18.02.2011

İranın daha bir Ayətullahı İlham Əliyevə məktub yazdı

“Sizin ölkənin əhalisinin Allahın qanunlarına riayət etdiyinə görə təhsillərinin yarımçıq qalması nə dərəcədə düzgündür?”
 
İranın dini alimi Ayətullah Cəfər Subhani İlham Əliyevə məktub göndərib. “Qafqazinfo”nun verdiyi məlumata görə hicab qadağasını insan hüquqlarına qarşı yönəlmiş addım kimi qiymətləndirən Sübahni bu qadağanı aradan qaldırmağa çağırıb.
Bunun BMT-nin deklarasiyasına zidd olduğunu bildirən Subhani prezidentə müraciət edərək bildirib ki, “Sizin ölkənin əhalisinin Allahın qanunlarına riayət etdiyinə görə təhsillərinin yarımçıq qalması nə dərəcədə düzgündür? Sosial və din birliyi naminə sizdən bu qadağanı ləğv etməyinizi xahiş edirəm”.

                                                                                                                                      Fatimə Kərimli

Комментариев нет:

Отправить комментарий