Qədim Həməşərə - indiki Cəlilabad ərazisindən aşkar edilən çoxsaylı tapıntılardan, əşyayi-dəlillərdən belə bir qənaətə gəlinir ki, bu ərazi zərdüştlüyün dini mərkəzlərindən olub. Ömrünü bu sahədə axtarışlara həsr edən Rəşid müəllim, bu diplomsuz alim yazır:
"Muğan ərazisi miladdan öncə IV minilliyə aid Quru dərə, Mişarçay, Pir Həsən, Xanəgah, Mirzəbəy bulağı, Ecara, Ləzran, Porsaba, Abudərdə və sair atəşpərəst abidələri ilə zəngindir. Bunların ən qədimi Həməşərə, Bəcrəvan, Muğan şəhər yeridir. Muğanın bu şəhərləri qədim dünyanın ən inkişaf etmiş şəhərlərindən olmuşdur".
Bu sətirlər Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Elməddin Əlibəyzadənin "Avesta Azərbaycan xalqının mənəvi mədəniyyət tarixidir" kitabındandır. Müəllifin ehtiramla "diplomsuz alim" adlandırdığı 78 yaşlı Rəşid müəllim əlli beş ildən çoxdur tarix fənnini tədris edir. Şagirdləri Rəşid Əsgərovun dərslərinə həmişə xüsusi maraq göstərirlər. Çünki bilirlər: proqramdan əlavə Azərbaycan tarixinə dair öz tədqiqindən də danışacaq. Rəşid müəllim tariximizi zəngin kitabxanasında topladığı ədəbiyyat və uzun müddətdən bəri Cəlilabad torpağında apardığı arxeoloji qazıntılar əsasında öyrənir və öyrədir. Bütün elmi nəticələrini "Azərbaycanın qədim və Orta əsr tarixinə dair tədqiqatlar" əlyazmasında qeydə alıb.
Professor Elməddin Əlibəyzadə Rəşid müəllimin tədqiqat işini qədərincə qiymətləndirərək əsərinin "Zərdüştçülərin Haoma içkisi" bölməsində məhz ona istinad edir və haqq qazandırır: "Zərdüştlükdə Haoma adı ilə məşhur olan içki el arasında canlı dildə Həməşərə/Həməşirə şəklində işlənir, tələffüs olunur. Həməşərə adlı üzüm növü də var. Cəlilabadın qədim adı Həməşərədir, ondan bir qədər aralıda Muğanlı şəhəri də olubmuş. Ərəb işğalı zamanı dağıdılıb, get-gedə yerlə-yeksan edilib. Çox hörmətli qocaman müəllim Rəşid Əsgərov bu abidəni "Haoma şirəsinin dualanması mərasimi" məzmununda açır. Bu, həqiqətən də belədirE Artıq sübut edilmişdir ki, bu şəhərdə üzümdən zərdüştilərin dini mərasimlər vaxtı istifadə etdikləri, insana güc və qüvvət verən müqəddəs Haoma şirəsi çəkilirmiş. Həməşərə şəhərinin adı da o vaxtdan qalmışdır." Professor daha sonra Rəşid müəllimin fikirlərinə söykənərək yazır: "Şərqdə ilk dəfə Cəlilabadın Quru dərə ərazisindən Zərdüşt ibadət möhürü tapılmışdır. Zərdüştilərin müqəddəs saydıqları "İt şəbəkə" boyunbağı da buradan aşkar edilib. Muğan baş məbədi Həməşərə məbədində yerləşmişdir... Həməşərə şəhəri əlli hektara kimi ərazini əhatə etmişdir. Şəhər iki hissədən ibarət idi. Aşağı hissədə rəiyyət, təpədə əyanlar, din xadimləri yaşamışlar. Aşağıda rəiyyətin, İç qalada - təpədə isə əyanların ayrı-ayrılıqda atəşgədələri olmuşdur. Həməşərənin arxa hissəsində ordugah yerləşmişdir. X əsrdə əhalisinin sayı 35 min nəfər idi. Muğanın Cəlilabad ərazisində iyirmidən çox yerüstü atəşpərəst məbədi var. Həməşərə tam formalaşmış atəşpərəst məbədi, məktəbləri, idarəetmə qaydaları, silahdüzəldən ocaqları, xüsusi ordugahı olan böyük şəhər yeri imiş. Şəhərin mərkəzi piramida tipli torpaqdan tökülmüşdü... Həməşərədə Haoma şirəsi çəkilib ibadətə gələnlərə paylanarmış. Bütün bu fikir və mülahizələr ana torpağın özünün qoruyub saxladığı tapıntı-həqiqətlər əsasında söylənilir, buna görə də təqdir edilir. Bu həqiqətlər həm də Muğan torpağının, Həməşərənin Bakı-Suraxanıdan sonramı və ya əvvəlmi (bunun fərqi yoxdur) zərdüştlüyün ilk qədim və mühüm mərkəzlərindən olduğunu təsdiq edir, buna şəkk-şübhə yeri qoymur. Haoma çəkilən həvəng, həvəngdəstə, Haoma saxlanılan küp, küp ağızlığı və sair indiyədək qalır, Cəlilabad tarix-diyarşünaslıq muzeyindədir".
