Nabatəli Qulamoğlu
“Suveren” (su verən) demokratiya
Azərbaycanda Tunis hadisələri hələ çox təhlil olunacaq. Narahat olmağa dəyməz. Təkcə biz deyilik, dünyanın bütün avtoritar ölkələri bu olayı dönə-dönə çək-çevir eləyir, hətta siyasi həyatımıza “tunisləşmə”adlı bir termin də daxil olub. Bu dəfə biz müqayisələri başqa müstəvidə aparacağıq. Bundan qabaqkı yazımda mən bilərəkdən Tunisin təhsil sistemi barədə bir kəlmə də yazmamışdım və məqsədim də bu idi ki, bu mövzuya xüsusi yer ayırım. Onda faktlara nəzər salaq, çünki bunlar olmadan təhlil və müqayisələr yersizdir.
Bu ölkədə təhsilin əsas devizi Məhəmməd Peyğəmbərin yaddaşlara həkk olunmuş nəsihətdir: “Doğulduğun gündən qəbr evinə qədər öyrən”. Təhsil üçün çox ciddi tərbiyəvi əhəmiyyət daşıyan daha bir aforistik ifadə məktəblilərin beyninə hopdurulur: müəllimin gələndə ayağa dur, bu sənin Peyğəmbərin ola bilər. Təhsilə ölkə büdcəsinin 30-35%-i xərclənir (müqayisə et: bizdə 8,9%). Əbəs yerə deyil ki, Tunisdəki təhsil Afrika qitəsində ən keyfiyyətli təhsil hesab edilir. Ölkə kompüterləşmə səviyyəsinə görə “üçüncü dünyada “ öncül yerlərdən birini tutur. Bu səbəbdən Tunis ərəb və digər Afrika ölkələrinə təkcə işçi qüvvəsi deyil, həm də həkim, mühəndis və müəllimlər ixrac edən ölkə kimi tanınır. Tunisdə təhsil pulsuzdur, lakin bizdən fərqli olaraq, onun nüfuzu böyükdür. Daha bir özəllik bundan ibarətdir ki, pulsuz təhsil səylə çalışan məktəblilər üçündür, oxumağa meyl göstərməyənlərin isə valideynləri əllərini ciblərinə salıb dövlətə pul ödəməli olurlar. Hətta müəssisə rəhbərləri maraqlana bilirlər-onların işçisi öz övladından ötrü dövlətə nə qədər pul ödəyib; bunu əmək haqq-hesabında nəzərə alırlar. Uşaqlar 4 yaşında məktəbə cəlb olunur, çünki məktəbəqədər təhsil ayrıca aparılmır. İcbari təhsil 9 ildir, yəni 4-13 yaş dövrünü əhatə edir. Məktəblilərin dil öyrənmə posesi də müvəffəqiyyətlə həyata keçirilir. Onlar ərəb, fransız (əbəs yerə deyil ki, Fransa Bin Əliyə xalq etirazlarını yatırmaq üçün qüvvə göndərməyi təklif etmiş, bu isə müxalifətin daha ciddi qəzəbinə səbəb olmuşdu) və ingilis dillərini öyrənirlər. Azərbaycan təhsilini Tunisdə həyata keçirilən təhsil sistemindən yalnız bir müsbət keyfiyyətinə görə fərqləndirmək olar. Bu da məktəbli qızların təhsilə cəlb edilməsilə bağlı hallardır.
Biz daha bir rəqəmə diqqət yetirək: ölkə əhalisinin 35%-inin internetə çıxış immkanı vardır. Son zamanlar hökumət sosial şəbəkələrin aktivliyinin qarşısını almaq istəsə də, bu mümkün olmamışdır. Kütləvi internetləşmə sanki inqilabın hərəkətverici qüvvəsi rolunda çıxış etmişdir.
Yuxarıdakı müqayisələri niyə aparmışam? Həmişə yazıram ki, Azərbaycan iqtidarı bilərəkdən xalqa təhsil vermək istəmir, çünki ona savadlı, öz hüquqlarını başa düşən insanlar deyil, kütbeyin təbəələr lazımdır. Tunis hadisələrindən sonra ümumiyyətlə təhsil gözləməyə dəyməz...
Bəzən də öz-özümə opponentlik edirəm: axı Təhsil Nazirliyi də, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası da eyni adamların şəhadət barmağına baxır; niyə təhsilin təşkili effektiv qurulmur, onun monitorinqi(TQDK) isə zərgər dəqiqliyi ilə aparılır. Məleykə Abbaszadənin yerində Məzahir Pənahov kimi birisini oturdub, qəbul prosesini, eləcə də qəbulun statistikasını saxtalaşdırmaq nə çətin şeydir. Sonra da deyə bilərlər ki, bizim təhsilimizin vəziyyəti ( demokratiyada olduğu kimi) əliyyül əladır. Beləliklə, belə qənaətə gəlirəm ki, ölkə bir əldən idarə olunmur.
P. S. Köşəni bitirib-bitirməz iki xəbər diqqətimi cəlb etdi: 1) Bəxtiyar Hacıyevi artıq neçənci dəfə həbs ediblər; 2) TQDK son qəbulun analizini yekunlaşdırıb-nəticələr ürəkağrıdandır. B. Hacıyev nadir gənclərimizdəndir ki, dünyanın nüfuzlu ali məktəbində təhsil alır; özünün yüksək intellektual qabiliyyətinə görə fərqlənir. Müxalifətçi də deyil. Deməli, onu ağlına və biliyinə görə həbs ediblər.
Hər iki fakt təhsilə dualist münasibətin aydın göstəricisidir.
P. S. S. Vaxtilə qonşu kəndimizdə belə bir hadisə olmuşdu. Çobanlar ov tüfəngi ilə azı yüz dəfədən çox atəş açmaq istəsələr də, tüfəng od almamışdı. Lap məzhəkəli olsun deyə tüfəngin lüləsini öz qarnına söykəyib bir neçə dəfə tətiyi çəkərək yeniyetmələr lağ eləməkdən həzz alırmışlar. Təkrar hərəkət nəticəsində qızınmış alışqan cavanlardan birinin həyatına son qoymuşdu.
qafqazinfo.az

Комментариев нет:
Отправить комментарий