAQ sıra kitablarının çapını da dəvam elətdirirəm. Iki kitabımız daha bu seriyadan nəşr olunub. Dünya Azərbaycanlı Yazarlar Qurumunun yayınlarından, İsmayıl Ülkər "Sevda Yoldaymış" və Rəsul Yunanın "Mən, Çin məhəllələrində itmişəm" adlı kitabları işiq üzü görüb. DAYAQ trəfindən müəllifləri və ədəbiyyat sevərləri də elə buradan təbrik edirəm.
13. Yazanlar bilir ki, şeir ani hisslə yazılan yazıdır, roman isə illərin zəhməti hesabına başa gəlir. Gərgin əmək sizi qorxutmur ki?
Mən mübarizə adamiyam. Əksinə daha çox güclənirəm. Yalnız bu cür fəaliyyətlər sayəsində insan yetişir. Mən problemləri və gərginlikləri ürək açıqlığıyla qarşılayıram. Hər bir hadisə yeni şeir və hekayənin təmlidir. Şeir ani yaranmır. Sadə və adi hisləri, şeir demək olsada şeir adlandırmaq məncə düz deyil. Yazmaq, yaratmaq demək deyil. Hər bir cümlə illərin təcrübəsi və mütaliəsinin nəticəsidir.
14. Sonda yazar olmaq fikrinə düşənlərə hansı məsləhəti verərdiniz? Ya bu işdən vaz keçsinlər, ya da özlərini ədəbi zibilə salsınlar...
Mən yazar olmaq istiyənlərə bir təklifim var. Milli olsunlar! Şairlik egər vergidirsə milli ruhiyyə, xalqa xidmət isə Vətənə ç xalqa sevgi tərbiyəsindən və istəkdən yaranır. Bu iki hiss birlikdə olanda yazar xoşbəxtdir və xalqindır. Moderin və ya klassik yazmaqlarına baxmayaraq, fikirlərini milli rəng qatsınlar. Tolstoyun, Markezin, Kazantrakisin, Joysun da uğuru elə burda olub. Miili olmaq yazara global bir hörmət qazandırar. Bəzən milləti bir yazarla tanıyırlar. Bizim yazarlarımızda böyüsünlər, amma unudmasınlar ki, kimin çinənə ayaq qoyub o yüksəkliyə qalxıblar.
15. Bizə vaxt ayırdığınıza görə sağ olun.
Müsahibəni aldı: Babək Göyüş adyazar.az
Комментариев нет:
Отправить комментарий