Muzeyin bu və bir çox digər eksponatı Rəşid müəllimə məxsusdur. O, demək olar, rayonun bütün yaşayış məntəqələrini gəzib, adətən, təkbaşına, bəzən şagirdləri ilə birlikdə arxeoloji-qazıntı işləri aparıb. Tapdığı maddi-mədəniyyət abidələrini tədqiq etdikdən sonra yerli tarix-diyarşünaslıq muzeyinə təhvil verib, Elmlər Akademiyasının Tarix İnstitutuna, Azərbaycan Tarixi Muzeyinə göndərib. Mütəxəssislərin rəyləri ilə tanış olun: Akademiyanın müxbir üzvü Püstəxanım Əzizbəyova: "Hörmətli Rəşid müəllim! Cəlilabad rayonunda tapdığınız və muzeyimizə təqdim etdiyiniz numizmatik abidələr - gümüş və mis sikkələr üçün Sizə təşəkkür edirəm. Sikkələr Arşakilərə, Sasanilərə, Eldənizlərə məxsusdur, müəyyən əhəmiyyətə malikdir, muzeyin ekspozisiyasında nümayiş etdiriləcək". Tanınmış numizmatik Əli Rəcəbli: "Möhtərəm Rəşid müəllim! Göndərdiyiniz pulları aldım. Onların biri Sasani şahı I Xosrovun (VI əsr), digəri Eldənizlərin (XIII əsr), qalanı bizim eradan əvvəl II-I əsr Pafiya şahlarının adından vurulub. Əgər belə bir dəfinə mövcuddursa, onu hökmən tam şəkildə toplamaq lazım gələcək... Biz hələ Sizin borcunuzdan çıxmamışıq". Elmi işçi Telman İbrahimov: "Rəşid müəllim! Göndərdiyiniz materialları Tarix İnstitutunun əməkdaşları ilə birlikdə araşdırdıq. Haqlısınız: Qız qalası, doğrudan da, bütün Şərqin qədim atəşpərəstlik məbədi olub. Sizdən aldığım fotolar dərs dediyim İncəsənət Universiteti tələbələrinin Atrapaten mədəniyyəti haqqında təsəvvürlərini xeyli genişləndirir". Bu isə xalq şairi Sabir Rüstəmxanlının qənaətidir: "Rəşid müəllimin Muğanın tarixi ilə bağlı fikirləri tarixçi alimlərimizi maraqlandıra, düşündürə və onlara kömək edə bilər. Sevindirici haldır ki, rayonlarımızda bu cür geniş məlumatlı və öz tarixini dərindən bilən ziyalılarımız var".
Həmişə Cəlilabadda olanda mütləq Rəşid müəllimlə də görüşürəm. Bu günlərdə yenə yolum o tərəfdən düşmüşdü, baş çəkdim, hal-əhval tutdum. Söhbətə professor Elməddin Əlibəyzadəyə minnətdarlıqla başladı.
- Sağ olsun, kitabında adıma rast gələndə çox sevindim. Yaşdandır-nədəndirsə, bir az həvəsdən düşmüşdüm. Məni ruhlandırdı, yeni axtarışlara sövq etdi.
- Öyrənib-bildiklərinizdən təzə nə var, nə yox?
- Həməşərə şəhərini tədqiq etdikcə Azərbaycan tarixinin qədim "Riqveda", "Atxarvaveda", "Avesta" əsatirlərindən süzülüb gələn dərin qatları üzə çıxır. "Avesta" yasnalarının 9-cu fəslinin ikinci bəndində Haoma şirəsi maddi aləmin yaradıcısı, kişilik, mərdlik, cəsarət rəmzi hesab olunur. "Riqveda"da bəyan edilir: "Soma şirəsini təmiz və qarışdırılmış südlə içdikdən sonra sən yenidən cana gələcəksən". "Atxarvaveda"da buyurulur: "Ey draxmamanacanti, o allahları Soma şirəsi çəkənlərə tabe et!"
