Müasir dünyada ölkələrin güc dayaqları mütəfəkkirlər və alimlərdir. Strateji elmlərə daha tez çat bilən və onu ölkənin inkişafı üçün istifadə etməyi bacaran ölkələr davamlı inkişaf yolunda ola bilər. İran İslam Respublikası elm sahəsində əldə etdiyi təcrübə və bacarığı ilə diqqətəlayiq inkişafa şahid olmuşdur. İndi isə İranın müxtəlif elm, texnologiya, sənaye və mədəniyyət sahələrində əldə etdiyi nailiyyətlərinə qısaca olaraq nəzər salaq:
Son illərdə İranda elmi uğurlar nəzərəçarpacaq dərəcədə artmışdır, belə ki, hər həftə çoxsaylı İranlı alimlərinin elmi məqalələri Beynəlxalq Elmi İnformasiyalar Mərkəzində (ISI) qeydə alınır. Mərkəzin son açıqlamalarına görə iranlı tədqiqatçılar 17 min elmi iş adıçəkilən mərkəzə təqdim etmişlər. Bu rəqəmlərə əsasən demək olar ki, İran bu sahədə dünyanın 24-cü ölkəsidir.
İslam inqilabının bərəkətlərindən biri də ölkədə orta və ali təhsil sahəsində diqqətəlayiq inkişafın olmasıdır. Statistik məlumatlara əsasən inqilabdan əvvəl ölkə ərazisində 223 ali təhsil müəssisəsi fəaliyyət göstərirdisə bu rəqəm hal-hazırda 1500 müəssisədir. Bu gün İranda ali təhsil alan tələbələrin ümumi sayə 2 milyon 400 min nəfərə çatır ki, inqilabdan əvvəlki rəqəmlə müqayisədə bu 20 dəfə çoxdur. İnqilabdan əvvəl İranda qadınlar arasında savadlılıq dərəcəsi 35 faiz təşkil edirdisə, indi bu rəqəm 80 faizə çatır.
İranlı şagirdlər beynəlxalq elm olimpiadalarında yüksək yerlər tutmaqla inkişaf etmiş ölkələrin şagirdləri ilə rəqabət aparırlar. Belə ki, iranlı şagirdlər 1995-1996-cı illərdə 2 dəfə beynəlxalq kimya olimpiadasında dünya birinciliyini, 1998-ci ildə riyaziyyat olimpiadasında birinci yeri , 1999-cu ildə fizika elmi üzrə beynəlxalq olimpiadada 2-ci yeri, 2001-ci ildə kimya sahəsində ikinci yeri əldə etmişlər. Hal-hazırda İran beynəlxalq elmi olimpiadalarda 10 ən güclü ölkələr sırasındadır.
İran İslam Respublikası hal-hazırda bir-çox elmi sahələrdə, xüsusilə tibb, atom enerjisi, nano-texnologiya, bio-texnologiya və digər strateji sahələrdə özünün inkişaf mərhələsinə qədəm qoymuşdur. Müxtəlif növ nano-pudraların, karbon nano-boruların, bir neçə növ nano-kompozitlərin, maqnit lövhələrin, nano-metr laylarının, antibakterial maddələrin, nanodan istifadə etməklə süni damarlarda zərrələrin və "STM" dəzgahının istehsalı buna misaldır. Həmçinin İran nanometr ölçüsündə mikroskop istehsal etməklə proteinlərin və DNK molekullarının şəklini çəkməsinə müvəffəq olmuşdur. İran bu mikroskopu istehsal etnəklə bu sahədə inklişaf edən 9 ölkədən birinə çevrilmişdir.
Davamı var...
FarsNews.com

Комментариев нет:
Отправить комментарий