- Bunların Azərbaycana nə dəxli?
- Çox dəxli var. Ona görə ki, Həməşərə şəhəri Azərbaycanda olub, Həməşərə üzüm sortu burada indiyədək qalır, Həməşərə şirəsinə qatılan nar - hazanata bu gün də bitir. O da məlumdur ki, mağ kahini Haoma şirəsi çəkilən üzümü saz musiqisinin müşayiəti ilə dualayıb.
- Birinci dəfədir eşidirik...
- Cənubi Azərbaycanın Ziviyə şəhərində miladdan öncə VIII əsrə aid cam tapılıb. Onun üzərində təsvir olunan kahin sinəsində saz tutub dua edir. Sazın qoluna üzüm salxımı bağlanıb, tənək dolçaya salınıb. Kahinin mannalı olduğuna şübhə yoxdur, saz da müasir Azərbaycan sazından fərqlənmir. "Hümayun" muğamının əsasında isə Avesta himnləri durur. Təsadüfi deyil ki, Əliağa Vahidin "Atəşgədələr saçmadadır pirəhənimdən" rədifli qəzəli "Hümayun" üstündə oxunur. Deməli, muğamlar muğların Haoma şirəsi çəkdikləri zaman ifa etdikləri mahnılara bağlıdır.
- Cəlilabaddan Yardımlıyadək meşə və dağlardakı atəşpərəstlik abidələri ilə tanış olubsunuz. Sonda nə qənaətə gəlibsiniz?
-Hind mənbələrini, qədim tarixçilərin Zərdüşt abidələri haqqında məlumatlarını mövcud abidələrlə müqayisəli öyrənmək lazımdır. Bu müqayisələr Azərbaycanın Zərdüştlə əlaqələrini tam təsdiqləyir. VII əsrdə ərəblər Şərq ölkələrini işğal etdikdən sonra Zərdüşt-parslar Hindistana köçmüş, müqəddəs "Avesta"nı da özləri ilə aparmışlar. Hazırda Bombey şəhərində yaşayan parslar zərdüştlük ənənələrinə ciddi əməl edirlər. Azərbaycanda da zərdüştlüyə məxsus bir sıra adətlər, ayin və mərasimlər qorunaraq nəsildən-nəslə ötürülüb. Dilimizdəki "qoy öz daxmamda sakit yatım", "Şər qarışanda qarğış etmə", "şər vaxtı əlini qoynuna qoyub qəmgin olma", "dəsturluq etmə", "axşamçağı həyətə isti su atma, günah olar" kimi ifadələr Zərdüştlükdən qalan istilahlardır.
- Nəyə görə belə düşünürsünüz?
- İzah edim. Məsələn, Zərdüştlüyə görə təbiət müqəddəs olduğundan meyitləri basdırmır, qüllələr-daxmalar tikib onların üstünə qoyurmuşlar. Yaxud işıqla zülmət, gündüzlə gecə həmişə vuruşur, bir-birlərinə qalib gəlməyə çalışır. Gündüzün gecəyə təslim olduğu an, yəni axşamçağı şər qarışan vaxt adlanır. Bu zaman ah-zar etmək, qarğış tökmək, qəmgin olmaq Zərdüştlükdə şər qüvvələr qarşısında məğlubiyyət sayılır.
- Tarixçi alimlərimizə nə arzulardınız?
- Azərbaycan dünyanın ən qədim tarixə malik ölkələrindən biridir. Lakin ulu tariximizin uzun bir dövrü kölgədə qalıb, kifayət qədər öyrənilməyib. Hələ də Midiya kimi böyük dövlətin nə yazısı, nə maddi-mədəniyyəti aşkar edilib, hamısı izsiz-tozsuz itib-batıb. Midiyalıların hansı dildə danışdıqları, hansı əlifbadan istifadə etdikləri haqqında indiyədək qəti fikir söylənilməyib. Qoy tarixçilərimiz bu istiqamətdə tədqiqatlara diqqəti artırsınlar, uzaq keçmişimizin qaranlıq səhifələrinə işıq saçmağa çalışsınlar.
Bariz ƏSƏDOV

Комментариев нет:
Отправить комментарий